ARIÇILIQ MƏHSULLARININ DÜNYA BAZARINDA SATIŞI “ARIÇILIQ HAQQINDA” QANUNLA TƏNZİMLƏNƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, dekabrın 16-da Milli Məclisin aqrar siyasət daimi komissiyasının iclası keçirilmişdir.
Komissiyanın sədri Eldar İbrahimov gündəlikdəki məsələlər barədə məlumat verdikdən sonra Milli Məclis Aparatının iqtisadi qanunvericilik şöbəsi müdirinin müavini Şahmərdan Kərimov “Arıçılıq haqqında” qanun layihəsini ikinci oxunuşda müzakirəyə təqdim etmişdir. O demişdir ki, layihənin parlamentdə birinci oxunuş müzakirəsi zamanı səslənmiş rəy və təkliflərin əksəriyyəti işçi qrupu tərəfindən nəzərə alınmış, sənəd əsaslı surətdə təkmilləşdirilmişdir. Layihənin 25 maddəsinə 75-dən çox dəyişiklik edilmiş, 7 maddəyə yeni müddəalar əlavə olunmuş, 13 maddə isə yenidən işlənmişdir. Bu dəyişikliklər insanların sağlamlığının qorunmasında, yeni iş yerlərinin açılmasında, arıçılıq məhsullarının dünya bazarlarına çıxarılmasında mühüm rol oynayacaqdır.
Qanun Azərbaycan Respublikasında arıçılığın təşkilinin və idarə edilməsinin hüquqi və iqtisadi əsaslarını müəyyən edəcək, bu sahədə münasibətləri tənzimləyəcəkdir.
Kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev, deputatlar, dəvət olunmuş mütəxəssislər qanun layihəsi ilə bağlı rəy və təkliflərini bildirmişlər. Arı növlərinin qorunması, damazlıq işləri, arıçılıq məhsullarının dünya bazarında satışının təşkili və digər məsələlər diqqət mərkəzində olmuşdur.
Sonra isə “Yeyinti məhsulları haqqında” Qanuna əlavələr və dəyişikliklər edilməsi barədə” qanun layihəsinə baxılmışdır. Bildirilmişdir ki, təklif olunan dəyişikliklər əsasən redaktə xarakterlidir.
Sonda hər iki qanun layihəsi Milli Məclisin müzakirəsinə tövsiyə olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]
Bu il Balakənin fındıq bağlarından 6 min tondan çox məhsul gözlənilir
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]
Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb
- 14.06.2026 [23:02]
Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb
- 14.06.2026 [22:29]
Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfər edəcək
- 14.06.2026 [22:25]
Putin və Tramp arasında telefon danışığı olub
- 14.06.2026 [22:05]
Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib
- 14.06.2026 [22:02]
Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb
- 14.06.2026 [21:52]
Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib
- 14.06.2026 [21:40]
Nizami Gəncəvinin Marneuli şəhərindəki büstü yenidən bərpa olunur - REPORTAJ
- 14.06.2026 [21:23]