DÜNYA
Avropa Kino Akademiyasının mükafatları bu axşam təqdim olunacaq VİDEO
Bakı, 9 dekabr, AZƏRTAC
Bu gün axşam saatlarında Avropa Kino Akademiyasının mükafatlarının təqdimetmə mərasimi keçiriləcək. Əsas ideyası şou-bizneslə deyil, Avropada kinematoqrafın birləşdirici rolu ilə bağlı olan mərasim akademiyanın sədri - alman rejissoru Vim Vendersin iştirakı ilə təşkil edilib.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, mükafatlardan bəzilərinin sahibləri artıq məlumdur. Onların arasında 30-dan çox filmdə rol alan Fransa-Amerika aktrisası və rejissoru Jüli Delpi də var.
Rejissorluq, dramaturgiya və kinematoqrafiya sahələrində görkəmli nailiyyətlərinə görə rusiyalı rejissor Aleksandr Sokurova “Bütünlükdə yaradıcılığa görə” xüsusi mükafatı təqdim olunacaq.
İsveç rejissoru Ruben Estlundun “Kvadrat” filmi bu il beş kateqoriyada mükafata layiq görülüb.
Xatırladaq ki, Avropa Kino Akademiyasının mükafatları 30-cu dəfədir təqdim olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [20:08]
AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb
- 07.05.2024 [19:15]
Şahzadə Harri Londona qayıdıb
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]
Rusiya hökuməti istefaya göndərilib
- 07.05.2024 [15:11]