AŞQABAD YAXINLIĞINDAKI QIPÇAQ KƏNDİNDƏ MƏRKƏZİ ASİYADA ƏN BÖYÜK MƏSCİD AÇILMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Türkmənistan Prezidenti Saparmurad Niyazovun doğulduğu Qıpçaq kəndində Mərkəzi Asiyada ən böyük məscidin açılışı olmuşdur. “Türkmənbaşının ruhu” adlandırılan məscidin 1991-ci ildə Türkmənistanın müstəqillik qazanmasına işarə edən 91 metr hündürlüyündə 4 minarəsi, əsas qapısından əlavə yeddi girişi var. İbadət salonuna türkmən xalçaçılarının toxuduğu 215 kvadratmetrlik səkkizguşəli nəhəng xalça salınmışdır. Burada eyni vaxtda 10 min adam namaz qıla bilir.
Məscidin 36 hektar ərazisinin 25 hektarı yaşıllığa bürünmüşdür. Burada İtaliya, İspaniya və başqa ölkələrdən gətirilmiş təqribən 1 milyon ağac, kol və dekorativ gül əkilmişdir. Bundan əlavə, məscidin ərazisində matəm mərasimləri keçirmək üçün 5 min nəfərlik salon, 100 avtobus və 400 minik maşını üçün yeraltı dayanacaq da tikilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [11:29]
İspaniyada növbədənkənar parlament seçkiləri noyabrın 29-da keçiriləcək
- 05.10.2026 [11:16]
Yuxarı Fransa regionu kiberhücuma məruz qalıb
- 05.10.2026 [11:02]
Daşkəndin yeni aeroportu Özbəkistanın inkişafının rəmzi olacaq
- 05.10.2026 [10:49]
Konqoda Ebola virusuna yoluxanların sayı 8376-ya çatıb
- 05.10.2026 [10:48]
ABŞ Britaniyadakı hərbi bazadan bombardmançı təyyarələrini çıxarıb
ABŞ-də əyləncə zamanı atışma olub: 2 nəfər ölüb, 35 nəfər yaralanıb
- 04.10.2026 [23:37]
Media: “Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb
- 04.10.2026 [23:06]
GAİM soydaşlarımızın ali məktəblərə hazırlıq proqramını davam etdirir
- 04.10.2026 [22:32]
Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB
- 04.10.2026 [22:13]
Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar
- 04.10.2026 [21:23]
Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq
- 04.10.2026 [21:04]