ASTARADA 20 YANVAR ŞƏHİDLƏRİNİN XATİRƏSİ EHTİRAMLA YAD EDİLMİŞDİR
Astara, 19 yanvar (AZƏRTAC). Qanlı 20 Yanvar faciəsinin 20 illiyi ilə əlaqədar Astara şəhərindəki Şəhidlər xiyabanında keçirilən mərasimdə azadlıq mücahidlərinin xatirəsi ehtiramla yad edilmişdir.
Tədbir iştirakçıları “Şəhidlər” abidə kompleksinin önünə gül dəstələri düzmüş, burada şəhidlərin ruhuna dualar oxunmuşdur.
Mərasimdə çıxış edən Astara Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev 20 il əvvəl Qanlı Yanvar günlərində qanları ilə xalqımızın qəhrəmanlıq tarixinə parlaq səhifələr yazaraq şəhidlik zirvəsinə ucalan istiqlal mücahidlərinin xatiəsinin həmişə böyük məhəbbətlə anıldığını bildirmişdir. Bu böyük faciəyə hələ Moskva şəhərində yaşadığı dövrdə ilk etirazını bildirən və bu hadisəyə düzgün qiymət verən ümummilli lider Heydər Əliyevin söylədiyi “1990-cı il yanvarın 20-si Azərbaycanın tarixinə ən faciəli günlərdən biri, eyni zamanda xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur” sözlərini diqqətə çatdırmışdır.
Tədbir rayon mədəniyyət evində davam etmişdir.
Mərasim iştirakçıları mədəniyyət evinin foyesində 20 Yanvar faciəsinin dəhşətlərini əks etdirən sərgi ilə tanış olmuş, “Qan yaddaşımız” sənədli filminə tamaşa etmişlər.
Rayonun bədii özfəaliyyət kollektivlərinin ifasında “Şəhidlik ən böyük zirvədir” mövzusunda ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]
Qanlı gecədən başlanan və müstəqilliyə gətirib çıxaran yol
Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar
- 27.09.2026 [23:59]
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib
- 27.09.2026 [23:20]
Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib
- 27.09.2026 [23:16]
Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib
- 27.09.2026 [23:11]
Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb
- 27.09.2026 [23:08]
27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH
- 27.09.2026 [22:17]
Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib
- 27.09.2026 [22:04]
ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib
- 27.09.2026 [21:58]
AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib
- 27.09.2026 [21:51]
BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib
- 27.09.2026 [21:47]
Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub
- 27.09.2026 [21:40]
AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər
- 27.09.2026 [21:35]
Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib
- 27.09.2026 [21:32]
Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib
- 27.09.2026 [21:27]
Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH
- 27.09.2026 [20:17]