AVROPA BİRLİYİ DÖVLƏT VƏ HÖKUMƏT BAŞÇILARININ ZİRVƏ TOPLANTISI BAŞA ÇATMIŞDIR
AB dövlət və hökumət başçıları Avropa Konstitusiyasının mətnində iclaslara dair gələcək səsvermə prosedurlarının dəqiq mexanizmlərinin müəyyənləşdirilməsində ümumi məxrəcə gəlmişlər. Gələcəkdə hər hansı bir məsələnin təsdiqindən ötrü üzv dövlətlərin 55 faizinin, AB məkanı əhalisinin isə 65 faizinin səs verməsi, səsvermədə yetərsay üçün AB-nin 25 üzvündən azı 15 ölkənin iştirakı mütləq prosedur kimi təsdiq olunmuşdur.
Avropa Komissiyasının səlahiyyət müddəti başa çatmış sədri Romano Prodini əvəz edəcək namizədin irəli sürülməsi, müzakirəsi və təsdiqi məsələsi kəskin debatlara səbəb olduğundan təxirə salınmışdır. Dövlət və hökumət başçıları Avropa Komissiyasının sədrini seçmək üçün 14 gündən gec olmayaraq, növbədənkənar zirvə toplantısı keçirmək qərarına gəlmişlər.
Zirvə toplantısı Xorvatiyanın Avropa Birliyi üzvlüyünə namizədlik statusunu təsdiq etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [15:52]
Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH
- 03.10.2026 [13:32]
Xalqın inamından tarixi Zəfərə ŞƏRH
- 03.10.2026 [13:07]