Azərbaycan Dövlət İnformasiya Agentliyi

Avropa Parlamenti üzvlərinin bilərəkdən saxta məlumatlara əsaslanaraq Aİ rəhbərliyinə müraciət etməsi təəssüf doğurur

Avropa Parlamenti üzvlərinin bilərəkdən saxta məlumatlara əsaslanaraq Aİ rəhbərliyinə müraciət etməsi təəssüf doğurur

Bakı, 5 may, AZƏRTAC

Avropa Parlamentinin (AP) üzvləri Andrey Kovaçev (Bolqarıstan), Fransua Bellami (Fransa) və Lukas Furlas (Cənubi Kipr) birgə təşəbbüs göstərərək, AP-nin 119 üzvünün imzası ilə Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyaenə və Avropa Şurasının prezidenti Şarl Mişelə məktub ünvanlayıb. Məktubun surəti, həmçinin Avropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borelə göndərilib.

Məktubda 2020-ci il 10 noyabr tarixli üçtərəfli Birgə Bəyanatın 8-ci bəndinə istinad edilərək müharibə əsirlərinin və eləcə də cəsədlərin qarşılıqlı şəkildə “hamının hamıya” prinsipi üzrə dəyişdirilməli olduğu, hərbi əməliyyatlar dayandırıldıqdan sonra bu öhdəliklərin Ermənistan tərəfindən dərhal yerinə yetirildiyi, Azərbaycan tərəfindən isə nəinki yerinə yetirilmədiyi və hətta hərbi əməliyyatların dayandırılmasından sonra da yeni əsirlərin götürüldüyü iddia olunur. AP üzvləri Azərbaycan tərəfindən 1949-cu il Cenevrə Konvensiyasının tələblərinin pozulduğunu iddia edir və Aİ rəhbərlərindən erməni hərbi əsirlərinin qeyd-şərtsiz olaraq dərhal Ermənistana qaytarılmasını Azərbaycandan tələb etməyə çağırırlar.

AZƏRTAC xəbər verir ki, bunu Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin həmsədri Cavanşir Feyziyev bildirib.

Cavanşir Feyziyev qeyd edib ki, hələ keçən əsrin 80-ci illərinin sonunda Azərbaycan ərazilərinin 20 faizinin işğal olunması, 10 mindən çox insanın vəhşicəsinə qətlə yetirilməsi, bir milyondan çox insanın qaçqın və məcburi köçkünə çevrilməsi bütün dünyanın, o cümlədən demokratiya və insan haqlarını yüksək tutduğunu iddia edən Avropanın gözü qarşısında baş verirdi. O zaman bütün dünya və xüsusilə bölgənin yaxın qonşuluğunda yerləşən Avropa Azərbaycana və onun vətəndaşlarına qarşı törədilən bütün cinayətlərə susqunluq nümayiş etdirirdilər. Azərbaycan torpaqlarının işğalını pisləyən və erməni hərbi qüvvələrinin bütün işğal edilmiş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının Qətnamələri 30 il ərzində kağız üzərində yerinə yetirilməmiş qalmışdı. Yüzlərlə yaşayış məntəqəsini viran qoymuş, minlərlə insanın həyatına son qoymuş Ermənistan ordusunun 30 il ərzində Azərbaycan torpaqlarını işğal altında saxlaması Avropa parlamentarilərini hərəkətə gətirə bilmədi. Azərbaycan torpaqlarında ermənilər tərəfindən törədilmiş etnik təmizləmə, vandalizm və müharibə cinayətlərinin izləri bu gün də işğaldan azad olunmuş ərazilərdə qalmaqdadır.

Ermənistan hərbi qüvvələri tərəfindən yer üzündən silinmiş Xocalı şəhərində, Başlıbel, Ağdaban və onlarla digər kəndlərdə ermənilərin törətdiyi soyqırımı hadisələrinə səssiz qalmış Avropa Parlamenti üzvləri bu gün ermənilərin uydurduğu saxta ittihamlara qoşularaq həqiqətə uyğun olmayan iddialarla Azərbaycan dövlətinə, onun Ordusuna və vətəndaşlarına qarşı böhtan kampaniyasında xüsusi fəallıq göstərirlər. AP-nin üzvləri erməni lobbi təşkilatlarının tapşırıqlarını yerinə yetirmək üçün Aİ-nin yüksəkrütbəli rəhbərlərinə yalan informasiya verməkdən belə çəkinməyiblər.

Azərbaycanda saxlanıldığı müddət ərzində erməni hərbi əsirləri və digər mülki şəxsləri ilə Azərbaycanın qoşulduğu bütün beynəlxalq sənədlərin, o cümlədən Cenevrə Konvensiyasının tələblərinə uyğun davranılıb və Beynəlxalq Qırmızı Xaç Komitəsinin missiyasına mütəmadi olaraq onlarla görüşmək imkanı yaradılıb. 2020-ci il noyabrın 10-da hərbi əməliyyatlar başa çatdıqdan sonra Azərbaycan üçtərəfli Birgə Bəyanatın müvafiq bəndinə uyğun olaraq müharibə dövründə əsir götürülmüş bütün hərbçiləri və digər saxlanılmış şəxsləri Ermənistana qaytarıb. Bununla da Azərbaycan, Rusiya və Ermənistan dövlət rəhbərləri arasında imzalanmış Birgə Bəyanatdan irəli gələn bütün öhdəliklərini tam şəkildə yerinə yetirib. Bu günə qədər Azərbaycan 70-dən çox hərbi əsiri və saxlanılmış digər şəxsləri, eləcə də 1500-dən çox döyüş bölgələrində tapılmış erməni hərbçilərinin cəsədlərini Ermənistana təhvil verib. Azərbaycan Respublikasının Hərbi Prokurorluğu hərbi əməliyyatların gedişi zamanı qanunazidd hərəkətlərə yol vermiş hərbçilər haqqında istintaq aparıb və 4 hərbi qulluqçu haqqında cinayət işi açıb.

Torpaqlar işğaldan azad edildikdən sonra Azərbaycan münaqişə səhifəsini birdəfəlik qapatmağa və Ermənistanı bölgədə sülhü və təhlükəsizliyi bərqərar etmək üçün regional əməkdaşlığa qoşulmağa dəvət edib. Ermənistan isə əməkdaşlıq çağırışlarına reaksiya verməyərək beynəlxalq miqyasda Azərbaycana qarşı əks təbliğat aparmağa qərar verib.

Ermənistan nə beynəlxalq qanunlara, nə də imzaladığı üçtərəfli Birgə Bəyanatın müddəalarına məhəl qoymayaraq Azərbaycan tərəfindən hələ Birinci Qarabağ müharibəsi zamanı 4000-ə yaxın əsir götürülmüş və itkin düşmüş insanlar barədə hər hansı bir məlumat verməkdən, eləcə də vaxtilə işğal etdiyi torpaqlarda minalanmış ərazilərin xəritələrini Azərbaycana təqdim etməkdən imtina edir. Bu günədək 100-dən çox dinc sakin erməni hərbçiləri tərəfindən torpaqlarımızda basdırılmış minaların partlaması nəticəsində həlak olublar. Bu kimi faktlara göz yumaraq İnsan haqlarından, beynəlxalq və humanitar hüquqdan danışan Avropa Parlamentinin üzvləri isə Ermənistanın təcavüzkar hərəkətlərini pisləmək əvəzinə, Azərbaycana qarşı erməni lobbiçiləri tərəfindən aparılan qərəzli təbliğat kampaniyalarında həvəslə iştirak edirlər.

Hərbi əməliyyatlar dayandırıldıqdan və münaqişənin başa çatması elan olunduqdan 3 həftə sonra Ermənistan tərəfindən terror və diversiya aktları törətmək üçün Azərbaycan ərazilərinə göndərilmiş Ermənistan hərbçiləri azad olunmuş ərazilərdə çalışan dinc vətəndaşlara və habelə hərbi xidmət aparan Azərbaycan Ordusunun hərbi qulluqçularına hücum edərək 4 hərbçinin və 1 mülki şəxsin həyatına son qoymaqla cinayət törədiblər. Törədilən cinayət əməllərinin araşdırılması və qanunauyğun tədbirlərin görülməsi üçün saxlanılmış Ermənistan hərbçiləri istintaqa cəlb olunublar. Baş vermiş bu hadisələrlə bağlı bütün maraqlı tərəflərə, o cümlədən ictimaiyyətə, ərazidə yerləşmiş Rusiya sülhməramlı qüvvələrinə və Ermənistan siyasi-hərbi rəhbərliyinə məlumat verilib. Bütün bunlara baxmayaraq, Avropada şəbəkələnmiş erməni lobbi təşkilatları və bu təşkilatların maraqlarına xidmət edən bəzi Avropa siyasətçiləri erməni hərbçilərinin törətdiyi cinayət hadisəsini Avropa rəsmi qurumları və beynəlxalq təşkilatlar qarşısında “humanitar məsələ” kimi təqdim etməyə və bununla da Azərbaycana təzyiq göstərilməsinə nail olmağa cəhd edirlər. Beləliklə, Azərbaycana qarşı irəli sürülən beynəlxalq konvensiyaların pozulması haqqında iddialar həqiqətə uyğun deyil və AP üzvlərinin bilərəkdən belə saxta məlumatlara əsaslanaraq Aİ rəhbərliyinə müraciət etməsi təəssüf doğurur.

Avropada erməni maliyyə qaynaqlarından yararlanmaq istəyən AP üzvlərinin bu cəhdləri mənəviyyatdan və siyasi əxlaqdan uzaqdır və bütün sivil dünyanın, o cümlədən Aİ rəhbərliyinin diqqətinə yox, qınağına layiqdir. Yalnız erməni yalanlarını rədd edən qınaq bəyanatlarını səsləndirəcəkləri halda beynəlxalq təşkilatlar və Aİ institutları özlərinin elan etdiyi “Avropa dəyərlərinə” sadiqliyini nümayiş etdirmiş olacaqlar.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı