Aşqarlar Kimyası İnstitutunda tədris ili uzadılıb
Bakı, 16 may, AZƏRTAC
AMEA-nın akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda tədris ili uzadılıb. İnstitutun elmi işlər üzrə direktor müavini, kimya elmləri doktoru, dosent Əfsun Sucayev AZƏRTAC-a məlumat verib ki, onlayn tədris iyunun 15-dək davam edəcək. Birinci kurs magistrantlar iyunun 15-dən sonra imtahan verəcəklər. Magistrantların sayı az olduğuna görə imtahanlar ənənəvi formada keçiriləcək.
Əfsun Sucayev diqqətə çatdırıb ki, II kurs magistrantların dissertasiya müdafiələrinin iyun ayında keçirilməsi planlaşdırılır. Bununla əlaqədar hazırda mərkəzləşdirilmiş dissertasiya komissiyaları yaradılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [19:51]
Ankara Universitetinin rektoru TAU-da olub
- 10.10.2026 [14:09]
Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb
- 09.10.2026 [18:13]
Təhsildə keyfiyyətin artırılmasına dair görüşlərə başlanılıb
- 09.10.2026 [17:45]