AŞPA-nın vitse-prezidenti: Beynəlxalq birlik Dağlıq Qarabağ probleminin həllində fəallıq nümayiş etdirməlidir
Kiyev, 13 sentyabr, AZƏRTAC
Bu gün dünyada baş verən ağır iqtisadi, siyasi proseslər fonunda bir sıra problemlərin həlli açarı Azərbaycandadır.
Bu fikri AZƏRTAC-a açıqlamasında Ukrayna Ali Radasının deputatı, AŞPA-nın vitse-prezidenti Georgi Loqvinski deyib.
O bildirib ki, Azərbaycan region və dünya dövlətləri üçün çox uğurlu iqtisadi, mədəni layihələr həyata keçirir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində beynəlxalq birliyin ədalətli mövqe nümayiş etdirməməsinə dair sualı cavablandıran AŞPA-nın vitse-prezidenti vurğulayıb ki, beynəlxalq təşkilatlar hansı tərəfin işğalçı və hansı tərəfin işğala məruz qalmasını konkret göstərməlidirlər.
“Ümumiyyətlə, “dondurulmuş münaqişə” terminindən xoşum gəlmir. Hesab edirəm ki, beynəlxalq birlik Dağlıq Qarabağ probleminin həllində fəallıq nümayiş etdirməlidir”, - deyə Loqvinski qeyd edib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [13:52]
Prezidentin Mətbuat Xidmətinin məlumatı
- 10.10.2026 [13:16]
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb
- 10.10.2026 [12:22]
Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur
Bu saata olan əsas xəbərlər
- [12:01]
“Qalatasaray” növbəti qələbəsini qazanıb
- 09.10.2026 [23:30]
Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına
- 09.10.2026 [23:18]