ASTARA RAYONUNUN TÜLƏKÜVAN KƏNDİNDƏ YENİ MƏKTƏBİN AÇILIŞI OLMUŞDUR
Torpaq sürüşməsi nəticəsində uçulmuş məktəb binasının yerində respublika Fövqəladə Hallar üzrə Dövlət Komissiyasının vəsaiti hesabına inşa edilən təhsil ocağı təzə avadanlıqla təchiz edilmişdir.
Mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Oqtay Abbasov və digər natiqlər ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısından danışmış, cari ildə rayonda inşa edilən 9 yeni məktəb binasından 4-nün artıq istifadəyə verildiyini bildirmiş, ölkə başçısının regiona səfəri və bu səfərin yekunu olaraq sentyabrın 14-də imzaladığı “Azərbaycan Respublikası regionlarının, o cümlədən Lənkəran şəhəri, Astara, Lerik, Masallı və Yardımlı rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamının bölgənin, o cümlədən Astaranın iqtisadiyyatının inkişafındakı əhəmiyyətini diqqətə çatdırmışlar.
Qarabağ uğrunda döyüşlərdə şəhid olmuş Xanlar Şəkərovun adını daşıyan yeni məktəbin açılışını bildirən qırmızı lent kəsildikdən sonra mərasim iştirakçıları həmyerlilərinin foyedəki büstünün önünə gül-çiçək dəstələri qoymuş, sinif otaqları ilə tanış olmuşlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]
“Google” görmə və tərcümə üzrə yeni süni intellekt modeli təqdim edib
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]
Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb
- 14.06.2026 [23:02]
Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb
- 14.06.2026 [22:29]
Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfər edəcək
- 14.06.2026 [22:25]