Avropa İttifaqının Bosniya və Herseqovinadakı sülhməramlı missiyasının mandatı 1 il uzadılıb
Bakı, 3 noyabr, AZƏRTAC
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Avropa İttifaqının Bosniya və Herseqovinadakı sülhməramlı missiyasının (EUFOR “Althea”) mandatını daha bir il uzadıb.
AZƏRTAC xəbər verir ki, bu barədə qərar Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) Nyu-Yorkda keçirilən sessiyasında qəbul edilib.
Bosniya və Herseqovinadakı EUFOR əsgərlərinin sayının Ukraynadakı müharibədən sonra artırıldığı da vurğulanıb.
1995-ci ildə Bosniya və Herseqovinada “Dayton” sülh sazişinin həyata keçirilməsi vəzifəsi NATO-ya verildikdən sonra regionda əvvəlcə İcra Qüvvəsi (IFOR), daha sonra isə Stabilləşdirmə Qüvvələri (SFOR) xidmət göstərdi.
SFOR 2004-cü ildə Avropa Şurasının qərarı ilə EUFOR ilə əvəz edildikdən sonra BMT TŞ hər il onun səlahiyyət müddəti barədə qərar verir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]
İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib
- 13.06.2026 [15:14]
Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR
- 13.06.2026 [13:37]
Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub
- 13.06.2026 [13:21]