Avropa çempionatına vəsiqə qazanan fiqurlu konkisürən: Azərbaycanı beynəlxalq arenada təmsil edəcəyim üçün xoşbəxtəm
Bakı, 2 dekabr, AZƏRTAC
Çox xoşbəxtəm ki, Avropa çempionatına vəsiqə qazandım.
Bu sözləri AZƏRTAC-a açıqlamasında fiqurlu konkisürmə üzrə Avropa çempionatına vəsiqə qazanan Nərgiz Süleymanova deyib.
O, Azərbaycanı beynəlxalq arenada təmsil edəcəyi üçün xoşbəxt olduğunu bildirib: “Bu, mənim çoxdankı arzum idi. Məni dəstəkləyən hər kəsə təşəkkür edirəm. İnanıram ki, gələcəkdə daha yaxşı nəticələr əldə edəcəyəm”.
Nərgiz Süleymanova noyabrın 27-30-da İstanbulda keçirilən “Bosfor Kuboku”nda qısa və sərbəst proqramda 26 idmançı arasında 156.53 xal toplayaraq, qızıl medala sahib çıxıb və Avropa çempionatına vəsiqə qazanıb.
Həmin yarışda Arina Kaluqina (154.85 xal ) 5-ci, Səbinə Əliyeva (137.22 xal) isə 6-cı yeri tutublar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [12:39]
Azərbaycanın idman gimnastı Parisdə bürünc medal qazanıb
- 28.09.2026 [12:26]
Arif Əsədov: Millimizin qrupda birinci olmaq üçün yaxşı şansı var
- 28.09.2026 [12:18]
“İnter” Hakan Çalhanoğlunun maaşında endirim istəyir
- 28.09.2026 [11:58]
Azərbaycan və Türkiyə şahmat sahəsində əməkdaşlığı genişləndirəcək
- 28.09.2026 [11:00]
UEFA Millətlər Liqası: Türkiyə bu gün İtaliyanı sınağa çəkəcək
- 28.09.2026 [10:37]
Yürgen Klopp Almaniya millisində antirekorda imza atıb
- 28.09.2026 [10:22]
ABŞ-dən olan basketbolçu Azərbaycan klubuna qayıdıb
- 28.09.2026 [10:21]