AVROPA İTTİFAQI BELARUS PREZİDENTİNƏ QARŞI SANKSİYALAR TƏTBİQ ETMƏYİ QƏRARA ALMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Avropa İttifaqına üzv olan ölkələrin dövlət və hökumət başçıları martın 24-də Brüsseldə keçirilmiş toplantıda Belarusun yenidən seçilmiş Prezidenti Aleksandr Lukaşenkoya və digər rəsmi şəxslərə qarşı sanksiyalar tətbiq edilməsi barədə qərarı bəyənmişlər.
Hazırda Avropa İttifaqına sədrlik edən Avstriyanın xarici işlər naziri Belarusda keçirilmiş prezident seçkilərinin beynəlxalq normalara uyğun olmadığı üçün qurumun belə addım atdığını bəyan etmişdir.
Sanksiyalar viza verilməsinə qadağa qoyulması, Avropa İttifaqı ilə Belarus arasında bəzi əməkdaşlıq münasibətlərinin dondurulması kimi sahələri əhatə edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [18:35]
Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir
- 10.10.2026 [14:15]