Azərbaycan Dövlət İnformasiya Agentliyi

Arye Qut: tolerantlıq və multikulturalizm Azərbaycan cəmiyyətinin inkişafının mühüm əsaslarıdır

Bakı, 16 may, AZƏRTAC 

Xəbər verdiyimiz kimi, bu günlərdə Almaniyanın Auqsburq şəhərində “Heydər Əliyev - gənclik - multikulturalizm” mövzusunda ikigünlük beynəlxalq elmi-praktiki konfrans keçirilib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) və Auqsburq Universiteti tərəfindən təşkil edilmiş tədbirdə Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, BBMM-in Qəyyumlar Şurasının sədri, akademik Kamal Abdullayevin, Ural Federal Universitetinin beynəlxalq regionşünaslıq kafedrasının müdiri, BBMM-in Yekaterinburq filialının direktoru, professor Aleksandr Nesterovun, Dövlət İqtisad Universitetinin dosenti, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucovun, BBMM-in Drezden filialının rəhbəri Birgit Vaysgerberin, Dini Qumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılovun məruzələri dinlənilib.

Konfrans çərçivəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri, beynəlxalq münasibətlər sahəsində israilli ekspert Arye Qut da çıxış edib. Onun “Azərbaycan əsl sivilizasiyalararası, konfessiyalararası və mədəniyyətlərarası dialoq nümunəsidir” mövzusunda maraqlı təqdimatı iştirakçılar arasında böyük əks-səda doğurub.

Ekspert qeyd edib ki, əhalisinin əksəriyyəti müsəlmanlar olan Azərbaycan bir sıra başqa etnik və dini qrupların, o cümlədən zərdüştilik, xristian və yəhudi icmalarının nümayəndələri üçün də doğma evdir.

Beynəlxalq münasibətlər sahəsində israilli ekspert Arye Qut deyib: “Milli azlıqlara hörmət və dözümlülük Böyük İpək yolu dövründən zəmanəmizə qədər mühüm rol oynayır. Azərbaycanda Avropa dövlətlərindən daha əvvəl, hələ XX əsrin əvvəlində, Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadınlara seçki hüquqları verilib. Həmin dövrdə və sonrakı illərdə Azərbaycan hökumətində başqa millətlərin nümayəndələri, o cümlədən ermənilərlə yanaşı, yəhudilər də olub. Qonşu Ermənistan haqqında isə bunu demək olmaz. Orada yüksək dövlət vəzifələrinə yalnız ermənilər təyin edilirdi. Azərbaycanın daha bir xüsusiyyətlərini qeyd etmək istərdim. Avropa ölkələrinin çoxundan fərqli olaraq azərbaycanlılar heç vaxt yəhudilərə xəyanət etməyiblər, yəhudilər də heç vaxt azərbaycanlılara xəyanət etməyiblər. İkinci Dünya müharibəsi illərində azərbaycanlılar bütün mümkün vasitələrlə yəhudiləri faşist soyqırımından xilas edirdilər”.

Ekspert qeyd edib ki, qonşu Ermənistan tərəfindən Azərbaycana qarşı həyata keçirilən genişmiqyaslı müharibəyə və təcavüzə rəğmən, dinc yanaşı yaşama prinsipi Azərbaycan siyasətinin həlledici amili kimi qalmaqda davam edir. Arye Qut deyib: “Hətta 25 ildən çox bundan əvvəl Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi başlananda da Azərbaycan cəmiyyəti konfessional və etnik qruplar arasında sülhü və harmoniyanı qoruyub saxlamaqda davam edirdi”.

Arye Qut təqdimatın gedişində xatırladıb ki, bir neçə il bundan əvvəl bütün dünya Osventsimin azad olunmasının 70 iliyini qeyd edib. O deyib: “Qeyd etmək istəyirəm ki, mən ailəsi Ukraynada nasistlər tərəfindən məhv edilmiş Sovet Ordusu zabitinin nəvəsiyəm. Beynəlxalq Holokost qurbanlarının xatirəsi günündə Bakıda keçirilən konfransda Akko şəhərinin meri Şimon Lankri ilə birlikdə mən də iştirak edirdim. Əhalisinin əksəriyyəti müsəlmanlar olan Azərbaycanda bu konfrans Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Bakı Slavyan Universitetinin dəstəyi ilə təşkil edilmişdi. Konfransda mənim azərbaycanlı dostlarım və həmkarların faşist rejimi tərəfindən 6 milyon yəhudiyə qarşı törədilmiş qəddarlıqları və soyqırımını pislədiklərini bildirdilər. Həmin konfransda hiss etdim ki, azərbaycanlılar yəhudi xalqının ağrısını və iztirablarını öz ağrı və iztirabları kimi qəbul edirlər. İsrail Dövlətinin vətəndaşı kimi deyə bilərəm ki, Azərbaycanda heç vaxt antisemitizm olmayıb”.

Mənim xalqımın faciəsi olmuş Holokost uzun müddət qapalı mövzu olub. Məhz bu səbəbdən, Azərbaycanın Xocalı şəhərində törədilmiş qanlı və vəhşicəsinə soyqırımı aktı mənim şəxsi ağrım, şəxsi faciəmdir. Elə coğrafi adlar var ki, onlar xəritədə adi nöqtədən qat-qat artıq məna kəsb edir. Babiy Yar, Liditsa, Oradur, Xatın, Sonqmi kimi şəhər və kənd adları qəddarlıq və qeyri-insanilik rəmzlərinə çevrilib. Ötən əsrin 90-cı illərinin əvvəlində bu siyahıya daha bir ad - Azərbaycanın Xocalı şəhərinin adı əlavə olundu. Xocalı faciəsi bütün bəşəriyyətə qarşı cinayətdir. XX əsrin sonunda və XXI əsrin əvvəlində minlərlə insanın kütləvi şəkildə qırılması və qətlə yetirilməsi bütün mənəvi, əxlaqi, siyasi kolliziyaların əsası olub. Nəyə görə bütün başqa problemlər bunların ətrafında yaranıb? Ona görə ki, Birinci Dünya müharibəsi illərində ermənilər Şərqi Anadoluda Osmanlı imperiyasına qarşı çıxsalar da, özlərinin “Böyük Ermənistan” haqqında çoxəsrlik arzularını reallaşdıra bilmədilər və bu arzunu Azərbaycan torpaqları hesabına həyata keçirməyi qərara aldılar. Ermənilər öz məkrli niyyətlərini gizlətmədən çoxəsrlik arzularını həyata keçirmək üçün dəhşətli cinayətləri davam etdirirdilər. Bu mifik ideyanı reallaşdırmaq məqsədilə XX əsrdə ermənilər Azərbaycanın əzəli torpaqlarında bir neçə dəfə “etnik təmizləmə” aparıblar. Beləcə süni şəkildə yaradılmış “Dağlıq Qarabağ problemi” ermənilərin səyləri ilə ən yeni tarixi mərhələyə daxil olub. Bu mərhələnin mahiyyəti Azərbaycan tarixini saxtalaşdırmaq, məqsədi isə Azərbaycanın tarixi torpaqlarını ilhaq etmək idi. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin gedişində daha bir soyqırımı aktı - Azərbaycanın Xocalı şəhərində kütləvi qırğın törədildi.

Bu bir danılmaz tarixi faktdır ki, Xocalı şəhərini və onun ətrafını tərk etməyə macal tapmamış Xocalı sakinlərindən faktiki olaraq heç birinə erməni silahlı qüvvələri və muzdlu dəstələr tərəfindən rəhm edilməyib. Erməni silahlı dəstələrinin vəhşilikləri nəticəsində Xocalı sakinlərindən 613 nəfəri qətlə yetirilib, 487 adam şikəst olub, 1275 dinc sakin - qocalar, uşaqlar və qadınlar əsir düşərək təsvirəgəlməz əzablara, təhqirlərə və alçaldılmağa məruz qalıb. Xocalı şəhərinin mülki əhalisinin qəsdən kütləvi şəkildə məhv edilməsi yalnız bir səbəblə bağlı idi - onlar hamısı azərbaycanlı idi. Siz mənə deyin, indiki erməni faşistləri İŞİD-in müasir qanlı terrorçularından nə ilə fərqlənirlər?”.

Qutun fikrincə, günahsız uşaqlara, qadınlara və qocalara münasibətdə bu vəhşicəsinə qəddarlığı heç nə ilə izah etmək mümkün deyil. İsrailli ekspert deyib: “Dünya bilməlidir ki, bu cinayət təkcə Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı yönəlib. Bu gün Ermənistanda yüksək vəzifələr tutan Seyran Ohanyan, Serj Sarkisyan, həmçinin Robert Koçaryan və başqaları həmin soyqırımının təqsirkarları kimi beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər.

Arye Qut daha sonra deyib ki, monoetnik Ermənistanda həmişə antisemitizmin yüksək səviyyədə olması müşahidə olunub və bu gün də müşahidə olunur. Ermənistandan fərqli olaraq Azərbaycanda bütün konfessiyaların və millətlərin nümayəndələrinə böyük qayğı ilə yanaşırlar. O deyib: “Mən İsrail vətəndaşı kimi minnətdarlıqla və qürurla qeyd edirəm ki, Azərbaycan rəhbərliyi bu ölkədə yaşayan bütün icmaların, o cümlədən ölkənin yəhudi icmasının ənənələrinə və həyatına qayğıkeş və səmimi münasibət göstərir.

Arye Qut deyib ki, Azərbaycan rəhbərliyi bu ölkədə yaşayan, dünyada analoqu olmayan yəhudi icmasının ənənələrinə və həyatına qayğıkeş və səmimi münasibət göstərir: “Ölkə Prezidentinin himayəsi ilə iki sinaqoq və Cənubi Qafqazda ən böyük yəhudi təhsil mərkəzi yaradılıb. Azərbaycanda birinci yəhudi muzeyi yaradılması planlaşdırılır. Bu, Cənubi Qafqazda ilk yəhudi muzeyi olacaq. Əhalisinin əksəriyyəti müsəlmanlar olan Azərbaycan kimi bir ölkənin İsrail ilə bu cür sıx dialoq, əməkdaşlıq və tərəfdaşlıq qurmağa necə nail olması barədə kiminsə sualı varsa, Azərbaycanın dağlıq bölgəsində yerləşən Quba rayonunda yəhudilərin yaşadığı məşhur Qırmızı Qəsəbəyə baxmaq kifayətdir. Azərbaycanın əsl qürur yeri sayılan Qırmızı Qəsəbə İsraildən sonra bütün dünyada yəhudilərin yığcam şəkildə yaşadığı yeganə unikal yerdir. Burada yəhudilər və azərbaycanlılar əsrlərboyu doğma qardaşlar kimi yaşayır, onlar ortaq tarixi tellər və ortaq tale ilə bir-birinə bağlıdır. Azərbaycan sivilizasiyalararası, konfessiyalararası və mədəniyyətlərarası dialoqun əsl nümunəsi olub və bu gün də belədir. Tolerantlıq və multikulturalizm Azərbaycan cəmiyyətinin əsasıdır. Azərbaycan multikulturalizm və tolerantlıq ənənələrini inkişaf etdirmək və möhkəmləndirmək üçün siyasi və sosial şərait yaradılmasını stimullaşdırmağa səy göstərir”.

İsrailli ekspert qeyd edib ki, Prezident İlham Əliyev dünyəvi dövlətin, tolerantlığın tərəfdarı olduğuna görə, ölkədə yaşayan bütün konfessiyalara və xalqlara, o cümlədən Azərbaycan yəhudilərinə hörmətli münasibətinə görə həm İsrail cəmiyyətinin, həm də dünya yəhudi icmalarının hörmətini və ehtiramını qazanıb.

Ekspertin sözlərinə görə, İsrail və onun xalqı Azərbaycana və Prezident İlham Əliyevə böyük hörmət və ehtiram bəsləyir. İsrailli ekspert deyib: “Prezident İlham Əliyevin beynəlxalq arenada mühüm, güclü və müstəqil aktora çevrilən Azərbaycanın iqtisadiyyatını inkişaf etdirməyə yönəlmiş səylərini İsraildə yüksək qiymətləndirirlər. İsrail Azərbaycanın ərazi bütövlüyünü fəal dəstəkləyir və Ermənistanın təcavüzkar hərəkətlərini pisləyir. İsrail artıq 25 il Ermənistan tərəfindən işğal altında olan Dağlıq Qarabağın və ona bitişik yeddi rayonun qaytarılması məsələsində real və həqiqi tərəfdaş kimi Azərbaycanı dəstəklədiyini nümayiş etdirib”.

İsrailli ekspert Arye Qut “Heydər Əliyev - gənclik - multikulturalizm” mövzusunda ikigünlük beynəlxalq elmi-praktik konfransın panel iclasındakı çıxışının sonunda deyib: “İsrail ilə Azərbaycan arasında, həmçinin Azərbaycan müsəlmanları və Azərbaycan yəhudiləri arasında münasibətləri təkcə qarşılıqlı maraqla izah etmək olmaz. Bu gün Azərbaycan-İsrail münasibətləri ümumi dəyərlərə və ümumi tarixə əsaslanır. İki ölkə arasında insani əlaqələr və müxtəlif dini-tolerant cəmiyyətlərdə yaşamaq qətiyyəti hər iki ölkəni zənginləşdirir. Açıq-aşkar görünür ki, Azərbaycanda yəhudilər və müsəlmanlar qardaşlar kimi dinc yanaşı yaşayıblar, bu gün də belədir, onlar ortaq tarix və ortaq tale ilə bir-birinə həmişəlik bağlıdırlar”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İğdırda Azərbaycan İncəsənət Həftəsi çərçivəsində konsert və moda sərgisi təşkil olunub

Dövlət informasiya infrastrukturlarına qarşı kiberhücum fəaliyyətləri qeydə alınıb

Təmir işləri ilə əlaqədar Bakının bəzi ərazilərində qaz kəsiləcək

ABŞ “Bank of America”nı 1,21 milyard dollar cərimələyib

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Yasamal və Binəqədi rayonlarında elektrik enerjisinin verilişində fasilə olacaq

Kiyev ballistik raketlərlə vurulub, ölənlər var

Böyük Britaniya Ukraynaya çoxməqsədli raketlərin tədarükünü sürətləndirəcək

Konqoda “Ebola” virusundan ölənlərin sayı 4300 nəfəri ötüb

“Politico”: Trampın yaxın vaxtlarda Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməsi gözlənilmir

“Forbes”: İlon Mask yenidən trilyonçu statusunu itirib

ABŞ şirkəti Ukrayna üçün Avropada “Patriot” raketləri istehsal edə bilər

FTB “OpenAI” əməkdaşını ofisdə dinləmə cihazı yerləşdirdiyinə görə həbs edib

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

Ukrayna hərbi ehtiyaclar üçün əlavə 1,33 milyard dollar ayırıb

Papa XIV Leonun ağciyərindən bədxassəli şiş çıxarılıb

Çempionlar Liqası: “Qalatasaray” “Barselona”ya məğlub olub

Corc Vaşinqtonun prezidentliyi dövrünə aid sikkə hərracda 2,9 milyon dollara satılıb

Koalisiya qüvvələri Yəməndə husilərin yanacaq anbarlarına zərbələr endirib

Meksika qəzetində azərbaycanlı rəssamın sərgisindən bəhs edən məqalə dərc olunub

“Sabah”ın baş məşqçisi: Futbolçularım xarakter və əzmkarlıq göstərdilər

Çexiya klubunun baş məşqçisi: “Sabah” bizi meydanın mərkəzində üstələdi

“Sabah”ın hücumçusu “Slaviya” ilə matçın oyunçusu seçilib

Çempionlar Liqası: “Sabah” liqa mərhələsində ilk qələbəsini qazanıb – YENİLƏNİB 4

Anatoli Livşits: Dəniz, relyef və şəhər tikililərinin vəhdəti Bakının özünəməxsus memarlıq görkəmini formalaşdırır

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Böyük Britaniyada yaradılan yeni iş yerlərinin 80 faizi miqrantların payına düşüb

Luvr muzeyinin qarətindən bir il keçir: oğurlanmış kral xəzinəsinin taleyi hələ də müəmmalıdır

Bakının iki ərazisində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

“Baku Jazz Festival-2026”: Xarici musiqiçilərin təəssüratları

Azərbaycan Mədəniyyəti FAO-nun Baş qərargahında təqdim olunub

Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub

Avropa İttifaqı ilə Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirməyi müzakirə edəcəklər

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib

Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Naxçıvana səfər edib

Azərbaycan modelçiləri “Ankara Model Show 2026” sərgisində mükafatlar qazanıblar

Tramp husilərə xəbərdarlıq edib

ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir

Londonda “Arşın mal alan” filminin nümayişi olub

Azərbaycanın Macarıstandakı yeni səfiri etimadnaməsini təqdim edib

Bu saata olan əsas xəbərlər

Məktəbli geyimi, sadəcə bir forma deyil…

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb

Frontex və Avropa Kosmik Agentliyi peyk məlumatlarından istifadəyə dair əməkdaşlığı genişləndirir

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Laos Prezidenti Milli Məclisdə olub

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib

Faiq İsmayılov: Ənənəvi baş örtüklərimizi eyniləşdirib hamısını hicab adlandırmaq doğru deyil

AMEA-da yeni rəqəmsal hesabat modeli tətbiq edilir

Mərkəzi Bank: Sığorta sektorunun zərərlilik dərəcəsi artıb

Birinci yarımildə investisiya şirkətlərinin aktivləri 123 milyon manat olub

Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir

Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib

AMB: Bank sektoru üzrə kredit riskləri idarə olunan səviyyədədir

Türk ekspert: Azərbaycan və Türkiyə regional sülhün və Türk dünyasının parlaq gələcəyinin sarsılmaz təminatıdır

Azərbaycanın sabitliyi və əmin-amanlığı hər bir vətəndaşın məsuliyyətidir – RƏY

Deputat: Azərbaycan dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib

Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb

Vahid geyim qaydaları məktəb mədəniyyətinin möhkəmlənməsinə töhfə verir - Sənan Həsənov

ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib

Azərbaycanın dünyəvi təhsil modeli hədəfdə: İdeoloji mübarizənin pərdəarxası - TƏHLİL

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub

Təkrarsığortaya ötürülən təkrarsığorta haqları 74 milyon manat olub

Mərkəzi Bank: Əhalinin borc yükü artıb

Yarım ildə bank sektoru üzrə 62 milyon manat silinmə baş verib

BSU Şumen Universiteti ilə əməkdaşlığa dair memorandum imzalayıb

Şəhid övladları üçün Zəfər Muzeyinə ekskursiya təşkil edilib

Çin atom elektrik stansiyalarından enerji alan dünyanın ilk ultra yüksəkgərginlikli elektrik şəbəkəsini istismara verib

İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb

Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir

İqtisadi Şuranın növbəti iclası olub

Daha bir neçə avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib

Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi nitqi ADU-da gələcək inkişafın yol xəritəsi kimi

Beynəlxalq Cüdo Federasiyasının prezidenti dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri ilə bağlı növbəti iclas baş tutub

Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA

Qlobal avtomobil bazarında yeni minik avtomobillərinin qeydiyyatı 5 faizədək azalıb

BDU əməkdaşlarının rəqəmsal bacarıqları inkişaf etdirilir

AzTU tələbələri təhsil kreditləri barədə məlumatlandırılıb

QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

Asim Xudiyev UEFA-dan təyinat alıb

Azərbaycanın çoxşaxəli siyasəti: Bakı niyə daha böyük strateji əhəmiyyət qazanır?

Sentyabrda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 40 min 702 müraciət daxil olub

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Süni intellekt xidmətlərinin adından istifadə edən yeni fişinq kampaniyası aşkarlanıb – Xəbərdarlıq

Təhsil müəssisələrində geyim mədəniyyəti: dünyəvi prinsiplər və peşəkar nümunə

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 31 faizədək artıb

® “Kapital Bank”ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6 faiz artıb

Gömrükçülər külli miqdarda dərman vasitələri aşkarlayıblar

Allahşükür Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır

İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib

XİN Azərbaycan vətəndaşlarını Qara dəniz və Azov dənizi akvatoriyalarında gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırıb

UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub