ASTARADA “TƏMİZ HAVA” AYLIĞI ÇƏRÇİVƏSİNDƏ AVTONƏQLİYYAT VASİTƏLƏRİNƏ BAXIŞ KEÇİRİLMİŞDİR
Astara, 14 avqust (AZƏRTAC). Avqustun 14-də Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Astara Rayon Polis Şöbəsi “Təmiz hava” aylığı çərçivəsində Astara rayonunda avtonəqliyyat vasitələrinin atmosfer havasının çirklənməsinin qarşısını almaq məqsədi ilə növbəti birgə reyd keçirmişlər.
Reyd zamanı məlum olmuşdur ki, atmosferi ən çox çirkləndirən sovet dövrünün istehsalı olan avtomobillərdir.
Gün ərzində davam edən reyd zamanı 100-ə yaxın avtomaşının dəm qazının havaya buraxılması normasına baxış keçirilmişdir.
Dəm qazını havaya normadan artıq burxdığına görə 25 avtomobilin sürücüsünə inzibati qaydada cərimələr tətbiq edilmişdir.
Reyd zamanı, həmçinin, sənədləri qaydasında olmayan, avtomaşını dövlət nömrə nişanı olmadan idarə edən sürücülər də aşkar edilmiş və onlar haqqında müvafiq cəza tədbirləri görülmüşdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [16:47]
Lerik-Lənkəran sərhədində zəlzələ olub
- 10.08.2026 [16:00]
Bakıda yağış yağacaq
- 10.08.2026 [12:42]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 10.08.2026 [11:57]
Faktiki hava: Bəzi rayonlara leysan yağır
- 09.08.2026 [17:40]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan olunub
- 09.08.2026 [12:46]