Azərbaycan Dövlət İnformasiya Agentliyi

Avropa Parlamenti korrupsiya girdabından qurtula bilmir

Avropa Parlamenti korrupsiya girdabından qurtula bilmir

Bakı, 31 may, AZƏRTAC

Silsilə korrupsiya qalmaqalları Avropa Parlamentini sarsıdır. Burada bir-birinin ardınca xoşagəlməz hadisələr baş verir, avropalıların qanunverici orqanının çürümüş mahiyyəti daha da aşkar şəkildə üzə çıxır.

Xatırladaq ki, təqribən il yarım əvvəl uzaq Qətərdə keçirilən futbol üzrə dünya çempionatı zamanı dünyanın aparıcı qəzetlərinin redaksiyaları, televiziya ekranları və smartfonlar qəflətən Brüsseldə Avropa Parlamentinin vitse-prezidenti, yunan siyasətçi Eva Kaylinin və daha üç şəxsin, o cümlədən onun sevgilisi, üstəlik, başqa bir avropalı deputatın köməkçisi olan italyan Françesko Giorginin, habelə sabiq Avropa deputatı, italiyalı Pyer Antonio Panzerinin saxlanılması ilə bağlı sensasion xəbərlərlə çalxalanmışdı. Saxlanılan dördüncü şəxs isə adı açıqlanmayan lobbiçidir və təbii ki, o, həm də Avropa Parlamentinə sanki öz evi kimi gedib-gəlirmiş.

Dünyanı şoka salan həbslər karbohidrogen ehtiyatları ilə çox zəngin Körfəz yarımadası dövlətinin Avropa Parlamentində nüfuzu “satın almaq” cəhdi ilə bağlı korrupsiya araşdırması çərçivəsində polis tərəfindən həyata keçirilib. Bundan sonra istintaqın keçmiş avropalı deputat Pyer Antonio Panzerinin həmyerlisi və Avropa Parlamentinin “cəngavəri” Françesko Giorgi vasitəsilə varlı şeyxlərin bu gəncin istəkli xanımı, Avropa Parlamentinin vitse-prezidenti ilə əlaqə qura biləcəyindən şübhələnmək üçün hər cür əsası olub. Polis Eva Kaylinin özünün ofisi ilə yanaşı, daha iki avropalı deputatın - belçikalı Mark Tarabella və Mariya Arenanın ofislərini də möhürləyib. Adı açıqlanmayan həmin “neft-qaz futbolu” ölkəsinin maraqlarını bu Avropa qurumunda təbliğ etmək üçün Avropa Parlamentində nüfuzlu vəzifə tutan siyasətçilərə rüşvət verildiyi barədə məlumatlar əldə edilib.

Siyasi karyerasını şərəfsiz şəkildə başa vuran Kayli son illərdə erməni lobbiçiləri, xüsusən də vaxtilə “Ədalət və Demokratiya uğrunda Avropa Erməni Federasiyası”nın (“ədalət” kəlməsi gülüncdür və əlbəttə, erməni anlayışındadır-müəllif) təsisçisi Kaspar Karampetyanla sıx əməkdaşlıq edib. Bu personaj da Afinada doğulub və onun Yunanıstan, Lüksemburq və Ermənistan vətəndaşlığı var. Afrikanın münaqişə bölgələrindən qaçaqmalçılıq yolu ilə Belçikaya müxtəlif rəngli brilyantlar daşımaqla böyük kapital qazanan Karampetyan, həm də qurduğu şübhəli federasiya vasitəsilə və Ermənistan xüsusi xidmət orqanlarının yaxından iştirakı ilə avropalı deputatları o vaxt işğal altında olan Qarabağa aparıb, fırıldaqçı və indi məhkəməsini gözləyən Bako Saakyanın Strasburqa səfərini təşkil edib, Avropa Parlamentinin dostluq qrupundan Ermənistanın xeyrinə bəyanatları satın alıb (yeri gəlmişkən, imza atanlar arasında həmişə eyni pul hərisinin - Kaylinin adı çəkilirdi) və həmçinin Koçaryan, Sarkisyan, Tsarukyan kimi siyasi möhtəkirlərin Ermənistanda oğurladığı sərvətləri Yunanıstan və Kiprdə “yumağa” köməklik göstərib. Ümumiyyətlə, “mafiya-lobbi” sxeminin erməni qəhrəmanının klassik almanaxı göz qabağındadır.

İnternetdəki açıq mənbələr Avropa Parlamentinin korrupsiyaya bataqlığına batmış mahiyyətini və bu məsələdə erməni lobbiçilərinin rolunu üzə çıxaran yazılar dərc edib. Bu qalmaqallarda Avropa Parlamentinin üzvlərinin adları üzə çıxıb. Hekayənin baş qəhrəmanı isə “Mövcud Siyasət üzrə Beynəlxalq Agentlik” adlanan başqa bir fırıldaq ofisinin təsisçisi Sarqis Mirzəxanyan adlı şəxs olub... Bu ofisin adı da artıq oxucuya məlum olan və bir növ “erməni ədaləti”nin rəmzinə çevrilmiş Karampetyanın federasiyası kimi gözəl səslənir. 2014-cü ildən Dövlət Dumasının deputatı İqor Zotovun köməkçisi olan Mirzəxanyan Avropa siyasətçiləri və media qurumları ilə işi koordinasiya edib. Daha sadə dillə desək, onları axtarıb tapır və satın alırdı. Eynilə, “Ölü canları”ın Çiçikovu kimi.

O, satın alınmış avropalı siyasətçiləri Krıma dəvət edir, qonorarlar barədə razılaşır, Avropa mediasında məqalələr sifariş edir, qətnamələrin və bəyanatların qəbulu üzrə lobbiçilik fəaliyyəti göstərir, Avropa şəhərlərində tətbiq olunan anti-Rusiya sanksiyalarına qarşı mitinqlərin təşkilatçısı rolunu oynayırdı.

Mirzəxanyanın yaratdığı avropalı siyasətçilərdən və lobbiçilərdən ibarət korrupsiya şəbəkəsi vasitəsilə Avropa Parlamentinin deputatlarına bu sanksiyalara qarşı çıxış etmək üçün külli miqdarda pul ödənilib. Əslində, Kipr parlamentindəki AKEL fraksiyasının üzvlərinin imzaları bu ölkənin Qərbin sanksiya koalisiyasından çıxması ilə bağlı qətnamə layihəsi üçün məhz bu yolla satın alınıb. Mirzəxanyanın yazışmalarında Kipr tərəfindən sanksiyaların ləğvi ilə bağlı qətnamənin mətni tapılıb ki, bu da bir neçə ay sonra həmin fraksiya tərəfindən imzalanmış son variantla demək olar ki, eynidir. Rusiya Diplomatik Akademiyasının məzunu Sarqis Mirzəxanyana isə pula ehtiyacı olan AKEL partiyasına qoşulmaqda eyni Alma Materin bənzər rəngarəng ad və soyadlı başqa bir məzunu - Areq Aqasaryan kömək edib.

Mirzəxanyanın qrupu Kiprlə yanaşı, İtaliya, Yunanıstan, Latviya, Avstriya və hətta AŞPA-da da sanksiya əleyhinə təşəbbüsləri hazırlayıb. Ayrı-ayrı Avropa ölkələrinin parlamentlərinin deputatları müəyyən ödəniş müqabilində və məbləği Mirzəxanyan tərəfindən ayrıca razılaşdırmaq şərti ilə, sanksiyaların ləğvi ilə bağlı qərar layihələri hazırlayıb qanunverici orqanlara təqdim etməli idilər. Ən maraqlısı odur ki, onların demək olar ki, hamısını türkofobiya, islamofobiya və ermənifiliya ilə tanınan sağçı radikal partiyalara mənsubiyyət amili birləşdirirdi. Mirzəxanyanın elektron poçtundan “sındırılaraq” götürülən yazışmalarda bu sxemlərin büdcəsi üzə çıxıb; belə bir layihənin təqdimatı üçün 20 min avro, səsvermə və sənədin qəbulu uğurlu olarsa, daha 15 min avro ödənilirdi. Məktubların birində Mirzəxanyan bildirir ki, o, adı açıqlanmayan avropalı siyasətçidən “səsvermənin qiymət tarifi” ilə bağlı məlumat alıb.

Sağçı partiyaların nümayəndələrinin - İtaliyanın Şimal Liqasından Paolo Tosato və Avstriya Azadlıq Partiyasından Yohannes Hübnerin yazışmalardan göründüyü kimi, onlar qətnamələr üçün təkliflər verməli idilər və həqiqətən də belə təkliflər təqdim edilib.

2016-cı ildə Mirzəxanyanın təşkilatı Veneto regional parlamentindən italiyalı deputat Stefano Valdeqamberi ilə əməkdaşlıq edib: bu, Avropa İttifaqında Rusiyaya qarşı sanksiyaların ləğvi ilə bağlı qətnamə qəbul edən ilk regiondur.

Mirzəxanyan elektron məktublarının birində yazırdı: “Bomba partlayışı effekti baş verdi! Media nöqteyi-nəzərindən bu, çox güman ki, bizim ən səs-küylü press-relizimiz olacaq!” Sonra Liquriya və Lombardiyadakı regional şuralar Venetonun yolu ilə getdilər və Krımı Rusiyanın bir hissəsi kimi “tanımaq” üçün öz qətnamələrini qəbul etdilər. Düzdür, yerli səviyyədə qəbul olunan bu qətnamələr heç bir nəticəyə gətirib çıxarmadı, çünki real, təsirli qərarlar ölkə səviyyəsində deyil, əyalət səviyyəsində deyil, qanunvericilikdə deyil, icra hakimiyyəti qanadında verilir.

Yəni, bu hekayədə bir tərəf ödəyib, digəri pulu alıb və sadəcə olaraq, layihələr təqdim etməklə, mənasız məktublar yazmaqla müştərini “aldadıb”. Amma buna baxmayaraq, bu, məsələn, “erməni soyqırımı”nın və ya “Artsaxın blokadasının pislənməsi”nin tanınması ilə bağlı bəyanatların və qətnamələrin nə qədər mənasız və nəticəsiz olduğunu açıq şəkildə göstərir. Bunun adı özünü aldatmadır! Pulu havaya sovurublar! Bu, məsələlərdən xəbəri olmayan adi insanın “boşanmasına” və sosial şəbəkələrdə “böyük” işlər gördüyü görüntüsü yaratmaqla ümumi sevinc hissi yaratmasına bənzəyir.

Artıq neçə dəfədir ki, hər qəbul edilən qətnamədən sonra sevinən sadəlövh ermənilərə başa salmağa çalışırıq ki, dünyanın bütün parlamentlərindən bu mənasız “JEK müdiri vəsiqəsi”ni yığsalar belə, bütün bu kağız yığını heç bir dəyişikliyə səbəb olmayacaq. Xəritədə torpaqlar, sərhədlər dəyişməyəcək. Dünya xəritəsində qətnamə qəbul etmiş ölkələrin bayraqlarını yerləşdirməklə özünüzü aldatmayın.

Bununla belə, bir klassikin də yazdığı kimi, “Ah, məni aldatmaq çətin deyil!.. Özümü aldatdığım üçün sevinirəm!”

Mirzəxanyanın yazışmalarında Avstriya, Almaniya, İtaliya, Çexiya və Polşadan Yalta Beynəlxalq İqtisadi Forumuna dəvət olunmuş doqquz avropalı siyasətçinin adı və onların 7600 avroluq aviabiletlərini nəzərə almasaq, 21500 avro məbləğində qonorarın doqquza bölünmüş siyahısı da var. Bura 300 milyon dollar dəyərində dəbdəbəli “Mriya” otelində qonaqlama da daxildir. Bu məqsədlə Mirzəxanyan 2017-ci ildə “HemingwayPartners PR” şirkətini anası Satenik Markaryanın adına rəsmiləşdirib. Böyük yazıçı sağlığında belə şübhəli şəriklərinin ola biləcəyindən xəbərsiz idi.

Yazışmalarda o da göstərilir ki, 2018-ci ildə vəfat etmiş avstriyalı siyasətçi Robert Ştayzl, Almaniyanın sağçı “Almaniya üçün Alternativ” - AfD partiyasının üzvü Manuel Oxsenrayter və polşalı ər-arvad Mateuş Piskorski və Marina Klebanoviç Mirzəxanyanla xüsusilə sıx əməkdaşlıq ediblər. Yeri gəlmişkən, Mateuş 2016-cı ildə casusluq ittihamı ilə həbs edilib.

Robert Ştayzl ilə yazışmalar poçtunda 90-a yaxın məktub var. O, şəxsi əlaqələrdən istifadə edərək İsveçrənin “Zeit Fragen” jurnalında Marina Klebanoviçin göndərdiyi məqalələri öz adı ilə dərc etdirirdi. Ştayzl 23 sentyabr 2016-cı il tarixli məktubların birində ona göndərilən yazıların keyfiyyətindən şikayət edib və ona belə cavab verilib: “Sarqis məqalələrin pulunu ödədiyi üçün izahatla maraqlanmır, əsas odur ki, onlar dərc olunur”.

Ştayzl qarşı tərəfə cavab yazıb: “Əgər dərc etdirmək istəyirsə, üslub və məzmunun məqbul olması ilə razılaşmalıdır. Mən robot deyiləm”. Lakin dörd gündən sonra sifarişli məqalə uğurla çap olunub.

Həmin Ştayzl Avropa Parlamentinin üzvü Evald Ştadler ilə sıx əməkdaşlıq edib, onun da Mirzəxanyanla yaxın münasibətləri olub.

AfD-dən olan alman sağçı radikal Manuel Oxsenrayterə gəlincə, yazışmalardan aydın olur ki, o, rəhbərlik etdiyi aylıq “ZUERST!” jurnalında məqalə dərc etmək üçün Mirzəxanyandan 12 min avro istəyib və eyni partiyadan olan Avropa Parlamentinin deputatı Markus Pretzel ilə müsahibə təşkil etməsi barədə ona məlumat verib. Sonuncu sanksiyalara qarşı çıxış edirdi. Müsahibə 2016-cı ilin iyul ayında götürülüb və dərc edilib. Əlbəttə, ödəniş edildikdən sonra.

Biz isə sadəlövhcəsinə düşünürdük ki, niyə Avropa nəşrləri Azərbaycanın ədalətli mövqeyini əks etdirən, ən əsası isə beynəlxalq hüquqdan və onların öyündükləri Avropa dəyərlərindən irəli gələn yazılarımızı dərc etmir. Ancaq mücrü tədricən açıldı və məlum oldu ki, siz bunun üçün pul ödəməli idiniz! Yəni, Avropa “dəyərlərinə” görə. Həm də Avropa qiymətləri ilə!

İndi, demək olar ki, il yarımdan sonra “Politico.eu” yeni sensasiyalı xəbərlər dərc edir. Məlum olur ki, Avropa Parlamentinin bir sıra deputatları “Avropanın Səsi” internet saytı vasitəsilə əvvəlki kimi, “sadəcə quru sağ ol” olmadan sanksiyaların ləğvi lehinə lobbiçilik etməyə davam edirlər. Həm Brüsseldə, həm də Strasburqda siyasətçilərin mənzillərində və ofislərində reydlər keçirilib, elektron və fiziki yaddaş daşıyıcıları ələ keçirilib. Müttəhimlər arasında eyni sağ radikal partiyaların üzvlərinin də adları var. Onlardan biri də hollandiyalı siyasətçi Marsel de Qraafdır. Onun köməkçisi aprel ayında Çin kəşfiyyatında xidmət etdiyinə görə həbs edilən başqa bir ifrat sağçı alman deputat Maksimilian Kraç ilə sıx əlaqədə idi. Drezden prokurorluğu artıq Kraçın bir sıra xarici ölkələrin siyasi dairələri ilə əlaqəsini və onlardan müqavilə fəaliyyəti üçün ödəniş almasını araşdırır. Bundan əlavə, alman siyasətçi nasizmə rəğbəti və nasist salamları ilə tanınır.

Bundan əlavə, Almaniyanın “Thueringer Allgemeine” qəzeti etibarlı mənbələrə istinadla bu yaxınlarda yazıb ki, Belçika polisi və alman müstəntiqlər sağ mərkəzçi Avropa Xalq Partiyasının (EPP) Brüsseldəki qərargahına basqın ediblər. Reyd mərkəzi Türingiya əyalətində (Almaniya) Xristian Demokratlar Partiyasının lideri Mario Voigta qarşı EPP-nin 2019-cu il Avropa seçkiləri üçün rəqəmsal təşviqat kampaniyasındakı rolu ilə bağlı davam edən korrupsiya araşdırması ilə əlaqədar olub. İstintaq Voigtin kampaniya zamanı müqavilə bağladığı internet şirkətindən təzminat alması ilə bağlı iddialara əsaslanır. EPP üzvləri arasında Avropa Parlamentinin sədri Robert Metsola, Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis və İsveçin Baş naziri Ulf Kristersson kimi məşhur siyasətçilər də var.

Bu, Avropa Parlamentində birinci və güman edirik ki, sonuncu korrupsiya qalmaqalı deyil. Həm də bu təşkilat hələ başqalarına da “ağıl verməklə” məşğuldur. Burada məşhur bir aforizm yada düşür; öz gözündə tiri görmür, başqasının gözündə tük axtarır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qəbələdə Milli Qurtuluş Gününə dair məktəbdə görüş: Müstəqilliyimizin Heydər Əliyev strategiyası

Balakəndə yaş barama tədarükünə başlanılıb - artıq kümçülər 2 ton barama təhvil verib

Neftçilər Milli Qurtuluş Gününü qeyd ediblər

Şuşada Türk Dövlətləri Təşkilatı Ölkələrinin Rəqabət Forumu işə başlayıb

Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan gün - ŞƏRH

İyunun 13-ü Beynəlxalq Albinizm haqqında Məlumatın Yayılması Günüdür

ABŞ Avropadakı qırıcı təyyarələrinin üçdəbirini geri çəkməyi planlaşdırır

Milli Qurtuluş Günü xalqımızı nicata aparan dönüş nöqtəsi oldu

Cari ildə tədris prosesində iştirak edən müəllimlərin sayı açıqlanıb

Tramp “Tren de Aragua” təşkilatının liderinin öldürüldüyünü açıqlayıb

ABŞ millisi dünya çempionatına qələbə ilə başladı

ABŞ Mərkəzi Komandanlığı Hörmüz boğazında İrana məxsus kamikadze dronlarını vurub

Azərbaycan məktəblərində “Son zəng” sədaları

Qusarın Avaran kəndində 384 ev mərkəzləşdirilmiş içməli su şəbəkəsinə qoşulub

İran XİN: Tehran Vaşinqtonla memorandumun razılaşdırılmasının son mərhələsindədir

Dünyanın ən təhlükəli 7 vulkanı

Konqo Demokratik Respublikasında “Ebola” virusundan ölənlərin sayı 139 nəfərə çatıb

Əraqçi: ABŞ memorandumda yeni münaqişəyə başlamamaq öhdəliyi götürür

Qafar Qənizadə: Hər bir insanın özünü tanımaq və mənəvi sağalma üçün vasitələrə ehtiyacı var

Dünya çempionatı: Neymar Mərakeşlə oyunu buraxacaq

Kanada millisi dünya çempionatları tarixində ilk xalını qazanıb

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 54-cü buraxılış mərasimi olub

Dünya çempionatı: Kanada - Bosniya və Herseqovina oyununda qalib müəyyənləşməyib

Natalya Jukova: Bu il “Nine Senses Fest” mindən çox iştirakçını bir araya gətirəcək

Misirdə təlim təyyarəsi qəzaya uğrayıb, pilot ölüb

Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib

Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb

BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir

“Sabah” braziliyalı müdafiəçini transfer edib

Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib

Fırat Arapoğlu: “Proqramlaşdırılmış izlər” sərgisində texnologiyanın yaratdığı yeni reallıq təqdim olunur

Azərbaycan və Slovakiya arasında siyasi məsləhətləşmələrin növbəti iclası olub

Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib

Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub

AZAL-ın Naxçıvan reyslərini icra edən təyyarələri hava şəraiti ilə əlaqədar Bakıya geri qayıdıb

Lənkəran və Astarada güləş zallarına baxış keçirilib

BDU-nu ən yüksək Ümumi Orta Müvəffəqiyyət Göstəricisi ilə bitirən məzunların adları açıqlanıb

Bakıda “Nine Senses Fest 2026” Beynəlxalq Festivalına start verilib VİDEO

Bakıda “Nine Senses Fest 2026” Beynəlxalq Festivalına start verilib VİDEO

Balakəndə möhtəşəm konsert proqramı VİDEO

Balakəndə möhtəşəm konsert proqramı VİDEO

MEDİA: Fransanın bəzi media qurumlarının Azərbaycana qarşı qarayaxma kampaniyasını qəti şəkildə pisləyirik

Albaniyada Milli Qurtuluş Gününə həsr olunan tədbir baş tutub

Naxçıvanda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Bakı Dövlət Universitetinin “Məzun günü” qeyd olunub YENİLƏNİB VİDEO

Bakı Dövlət Universitetinin “Məzun günü” qeyd olunub YENİLƏNİB VİDEO

Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb

Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır

Alparslan Bayraktar: TANAP Avropanın enerji təhlükəsizliyinin əsas təminatçısıdır

Ekspert: Azərbaycan “ağıllı şəhərlər”i və dayanıqlı infrastrukturu fəal şəkildə inkişaf etdirir - MÜSAHİBƏ

Rafael Hüseynov: BDU Azərbaycanın inkişafına xidmət edən nəsillər yetişdirib

Fransalı vəkil “ayrı-seçkilik” və “nifrətə təhrik” ittihamları üzrə Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edib

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası: müzakirəyə 10 məsələ çıxarılıb VİDEO

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası: müzakirəyə 10 məsələ çıxarılıb VİDEO

YARAT Müasir İncəsənət Məkanında britaniyalı və bolqar rəssamların sərgiləri açılıb

Nəzrin Atakişiyeva: Kəlbəcərin ilk məzunu olmaq mənim üçün böyük qürurdur

Azərbaycan Beynəlxalq Xizək Konqresində təmsil olunub

Bu saata olan əsas xəbərlər

BDU-da magistratura səviyyəsində ixtisas və ixtisaslaşmalar yenilənir VİDEO

BDU-da magistratura səviyyəsində ixtisas və ixtisaslaşmalar yenilənir VİDEO

Qəbələyə gələn əcnəbi turistlər arasında hindistanlılar üstünlük təşkil edir STATİSTİKA VİDEO

Qəbələyə gələn əcnəbi turistlər arasında hindistanlılar üstünlük təşkil edir STATİSTİKA VİDEO

Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktaydan

Ağdamda Milli Qəhrəman Allahverdi Bağırovun xatirəsi anılıb

Yeni təsdiqlənən subsidiya qaydalarında heyvandarlıq sektoru üçün genişmiqyaslı dövlət dəstəyi alətləri təsbit olunub VİDEO

Yeni təsdiqlənən subsidiya qaydalarında heyvandarlıq sektoru üçün genişmiqyaslı dövlət dəstəyi alətləri təsbit olunub VİDEO

Zeynep Özdemir: Azərbaycan-Türkiyə enerji əməkdaşlığı Avrasiyada sabitlik və güc mərkəzi formalaşdırıb

Aİ İspaniyanın müdafiə xərclərini artırmasına imkan verən xüsusi büdcə mexanizminin tətbiqini təsdiqləyib

® Vətəndaş müraciətlərinin elektron qaydada təqdim edilməsi və cavablandırılması imkanları genişləndirilib

Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA

Türkiyə və Azərbaycan gələcəyini elm, təhsil və texnologiya ilə birlikdə quracaq

HDQ-də döyüş atışlı taktiki təlim olub

Milli Qurtuluşdan Zəfərə: Müstəqil Azərbaycanın yüksəliş yolu

Tramp mediada yayılmış şərtlərin İranla razılaşdırılmış şərtlərlə əlaqəsi olmadığını açıqlayıb

Son iyirmi ildə BDU-dan Koreya dili ixtisası üzrə 110-dan çox tələbə məzun olub

Azərbaycanı Dünya Kubokunda 8 boksçu təmsil edəcək

Böyük Britaniyanın Baş naziri: Hökumət sərt qərarlar qəbul etməyə məcburdur

Səbinə Əliyeva: Bakı Dövlət Universitetinin məzunu olmaq həm qürur, həm də şərəfdir

Yeni təmayül tədris modeli çərçivəsində yay düşərgəsi təşkil olunub

Azərbaycandan Qazaxıstana məhsul ixracının dəyəri 21 faizdən çox artıb

Mədəniyyət naziri: Bakı Dövlət Universiteti Azərbaycan elminin və təhsilinin flaqmanıdır

Şirvan kanalında batan şəxsin meyiti tapılıb

Müşavir: Balıqçılıq və akvakultura üzrə Dövlət Proqramı investisiyalar üçün yeni imkanlar açır – MÜSAHİBƏ

FHN-in strukturlarında Milli Qurtuluş Günü qeyd edilib

Hava limanlarının (aeroportların) idarə edilməsi QAYDASI

“Hava limanlarının (aeroportların) idarə edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Çövkən üzrə Azərbaycan millisi dünya çempionatının finalına vəsiqə qazanıb

İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahudan

Osmanlı memarlığının ən mühüm tarixi abidələrindən olan Səlimiyə camisi yenidən istifadəyə verilib

Britaniya hökumətindən hədəf: məktəblilərin 60 faizi dərslərə piyada və ya velosipedlə gedəcək

Azərbaycan klubu bütün legioner voleybolçuları ilə vidalaşıb

Naxçıvanda “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının qalibləri məlum olub

Bu il Azərbaycanın ali məktəblərini 63 mindən çox tələbə bitirir

İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində HELF/AZHAB Forum 2026 keçiriləcək

Ankarada “Bir şəhər, iki baxış” müsabiqəsinin qalibləri mükafatlandırılıb və sərgi açılıb

Aqrar sahədə yeni strateji mərhələ Azərbaycanın dayanıqlı inkişaf modelini daha da gücləndirəcək - ŞƏRH

Lənkəranda 32 yaşlı kişi şəlalədə çimərkən boğulub - YENİLƏNİB

® Dövlət qurumları ilə gənc startaplar arasında əməkdaşlığa töhfə verən hakaton keçirilib

Türkiyənin “HÜRJET” reaktiv təlim təyyarələrinin Türk Ulduzları akrobatika komandası ilə qrup uçuşu həyata keçirilib VİDEO

Türkiyənin “HÜRJET” reaktiv təlim təyyarələrinin Türk Ulduzları akrobatika komandası ilə qrup uçuşu həyata keçirilib VİDEO

Atletika üzrə Azərbaycan çempionatı start götürüb

Ağsuda vətəndaşların müraciətləri dinlənilib

Ramin Məmmədov: Dini etiqad azadlığının qorunması qlobal məsuliyyətdir

Ərdoğan: Bəşəriyyət İkinci Dünya müharibəsindən bəri ən kritik hadisələri yaşayır

Pakistan turizm sənayesi nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub

Psixoloq: Sosial şəbəkə qadağaları yeniyetmələrdə aqressiyaya səbəb ola bilər

Məcburi köçkünlərin mənzil təminatı ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Labubu dünya çempionatının açılış mərasimində iştirak edib