Asif Əsgərov Avropa Klublar Birliyinin İcraiyyə Şurasına üzv seçilib
Bakı, 7 sentyabr, AZƏRTAC
Almaniyanın paytaxtı Berlin şəhərində Avropa Klublar Birliyinin (ECA) Baş Assambleyası keçirilib.
AZƏRTAC xəbər verir ki, toplantıda qurumun İcraiyyə Komitəsinə 2023-2027-ci illər üçün üzvlərin seçimi baş tutub.
"Qarabağ" klubunun baş meneceri Asif Əsgərov səs çoxluğu ilə növbəti 4 ildə İcraiyyə Komitəsinə üzv seçilib. Bununla da, o, beynəlxalq futbol qurumlarının rəhbər və qərarverici orqanlarında təmsil olunan ilk azərbaycanlı olub.
Qeyd edək ki, Asif Əsgərov 2017-ci ildən Avropa Klublar Birliyinin işçi qrupunun üzvü, 2019-cu ildən isə katibi olub.
2008-ci ildə təsis olunmuş ECA UEFA-nın tanıdığı yeganə klub təşkilatıdır. Qurumun rəhbəri PSJ-nin prezidenti Nasser Əl-Xəlaifidir.