Avropa İttifaqının prezidenti Yaponiyanın Maçuyama şəhərini ziyarət etmişdir
Tokio, 19 noyabr (AZƏRTAC). Hayku şeirinin pərəstişkarı olan Avropa İttifaqının prezidenti Herman Van Rompey noyabrın 18-də bu yapon poeziya janrının vətəni sayılan Maçuyama şəhərini ziyarət etmişdir.
Meyci dövrünün aparıcı yapon şairlərindən biri olmuş Siki Masaokanın xatirə muzeyini ziyarət edən H.V.Rompey muzeyin direktoruna ötən ay çap olunmuş hayku şeirlərindən ibarət kitabını hədiyyə etmişdir.
Avropa İttifaqının prezidenti noyabrın 19-da Tokioda başlayacaq Avropa İttifaqı və Yaponiya sammitində iştirak etmək üçün gündoğar ölkəyə gəlmişdir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [17:47]
Üç aylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır
- 15.06.2026 [17:31]
Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır
- 15.06.2026 [16:38]
Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır
- 15.06.2026 [15:32]
Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir
- 15.06.2026 [15:23]