Avro-2024: İspaniya millisi yarımfinala vəsiqə qazanıb
Bakı, 5 iyul, AZƏRTAC
Almaniyanın ev sahibliyi etdiyi Avropa çempionatında 1/4 final mərhələsinin oyunlarına start verilib.
AZƏRTAC xəbər verir ki, İspaniya və Almaniya yığmaları üz-üzə gəlib. Ştutqart şəhərində yerləşən “MHP Arena”da oynanılan görüşün əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşdığı üçün əlavə vaxt oynanılıb.
Əlavə vaxtın 119-cu dəqiqəsində Mikel Merino İspaniya millisinə qələbə gətirən qola imza atıb.
Bununla da İspaniya seçməsi adını yarımfinala yazdırıb.
Digər matçda Portuqaliya və Fransa komandaları münasibətlərini aydınlaşdıracaq. Hamburqun “Folksparkştadion” arenasında reallaşacaq qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək.
Qeyd edək ki, Avropa çempionatına iyulun 14-də yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.05.2026 [22:45]
Futbol üzrə Azərbaycan Kubokunun qalibi mükafatlandırılıb
- 13.05.2026 [22:41]
“Sabah”ın baş məşqçisi: Bu qalibiyyətlərin arxasında komanda işi var
- 13.05.2026 [22:27]
Rəşad Sadıqov: Qürurverici məğlubiyyət oldu
- 13.05.2026 [22:22]
Azərbaycan güləşçisi Avropa çempionu olub
- 13.05.2026 [22:02]
“Sabah” ardıcıl ikinci dəfə Azərbaycan Kubokunun qalibi olub VİDEO
- 13.05.2026 [21:34]
Azərbaycan güləşçisi Avropa çempionatının finalında
- 13.05.2026 [21:30]
Azərbaycan parataekvondoçusu Avropa çempionatında gümüş medal qazanıb
- 13.05.2026 [21:01]