Azərbaycan Dövlət İnformasiya Agentliyi

Audit şəffaf iqtisadiyyatın, peşə etikasının və ictimai etimadın mühüm dayağıdır - MÜSAHİBƏ

Audit şəffaf iqtisadiyyatın, peşə etikasının və ictimai etimadın mühüm dayağıdır - MÜSAHİBƏ

Bakı, 26 may, AZƏRTAC

May ayı bütün dünyada “Daxili audit ayı” kimi qeyd olunur və bu təşəbbüs audit peşəsinin şəffaflıq, hesabatlılıq və effektiv idarəetmə sistemlərinin formalaşdırılmasındakı rolunu bir daha ön plana çıxarır. Daxili audit müasir dövrdə yalnız nəzarət funksiyası ilə məhdudlaşmayaraq, təşkilatların risklərinin idarə olunması, korporativ idarəetmənin təkmilləşdirilməsi və qərar qəbuletmə proseslərinin keyfiyyətinin artırılmasında mühüm rol oynayır. Qlobal iqtisadi mühitdə rəqəmsallaşmanın sürətlənməsi və risklərin mürəkkəbləşməsi daxili auditin strateji əhəmiyyətini daha da artırıb. Bu baxımdan daxili audit təşkilatların dayanıqlılığının və maliyyə sabitliyinin qorunmasında əsas idarəetmə alətlərindən biri kimi çıxış edir. Azərbaycanda da audit sahəsinin inkişafı, beynəlxalq standartların tətbiqi və peşə etikasının gücləndirilməsi bu istiqamətdə mühüm irəliləyişlərdən xəbər verir.

Bu kontekstdə Azərbaycan Respublikasının Auditorlar Palatasının Xüsusi Auditlər, Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə, Daxili Nəzarət və Forenzik Təhlillər İdarəsinin rəisi Ənvər Aslanov daxili auditin müasir iqtisadi sistemdə rolu və audit peşəsinin inkişaf istiqamətləri barədə fikirlərini AZƏRTAC-a bölüşüb.

– Audit peşəsi bu gün artıq yalnız maliyyə yoxlaması deyil, iqtisadi şəffaflığın əsas təminatçısı kimi çıxış edir. Azərbaycanda bu funksiyanın real təsir gücünü necə qiymətləndirirsiniz?

– Hesab edirik ki, audit peşəsi müasir iqtisadi münasibətlər sistemində artıq yalnız maliyyə hesabatlarının yoxlanılması ilə məhdudlaşmır. Audit şəffaflığın, hesabatlılığın, maliyyə intizamının, korporativ məsuliyyətin, investisiya etimadının və iqtisadi təhlükəsizliyin təmin olunmasında mühüm peşə təsisatına çevrilib. Auditor rəyi təkcə müəssisənin maliyyə vəziyyəti barədə fikir bildirmir, eyni zamanda həmin müəssisənin idarəetmə mədəniyyəti, maliyyə davranışı, risklərə münasibəti və bazar iştirakçıları qarşısında etibarlılığı haqqında ciddi informasiya mənbəyi kimi çıxış edir. Auditorlar Palatası ölkəmizdə maliyyə nəzarəti, audit təsisatının ictimai rolu, auditor rəylərinə etimad, bank və maliyyə sektorunda şəffaflıq, habelə iqtisadi mühitin etibarlılığı ilə bağlı aparılan ictimai müzakirələri diqqətlə izləyir və bu məsələləri dövlətin şəffaf idarəçilik siyasəti, iqtisadi təhlükəsizlik və sağlam biznes mühiti baxımından mühüm hesab edir. Həmçinin rəqəmsal iqtisadiyyatın genişlənməsi, fırıldaqçılıq və dələduzluq risklərinin artması, maliyyə məlumatlarının saxtalaşdırılması ehtimalı və iqtisadi dövriyyədə etimad boşluqları auditin peşəkar təminat mexanizmi kimi rolunu daha da artırır. Etibarlı audit xidməti müasir dövlət idarəçiliyinin, dayanıqlı iqtisadi inkişafın və investor etimadının ayrılmaz tərkib hissəsidir. Respublikamızda son illər aparılan genişmiqyaslı iqtisadi islahatlar, şəffaflığın artırılması, sahibkarlığın inkişafı, dövlət maliyyə intizamının möhkəmləndirilməsi və investisiya mühitinin qorunması audit peşəsinin əhəmiyyətini daha da aktuallaşdırıb.

Prezident İlham Əliyevin müəyyən etdiyi iqtisadi inkişaf kursu dövlət və özəl sektorun fəaliyyətində hesabatlılığın, səmərəliliyin və şəffaflığın təmin olunmasını əsas prioritetlərdən biri kimi önə çıxarır. Xüsusilə, auditin bu rolu Böyük Qayıdış prosesi, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri, dövlət vəsaitlərindən səmərəli istifadə, investisiya layihələrinin şəffaf icrası və maliyyə hesabatlılığının etibarlılığı baxımından da mühüm əhəmiyyət daşıyır. Auditorlar Palatasının 30 illik yubileyi də bu baxımdan əlamətdardır. Palata bu dövrdə formalaşma mərhələsindən təsisati yetkinlik mərhələsinə yüksəlib, audit isə ənənəvi maliyyə yoxlamasından iqtisadi təhlükəsizlik və investisiya etimadı təsisatına çevrilib. Hazırkı mərhələdə palatanın əsas xətti auditin real təsir gücünü artırmaqdan ibarətdir. Bunun üçün struktur və funksional təkmilləşdirmələr, hədəfli monitorinqlər, riskəsaslı qiymətləndirmə, davamlı nəzarət, peşə etikası və müstəqillik tələblərinə əməl olunmasının izlənilməsi daha sistemli şəkildə həyata keçirilir. Audit dövlət üçün maliyyə intizamı və iqtisadi təhlükəsizlik, özəl sektor üçün etibarlı idarəetmə, investorlar üçün qorunan biznes mühiti, cəmiyyət üçün isə hesabatlılıq və ictimai etimad deməkdir.

- Rəqəmsallaşma və süni intellekt audit proseslərini dəyişir. Palata bu transformasiyaya uyğun olaraq audit standartlarını və yanaşmalarını necə yeniləyir?

– Rəqəmsallaşma və süni intellekt audit peşəsinin metodologiyasını, sübut toplama üsullarını, risklərin qiymətləndirilməsi mexanizmlərini və auditorun peşə mühakiməsinin tətbiq sahələrini əhəmiyyətli dərəcədə dəyişir. Müasir auditor artıq yalnız ilkin sənədləri və maliyyə hesabatlarını yoxlayan mütəxəssis deyil, böyük məlumat bazalarını təhlil edən, elektron sübutların etibarlılığını qiymətləndirən, avtomatlaşdırılmış nəzarət mühitini araşdıran və kiberrisklərin maliyyə hesabatlarına mümkün təsirini müəyyən edən peşəkardır. Palata bu transformasiyanı sadəcə texnoloji yenilik kimi deyil, audit peşəsinin yeni inkişaf mərhələsi kimi qiymətləndirir. Bu səbəbdən palatanın yanaşması Beynəlxalq Audit Standartlarının (BAS), yəni BAS-ın tələblərinin rəqəmsal mühitə uyğun tətbiqi, auditorların texnoloji biliklərinin artırılması, məlumat analitikası, süni intellektəsaslı risk qiymətləndirilməsi, elektron sənəd dövriyyəsi, kibertəhlükəsizlik və avtomatlaşdırılmış nəzarət sistemləri üzrə peşəkar hazırlığın gücləndirilməsi üzərində qurulur. Müasir rəqəmsal mühitdə auditin keyfiyyəti yalnız texnoloji alətlərdən istifadə ilə ölçülmür. Əsas məsələ həmin alətlərin BAS tələbləri, audit sübutlarının yetərliliyi, peşəkar skeptisizm, auditorun müstəqilliyi və daxili keyfiyyət nəzarəti ilə birlikdə tətbiq olunmasıdır. Bu səbəbdən palata audit fayllarının daha dərin təhlilini, auditor rəylərinin əsaslandırılma səviyyəsinin qiymətləndirilməsini və riskəsaslı nəzarət alətlərinin genişləndirilməsini mühüm prioritet hesab edir.

Beynəlxalq təcrübə göstərir ki, rəqəmsal risklərin mühüm hissəsi yalnız xarici kiberhücumlarla deyil, insan faktoru, təşkilati səhlənkarlıq, daxili nəzarət boşluqları və istifadəçi etimadnamələrinin oğurlanması ilə bağlıdır. Bu isə auditorlardan yalnız texnoloji sistemləri deyil, həm də daxili nəzarət mühitini, giriş hüquqlarını, məsuliyyət bölgüsünü, məlumatların bütövlüyünü, elektron sübutların etibarlılığını və maliyyə-rəqəmsal nəzarət mühitini birlikdə qiymətləndirməyi tələb edir. Bu baxımdan palatada aparılan struktur və funksional təkmilləşdirmələr müasir çağırışlara cavab verir. Keyfiyyətə nəzarət, hədəfli monitorinqlər, ƏL/TMM, yəni cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə uyğunluq, hədəfli maliyyə sanksiyaları, komplayns, xüsusi audit yanaşmaları və forenzik təhlil imkanlarının inkişaf etdirilməsi auditin müasir tələblərə uyğunlaşmasına xidmət edir. Eyni zamanda, süni intellekt auditorun peşəkar mühakiməsini əvəz edən vasitə kimi qəbul edilə bilməz. Əksinə, o, auditorun sübut toplama imkanlarını, risk sahələrini müəyyənetmə qabiliyyətini və analitik nəticələrinin keyfiyyətini gücləndirən texnoloji alətdir. Auditorun müstəqilliyi, peşəkar skeptisizmi, obyektivliyi və məsuliyyəti rəqəmsal mühitdə də dəyişməz peşə prinsipləri olaraq qalır.

– Beynəlxalq audit ayı çərçivəsində Azərbaycanda audit mədəniyyətinin inkişafı üçün əsas istiqamətlər hansılardır?

– Beynəlxalq audit ayı audit peşəsinin iqtisadiyyat və cəmiyyət qarşısında daşıdığı məsuliyyəti bir daha ön plana çıxarır. Hesab edirik ki, audit mədəniyyətinin inkişafı üçün əsas məsələ auditə formal yoxlama və ya məcburi prosedur kimi deyil, şəffaf idarəetmənin, maliyyə intizamının, məsuliyyətli sahibkarlığın və etibarlı investisiya mühitinin ayrılmaz elementi kimi yanaşmanın formalaşdırılmasıdır. Müasir audit mədəniyyəti yalnız “nə baş verdi” və ya “nə səhv getdi” suallarına cavab verməklə kifayətlənməməlidir. Yeni yanaşma “nə səhv gedə bilər”, “hansı risklər əvvəlcədən görünür” və “bu risklərin qarşısı hansı nəzarət və idarəetmə mexanizmləri ilə alınmalıdır” sualları üzərində qurulmalıdır. Bu, audit mədəniyyətini formal nəzarət düşüncəsindən etibarlı təminat, riskəsaslı əminlik və qabaqlayıcı idarəetmə düşüncəsinə keçirir. Bu baxış bucağı ilə yanaşsaq, audit mədəniyyətinin formalaşması yalnız auditorların peşəkar hazırlığı ilə məhdudlaşmır. Bu proses cəmiyyətlə açıq dialoq, obyektiv məlumatlandırma, peşəkar maarifləndirmə, əsaslandırılmış şikayət mexanizmlərinin işləkliyi və auditə dair ictimai müzakirələrin hüquqi-peşəkar əsaslarla aparılması ilə sıx bağlıdır. Məhz ona görə də prioritetlərimizdən biri auditin ictimai nüfuzunun artırılmasıdır.

Cəmiyyət, sahibkarlar və dövlət qurumları auditin yalnız pozuntu axtaran mexanizm olmadığını, əksinə, riskləri vaxtında müəyyən edən, maliyyə məlumatlarının etibarlılığını təmin edən, idarəetmə qərarlarının keyfiyyətini artıran və şəffaflığı gücləndirən peşəkar təsisat olduğunu daha dərindən anlamalıdır. Həmçinin audit xidmətinin keyfiyyətinin yüksəldilməsi xüsusi əhəmiyyət daşıyır. Bu məqsədlə palata auditorların davamlı peşə təhsilini, beynəlxalq standartların tətbiqini, peşə etikası və müstəqillik tələblərinin qorunmasını, auditor təşkilatlarının keyfiyyət göstəricilərinin qiymətləndirilməsini, hədəfli monitorinqlərin və riskəsaslı nəzarət mexanizmlərinin genişləndirilməsini xüsusi prioritet hesab edir. Daha bir məqamı qeyd etmək yerinə düşərdi ki, audit dövlət və özəl sektor üçün real idarəetmə dəyərinə çevrilməlidir. Dövlət sektoru üçün audit maliyyə intizamının, ictimai vəsaitlərin səmərəli istifadəsinin və dövlət proqramlarının icra şəffaflığının gücləndirilməsinə, özəl sektor üçün isə investor etimadının, kredit imkanlarının, daxili nəzarətin, risklərin idarə olunmasının və korporativ idarəetmənin möhkəmləndirilməsinə xidmət edir. Hədəfimiz auditin Azərbaycan iqtisadiyyatında şəffaflığın, hüquqi müəyyənliyin, investisiya etimadının və ictimai məsuliyyətin əsas təminat təsisatlarından biri kimi daha da güclənməsidir.

– Xarici investorlar üçün auditin keyfiyyəti əsas etimad göstəricilərindən biridir. Azərbaycanda audit sisteminin beynəlxalq müqayisədə ən güclü və ən zəif tərəfləri hansılardır?

– Xarici investor üçün audit hesabatı yalnız maliyyə sənədi deyil. Bu sənəd risklərin qiymətləndirilməsi, korporativ idarəetmənin səviyyəsi, aktivlərin qorunması, öhdəliklərin şəffaflığı, daxili nəzarət mühitinin keyfiyyəti və biznes mühitinin proqnozlaşdırıla bilməsi barədə mühüm etimad göstəricisidir. Buna görə də auditin keyfiyyəti investisiya qərarlarında mühüm rol oynayır. Qlobal rəqəmsal fırıldaqçılıq və kiberrisk göstəriciləri sübut edir ki, investor üçün əsas məsələ yalnız müəssisənin maliyyə nəticələri deyil, həmin nəticələrin formalaşdığı nəzarət mühitinin etibarlılığıdır. Daxili nəzarət mexanizmləri, elektron sübutların bütövlüyü, məlumat sistemlərinə giriş hüquqları, kibervasitəli əməliyyat riskləri və insan faktoru artıq investor etimadının ayrılmaz elementlərinə çevrilib. Bu baxımdan Böyük Qayıdış çərçivəsində işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa, quruculuq, infrastruktur, yaşayış, istehsal və xidmət layihələri də maliyyə şəffaflığı və auditin keyfiyyəti baxımından xüsusi əhəmiyyət daşıyır. Belə strateji layihələrdə audit yalnız xərclərin yoxlanılması deyil, dövlət vəsaitlərinin səmərəli istifadəsi, podrat və təchizat zəncirlərinin şəffaflığı, investisiya öhdəliklərinin icrası, risklərin vaxtında aşkarlanması və layihə idarəetməsinə peşəkar əminliyin təmin olunması baxımından mühüm vasitədir. Auditor rəyinə ictimai və investisiya etimadı formal hesabatın mövcudluğu ilə deyil, auditin real keyfiyyəti, auditorun müstəqilliyi, peşəkar skeptisizm, etik davranış, maraqlar münaqişəsinin qarşısının alınması, audit sübutlarının yetərliliyi, daxili keyfiyyət nəzarəti və peşə-nəzarət mexanizmlərinin davamlı işləkliyi ilə formalaşır.

Azərbaycan audit sisteminin mühüm üstünlüklərindən biri onun hüquqi və təsisati əsaslarının formalaşmasıdır. Auditorlar Palatasının peşə tənzimləyici qurum kimi fəaliyyəti, beynəlxalq audit standartlarının tətbiqi, auditor xidmətinin keyfiyyətinə nəzarət mexanizmləri, peşə təhsili və metodiki təminat sahəsində görülən tədbirlər milli audit sisteminin vacib dayaqlarıdır. Bununla yanaşı, beynəlxalq müqayisədə daha da gücləndirilməli istiqamətlər də mövcuddur. Auditor təşkilatlarında daxili keyfiyyət idarəetmə sistemlərinin inkişaf etdirilməsi, rəqəmsal audit texnologiyalarının geniş tətbiqi, auditorların ixtisaslaşmasının artırılması, kiçik və orta auditor təşkilatlarının metodiki imkanlarının gücləndirilməsi, audit nəticələrinin iqtisadi təhlil və risk qiymətləndirilməsi baxımından daha praktik təqdim edilməsi mühüm vəzifələrdəndir. Xüsusi fəxrlə ilk olaraq sizinlə bir sevindirici və mühüm xəbəri bölüşmək istərdik ki, artıq Türk Dövlətləri Təşkilatı müstəvisində “Türk dövlətləri Mühasiblər və Müstəqil Auditorlar birliyi” adlı təşkilatın yaradılması təşəbbüsü üzrə yekun qərarlar qəbul edilib və hazırda son texniki işlər tamamlanmaq üzrədir. Bu təşəbbüs türk dövlətləri arasında audit və mühasibatlıq sahəsində peşə standartlarının yaxınlaşdırılması, qarşılıqlı etimadın gücləndirilməsi, peşə etikası, keyfiyyətə nəzarət, davamlı peşə təhsili və regional maliyyə şəffaflığı platformasının yaradılması baxımından mühüm əhəmiyyət daşıyır. Strateji hədəfimiz Azərbaycan audit sistemini Cənubi Qafqaz və daha geniş region üzrə beynəlxalq standartlara uyğun, keyfiyyətə nəzarəti güclü, rəqəmsal imkanlara malik, investisiya etimadını dəstəkləyən nümunəvi peşə modelinə çevirməkdir.

– Kiçik və orta biznes sektorunda auditə yanaşma hələ də formal xarakter daşıyır. Bu yanaşmanın dəyişməsi üçün hansı addımlar atılmalıdır?

– Kiçik və orta biznes sektorunda auditə formal yanaşmanın əsas səbəbi auditin iqtisadi faydasının kifayət qədər aydın izah olunmamasıdır. Bir çox hallarda sahibkar auditi yalnız qanunvericilikdən irəli gələn məcburi tələb kimi qəbul edir. Halbuki audit biznesin maliyyə sağlamlığını, pul axınlarını, borc yükünü, vergi risklərini, daxili nəzarət boşluqlarını, müqavilə öhdəliklərini və idarəetmə zəifliklərini vaxtında müəyyən etməyə imkan verən ciddi idarəetmə alətidir. Kiçik və orta biznes, yəni KOB üçün müasir auditin faydası yalnız maliyyə hesabatlarının düzgünlüyünün yoxlanılması ilə məhdudlaşmır. Bu sektor üçün audit həm də daxili nəzarət boşluqlarının, əməkdaş səhlənkarlığından yaranan risklərin, elektron ödəniş və məlumat sistemləri üzrə zəifliklərin, müqavilə və vergi risklərinin, habelə fırıldaqçılıq ehtimalının vaxtında müəyyən olunmasına xidmət edir. Xüsusilə rəqəmsal əməliyyatların artdığı şəraitdə KOB subyektləri auditə əlavə xərc kimi deyil, biznesin qorunması və davamlılığı üçün qabaqlayıcı mexanizm kimi

yanaşmalıdırlar. Bu yanaşmanın dəyişməsi üçün maarifləndirmənin gücləndirilməsi mühüm əhəmiyyət daşıyır. Kiçik və orta biznes subyektləri bilməlidirlər ki, keyfiyyətli audit əlavə inzibati yük deyil, biznesin qorunması, bank və kredit təşkilatları qarşısında etibarlılığın artırılması, investor cəlbi, dövlət satınalmalarında iştirak imkanlarının genişlənməsi, tərəfdaşlarla sağlam müqavilə münasibətlərinin qurulması və uzunmüddətli dayanıqlı inkişaf üçün mühüm investisiyadır. Palata sahibkarlıq subyektləri ilə əlaqənin daha operativ və şəffaf qurulmasını da mühüm hesab edir.

Auditor xidmətinin keyfiyyəti, auditor rəyləri, peşə etikası, müstəqillik tələbləri, maraqlar münaqişəsi və audit prosedurlarına dair müraciətlərin daha əlçatan qaydada qəbul edilməsi sahibkarların audit təsisatına etimadının artırılmasına xidmət edir. Həmçinin audit xidmətinin nəticələrinin sahibkar üçün daha praktik formada təqdim olunması vacibdir. Auditor hesabatı yalnız hüquqi və maliyyə nəticə sənədi kimi deyil, həm də biznesin risk xəritəsini, daxili nəzarət problemlərini, maliyyə idarəetməsində zəif nöqtələri və təkmilləşdirmə imkanlarını göstərən idarəetmə sənədi kimi qəbul edilməlidir. Bununla yanaşı, KOB subyektləri üçün riskəsaslı, mərhələli və sektor xüsusiyyətlərinə uyğun audit yanaşmaları təşviq edilməlidir. Bu məqsədlə Auditorlar Palatasının rəsmi internet saytında elektron şikayət bölməsinin ən qısa zamanda aktivləşdirilməsi nəzərdə tutulur. Bu mexanizm vətəndaşların, sahibkarlıq subyektlərinin, investorların və digər maraqlı şəxslərin müraciətlərinin sistemli şəkildə qəbuluna, ilkin qiymətləndirilməsinə və qanunvericiliyə uyğun araşdırılmasına xidmət edəcək.

– Auditorların peşə etikası və müstəqilliyi məsələsi bu gün qlobal miqyasda əsas müzakirə mövzusudur. Azərbaycanda bu balans necə qorunur?

- Auditor peşəsinin əsas dayağı müstəqillikdir. Auditor müstəqil deyilsə, onun rəyi iqtisadi sistemdə etimad funksiyasını tam yerinə yetirə bilməz. Buna görə də obyektivlik, dürüstlük, məxfilik, peşəkar səriştə, lazımi diqqət, maraqlar toqquşmasından kənar fəaliyyət və peşəkar skeptisizm auditor fəaliyyətinin əsas prinsipləridir. Mühasiblər üçün Beynəlxalq Etika Standartları Şurasının qəbul etdiyi Peşəkar Mühasiblər üçün Beynəlxalq Etika Kodeksində auditor müstəqilliyi yalnız hüquqi status və təşkilati tabeçilik məsələsi kimi deyil, dürüstlük və obyektivlik prinsipləri ilə bağlı etik-peşəkar təminat kimi qiymətləndirilir. Bu yanaşma həm düşüncə müstəqilliyini, həm də kənar müşahidəçi baxımından müstəqil görünmə tələbini əhatə edir. Rəqəmsal audit mühitində bu məsələ daha da həssas xarakter daşıyır, çünki məlumatlara çıxış, elektron sübutların seçilməsi və süni intellekt alətlərindən istifadə auditorun obyektivliyinə birbaşa təsir göstərə bilər. Ölkəmizdə bu balans qanunvericilik, BAS, peşə etikası tələbləri, Auditorlar Palatasının nəzarət mexanizmləri və auditorların davamlı peşə təhsili vasitəsilə qorunur. Lakin müasir dövrün çağırışları göstərir ki, bu sahədə yalnız ümumi tələblərlə kifayətlənmək mümkün deyil. Auditorların fəaliyyətinə daha hədəfli, riskəsaslı, davamlı və sistemli nəzarət yanaşması tətbiq edilməlidir. Xüsusi qeyd olunmalıdır ki, 2026-cı ilin Auditorlar Palatası tərəfindən “Etika ili” elan edilməsi bu sahədə həyata keçirilən tədbirlərin sistemli xarakter daşıdığını göstərir. Bu təşəbbüs auditor peşəsində dürüstlük, obyektivlik, müstəqillik, maraqlar münaqişəsinin qarşısının alınması, peşəkar skeptisizm, məxfilik, məsuliyyətli davranış və ictimai etimada əsaslanan peşə mədəniyyətinin daha da möhkəmləndirilməsinə yönəlmişdir. Fürsətdən istifadə edərək ictimaiyyətin diqqətinə çatdırmaq istərdik ki, auditor fəaliyyətinə nəzarət formal xarakter daşımır. Hər il auditor təşkilatları və sərbəst auditorlar barəsində qanunvericilik və palatanın daxili normativ sənədləri ilə müəyyən edilmiş qaydada intizam və təsir tədbirləri tətbiq edilir. Palata tərəfindən 2025-ci il üzrə auditor fəaliyyəti göstərən subyektlərə xəbərdarlıq, töhmət və digər intizam məsuliyyəti tədbirləri, o cümlədən peşə fəaliyyətindən altı ay müddətinə kənarlaşdırma daxil olmaqla ümumilikdə 8 intizam tənbehi tətbiq edilmişdir. Bəyan edirik ki, palatanın məqsədi audit təsisatını tənqiddən kənarda saxlamaq deyil. Əksinə, faktlara, hüquqa, BAS-a və peşə etikası prinsiplərinə əsaslanan tənqid audit xidmətinin inkişafı, peşə məsuliyyətinin artırılması və iqtisadi etimad mühitinin möhkəmləndirilməsi üçün vacibdir. Əgər araşdırma nəticəsində auditor rəyinin kifayət qədər audit sübutları, düzgün risk qiymətləndirməsi, peşəkar skeptisizm və BAS tələblərinə uyğun prosedurlar əsasında formalaşdırılmadığı müəyyən edilərsə, həmin rəyə peşə-nəzarət baxımından etimad göstərilməsi əsaslı hesab edilməyə bilər. Belə hallarda məsələ qanunvericiliklə müəyyən edilmiş intizam, keyfiyyətə nəzarət, monitorinq, lisenziya, inzibati və zəruri hallarda aidiyyəti dövlət orqanlarına məlumatlandırma mexanizmləri çərçivəsində qiymətləndiriləcək.

– Gələcək 5–10 il üçün Azərbaycanda audit peşəsinin inkişaf istiqamətini necə görürsünüz?

– Gələcək 5–10 il Azərbaycan audit peşəsi üçün keyfiyyətcə yeni mərhələ olacaq. Bu mərhələnin əsas xüsusiyyəti auditin ənənəvi maliyyə yoxlaması çərçivəsindən çıxaraq iqtisadi təhlükəsizlik, investisiya etimadı, rəqəmsal şəffaflıq, komplayns, dayanıqlı inkişaf, dövlət və özəl sektorun məsuliyyətli idarəetməsi ilə daha sıx bağlı peşə təsisatına çevrilməsidir. Palata müasir dövrün tələblərinə uyğun olaraq, planlı və sistemli tədbirlər həyata keçirir. Struktur və funksional təkmilləşdirmələr, hədəfli monitorinqlərin tətbiqi, davamlı nəzarət mexanizmlərinin gücləndirilməsi, auditor xidmətinin keyfiyyət göstəricilərinin təhlili, riskəsaslı nəzarət modelinin genişləndirilməsi, xüsusi audit və forenzik təhlil imkanlarının inkişaf etdirilməsi, ƏL/TMM və hədəfli maliyyə sanksiyaları üzrə uyğunluq mexanizmlərinin təkmilləşdirilməsi qarşıdakı dövrün əsas prioritetlərindəndir. Qarşıdakı mərhələdə audit təsisatının inkişaf xətti formal nəzarətdən riskəsaslı etibarlı təminata keçid üzərində qurulmalıdır. Bu yanaşmanın mahiyyəti yalnız baş vermiş nöqsanların müəyyən edilməsi deyil, gələcək risklərin əvvəlcədən görünməsi, risklərin səbəb və şəraitinin təhlili, daxili nəzarət mexanizmlərinin gücləndirilməsi və iqtisadi subyektlərə daha etibarlı qərar qəbuletmə mühitinin təqdim olunmasıdır. Palatanın bu ili “Etika ili” elan etməsi, eləcə də Böyük Qayıdış prosesində maliyyə şəffaflığının, hesabatlılığın, layihə xərclərinin əsaslandırılmasının, dövlət vəsaitlərindən səmərəli istifadənin və riskəsaslı nəzarət mexanizmlərinin gücləndirilməsi qarşıdakı dövr üçün əsas strateji

istiqamətlərdəndir. Auditorlar Palatası auditor fəaliyyəti ilə bağlı daxil olan bütün müraciətlərin, şikayətlərin, siqnalların və əsaslandırılmış məlumatların dinlənilməsinə, qanunvericiliklə müəyyən edilmiş qaydada araşdırılmasına və nəticələrinə uyğun olaraq zəruri peşə-nəzarət tədbirlərinin görülməsinə tam hazırdır. Bu məqsədlə palatanın rəsmi internet saytında elektron şikayət bölməsinin ən qısa zamanda aktivləşdirilməsi nəzərdə tutulur. Həmçinin Türk Dövlətləri Təşkilatı çərçivəsində müstəqil auditorlar və mühasiblər üzrə ortaq peşəkar təşkilatın yaradılması istiqamətində aparılan son texniki işlərin tamamlanmaq üzrə olması Azərbaycan audit sisteminin regional və beynəlxalq inteqrasiyası baxımından xüsusi əhəmiyyət daşıyır. Bu təşəbbüs türk dövlətləri arasında audit, mühasibatlıq, peşə etikası, keyfiyyətə nəzarət, davamlı peşə təhsili, beynəlxalq standartların tətbiqi və qarşılıqlı peşə etimadının gücləndirilməsi sahəsində əməkdaşlığın daha sistemli platformaya keçirilməsinə xidmət edəcək. Azərbaycan Respublikasının Auditorlar Palatası ölkəmizdə şəffaflıq, maliyyə intizamı, hesabatlılıq və sağlam iqtisadi mühitin gücləndirilməsi istiqamətində dövlət siyasətindən irəli gələn vəzifələrin icrasına öz peşəkar töhfəsini verməyi mühüm missiya hesab edir.

Palata əmindir ki, dövlət qurumları, peşəkar təsisatlar, kütləvi informasiya vasitələri, sahibkarlıq subyektləri və vətəndaş cəmiyyəti arasında açıq və qarşılıqlı etimada əsaslanan əməkdaşlıq audit təsisatının nüfuzunun yüksəlməsinə və ölkəmizdə şəffaf, etibarlı və rəqabətqabiliyyətli iqtisadi mühitin formalaşmasına mühüm töhfə verəcəkdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azamat Tleujanov: Qazaxıstan ilə Azərbaycan ŞƏT və Orta Dəhliz vasitəsilə iqtisadi əlaqələri gücləndirə bilər

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri açıqlanıb

Azərbaycan musiqiçiləri Tsinandali festivalında iştirak edirlər

Bir ömür, minlərlə kadr: Kənan Məmmədovun kino salnaməsi VİDEO

Bir ömür, minlərlə kadr: Kənan Məmmədovun kino salnaməsi VİDEO

Şəkidə “Kəndə gəl” yay düşərgəsində folklorla bağlı təqdimat olub

Cıdır mövsümünün növbəti yarışlarının qalibləri məlum olub

Şahmatçılarımız 46-cı Ümumdünya Şahmat Olimpiadasına hazırlaşır

“Yay Fest 2026” iki mindən çox gənci bir araya gətirib

Tarixi-mədəni irsin qorunması: dəyərlərə münasibət və məsuliyyət

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

Şimali Kipr sahillərində gəmi qəzasının 15 qurbanının axtarışı davam edir

“İngilis dilinin leksikologiyası” adlı yeni dərslik nəşr olunub

Azərbaycanın Almaniyadakı səfiri Aşağı Saksoniya torpağına səfər edib

Bakıda “IRONMAN 70.3” yarışı ilə bağlı nəqliyyatın hərəkətinə tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb

Ekspert: ŞƏT yeni ticarət yollarının yaradılması üçün mühüm platformaya çevrilib

Naxçıvan şəhərinin bəzi hissələrində su təchizatında fasilə yaranacaq

Bütün turizm obyektlərini fasiləsiz videomüşahidə sistemləri ilə mümkün qədər tam təchiz etmək lazımdır ŞƏRH

ABB-nin təcrübə proqramında Qarabağ Universitetinin 61 tələbəsi iştirak edib

Xorvatiyalı idmançı: Son kilometrdə maksimum güc sərf edərək finişə birinci çatdım

Qarabağ Universitetində yeni tədris ilinin əsas hədəfləri müəyyənləşdirilib

“Sabah” klubu uşaq futbolunun inkişafı məqsədilə 10 milyon manatlıq proqram yaradır

Avropa İttifaqı “Airbnb” və digər qısamüddətli kirayə platformaları ilə bağlı qaydaları sərtləşdirir

Mirzə Fətəli Axundzadənin irsinə dair nadir sənədlər Gürcüstan arxivində

BMTMM sədri “The Black Garden” filminə dair “The Guardian” qəzetində dərc olunmuş rəyə cavab verib

Şəkidə 600-dən yuxarı bal toplayan məzunlarla görüş olub

Sentyabrın 6-na olan hava proqnozu açıqlanıb

ABŞ, Çin və daha 18 ölkə süni intellektin tənzimlənməsinə dair ümumi prinsiplər üzrə razılığa gəlib – “Karolina prinsipləri”

Qubada beynəlxalq şahmat festivalına start verilib

“AzerGold” ali məktəb tələbələri üçün növbəti təqaüd proqramını elan edir

Milli Kitabxanada Gülnaz Abdullazadənin 80 illik yubileyinə həsr olunmuş sərgi açılıb

Almatıda Lətif Kərimovun 120 illiyinə həsr olunmuş “Zamanın nəfəsi xalq sənətində” sərgisi açılıb

"Yeni nəsil energetiklər: Şəbəkənin memarları" yarışının Bakı turunda "Yasamal RETSİ" qalib olub

Azərbaycan və Seneqal arasında rəqəmsal tərəfdaşlıq genişlənir

Bakıda keçirilən “IRONMAN 70.3” triatlon yarışında finişə ilk çatan idmançı bəlli olub

Gürcüstanlı soydaşımız Tailandda keçirilən peşəkar Muay Tay döyüşündə qalib gəlib

Azərbaycandan Ermənistana növbəti neft məhsulları və tranzit yüklər göndərilib VİDEO

Azərbaycandan Ermənistana növbəti neft məhsulları və tranzit yüklər göndərilib VİDEO

İçərişəhərdə Şanlıurfanın mədəniyyəti ilə bağlı keçirilən festival iki qardaş ölkə arasında mədəni körpüləri daha da möhkəmləndirir

Ekspert: Abidələrin, tarixi tikililərin və təbii qaya səthlərinin cızılması yolverilməzdir

İçərişəhərdə Şanlıurfanın zəngin mədəni irsi nümayiş olunacaq

Şanlıurfa Böyükşəhər Bələdiyyəsinin sədri: Azərbaycanla bizi ortaq mədəniyyət, tarix və dil bağlayır

Hüseyn Böyükfırat: Şanlıurfa Azərbaycan dilinə ən yaxın və böyük oxşarlıq təşkil edən bölgədir

“AzərEnerji” və Azərbaycan Mühəndislik Akademiyası enerji sektorunda mühüm layihələrə başlayır

Bu saata olan əsas xəbərlər

Göygöldə moruq festivalı: Sərgilər, konsertlər və əyləncə VİDEO

Göygöldə moruq festivalı: Sərgilər, konsertlər və əyləncə VİDEO

Bakı və Abşeronda su sistemlərinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramının icrası davam edir

Naxçıvanda 150 sosial xidmətdən 73-ü elektron qaydada təqdim olunur

Mənsurə Əliyeva: Tibb işçilərinin əməyinə verilən yüksək qiymət peşə məsuliyyətimizi daha da artırır

Əhliyyət Mehdiyev: Daşların üzərinə şəhidlərin adlarının səliqəsiz şəkildə yazılması xoşagələn hal deyil

Naxçıvan Muxtar Respublikasının bütün rayonlarında DOST mərkəzlərinin qəbul şöbələri fəaliyyətə başlayacaq

Qusar şəhərində 18 küçə asfaltlanır

Ombudsman: Ermənistan hüquq müdafiəçisinin iddiaları sülh prosesinə zərər vurmağa yönəlib

Premyer Liqa: Son çempion liderə, "Neftçi" debütanta qarşı

DİN: Ötən gün 71 cinayətin açılması təmin olunub, 149 axtarışda olan şəxs saxlanılıb

Gənc müəllim: Qürurluyam ki, coğrafiya fənni üzrə rayona ilk medalı mənim şagirdim gətirib VİDEO

Gənc müəllim: Qürurluyam ki, coğrafiya fənni üzrə rayona ilk medalı mənim şagirdim gətirib VİDEO

Çempionlar Liqası: "Sabah"ın ev oyunlarını keçirəcəyi stadion dəqiqləşib

BDYPİ: Skuter oyuncaq deyil, qaydalara ciddi əməl edilməlidir

Çində “Saudel” qasırğasına görə 600 min nəfər təxliyə edilib VİDEO

Çində “Saudel” qasırğasına görə 600 min nəfər təxliyə edilib VİDEO

Bakıda Dördüncü İqlim Həftəsi keçiriləcək

Azərbaycan “İstanbul İqlim Maliyyəsi Sammiti”ndə təmsil olunub

Fərid Qayıbov: “IRONMAN 70.3” yarışını çoxdan gözləyirdik VİDEO

Fərid Qayıbov: “IRONMAN 70.3” yarışını çoxdan gözləyirdik VİDEO

Tramp: Dünya çempionatı ABŞ iqtisadiyyatına 18 milyard dollardan çox gəlir gətirib

Bakının ev sahibliyi etdiyi “IRONMAN 70.3” triatlon yarışı başlayıb VİDEO

Bakının ev sahibliyi etdiyi “IRONMAN 70.3” triatlon yarışı başlayıb VİDEO

Niger Fransanı üsyan cəhdini qızışdırmaqda ittiham edib

Musiqişünas: Bu gün musiqiyə yenidən qulaq asmağı öyrənmək lazımdır

Media: Pentaqon və ABŞ səhiyyə institutları biomüdafiə sahəsində əməkdaşlıq edəcək

İsrailin Livanın cənubuna endirdiyi zərbələr nəticəsində 3 nəfər ölüb

ABŞ Səudiyyə Ərəbistanına 5,75 milyard dollarlıq silah satışını təsdiqləyib

Tramp administrasiyası Yaxın Şərq üçün müharibədənsonrakı strategiya hazırlayır

PSJ Luis Enrike ilə müqaviləni uzadıb

Xaçmazda avtomobil bərbərxanaya çırpılıb, sürücü yaralanıb

ABŞ Prezidenti: Hörmüz boğazı tezliklə əvvəlki əhəmiyyətini itirə bilər

Şahbuzda qəzada xəsarət alanların vəziyyəti açıqlanıb VİDEO

Şahbuzda qəzada xəsarət alanların vəziyyəti açıqlanıb VİDEO

Səudiyyə mətbuatı Bakının tarixi və turizm imkanlarından yazıb

Hakerlər Berlin administrasiyasına aid 1,4 milyondan çox məlumatı internetdə yayıblar

Şahbuzda ağır yol qəzası olub, 3 nəfər ölüb

Tramp: ABŞ bəzi ölkələrlə ticarəti dayandıra bilər

Almaniyanın daxili işlər naziri elektrik şəbəkəsinə hücumların motivini iqlim ekstremizmi ilə əlaqələndirib

ABŞ-nin xüsusi elçiləri Moskvaya və Kiyevə səfər edəcəklər

FAO: Qlobal ərzaq qiymətləri 2022-ci ildən bəri ən yüksək həddə çatıb

Afrika dünya xəritəsinin yenilənməsini təklif edir: BMT-də “Correct the Map” təşəbbüsü

ABŞ Prezidenti: Çox yaxında Pikaks dağına zərbə endirə bilərik

Tramp: Putin NATO ərazisinə hücum etmək niyyətində deyil

Tramp İranla müharibəni hərbi münaqişə adlandırıb

İsrailin azad etdiyi daha dörd Livan vətəndaşı ölkəsinə qaytarılıb

Bakıda “IRONMAN 70.3” çərçivəsində “IRONKIDS” və “Fun Run” yarışları təşkil olunub

“Güzəştli mənzil” elektron sistemi vasitəsilə növbəti mənzil seçimi uğurla başa çatıb – Birgə məlumat

Premyer Liqa: “Kəpəz” evdə böyük hesabla məğlub olub

Fidan Hacıyeva – 30 il səhnədə: Yaxud “Azərbaycan Karmeni”nin hekayəsi – MÜSAHİBƏ

Azərbaycan güləşçisi Dünya Köçəri Oyunlarında gümüş medal qazanıb

“IRONMAN 70.3” yarışı ilə əlaqədar 13 müntəzəm marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

İraqın neft ixracı ötən ay müharibə başlayandan bəri ən yüksək səviyyəyə çatıb

Fransada polislərin kütləvi etiraz aksiyası gözlənilir

Rusiya-Ukrayna müharibəsi Səudiyyə Ərəbistanının arpa tədarükünə ciddi təsir göstərir

Bakıda Tacikistanın dövlət müstəqilliyinin 35-ci ildönümü qeyd olunub VİDEO

Bakıda Tacikistanın dövlət müstəqilliyinin 35-ci ildönümü qeyd olunub VİDEO

Səfir: Azərbaycan-Tacikistan münasibətləri yüksək səviyyədədir VİDEO

Səfir: Azərbaycan-Tacikistan münasibətləri yüksək səviyyədədir VİDEO

Balakəndə ali məktəblərə qəbul olunan məzunlarla görüş keçirilib

Şəhid mayorun həyat yoldaşı: Şuşa kimi tarixi şəhərdə hər bir daş bizim milli irsimizin bir hissəsidir

Ciorcia Meloni Prezident İlham Əliyevə təşəkkür edib

Peşə təhsili müəssisələrinə tələbə qəbulunun II mərhələsinin nəticələri açıqlanıb

MİQ üzrə müsabiqədə müddətli əmək müqaviləsi ilə vakansiya seçiminin nəticələri elan olunub