Azərbaycan Dövlət İnformasiya Agentliyi

AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASININ SƏDRİ LORD RASSEL CONSTONUN AZƏRBAYCANA SƏFƏRİ

Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assamleyasının sədri lord Rassel Conston sentyabrın 14-də Şəhidlər xiyabanını ziyarət edərək, ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş cəsur Azərbaycan övladlarının xatirəsini ehtiramla yad etmişdir.

         Xatirə kompleksinin ziyarəti mərasimində qonağı Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov  müşayiət edirdi.

                                 X            x           X

        Sentyabrın 14-də Azərbaycan Respublikasının xarici işlər naziri Vilayət Quliyev Avropa Şurası Parlament Assambleyasının sədri lord Rassel Constonu qəbul etmişdir.

        Görüş zamanı Azərbaycanın Avropa Şurası iləəməkdaşlığı əsas müzakirə obyekti olmuşdur.

        Vilayət Quliyev Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinəlazımi şərait yaratdığı üçün lord Rassel Constona öz təşəkkürünü bildirdi və cənab Constonun fəaliyyətinin əsl parlamentarizm ənənələrindən qaynaqlandığını vurğuladı. Nazir Azərbaycanın Avropa Şurasına bərabər hüquqlu üzv olmasını ölkəmizin suverenliyinin möhkəmləndirilməsi və yeni cəmiyyətin inkişafı baxımından müstəsna addım kimi qiymətləndirdi.

        Lord Rassel Conston regiona səfərinin məqsədini açıqlayaraq, AŞ-yə üzv olmuş Azərbaycanın qarşısında qoyulmuş öhdəliklərin və demokratik islahatların, həmçinin insan hüquqlarının qorunması istiqamətində işlərin yüksək templə həyata keçirilməsindən məmnunluq duyduğunu bildirdi. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsinə toxunan AŞPA sədri, münaqişənin həllinə müdaxilə etmək yox, yalnız Venetsiya komissiyası vasitəsilə yardım etmək niyyətində olduğunu bildirirək, eyni zamanda, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin işğal altında olmasını fakt olaraq qeyd etdi.

        Nazir Vilayət Quliyev Azərbaycanda demokratiyanın inkişafı, insan haqlarının müdafiəsi sahəsində gedən müsbət proseslər, qaçqın və məcburi köçkünlərin vəziyyəti və hökumətin humanitar problemlərin həllinə yönəldilmiş tədbirləri barədə qonağa geniş məlumat verdi.

        Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər haqqında da fikir mübadiləsi aparıldı. 

                                X                     X                        X

                            

        AŞPA-nın sədri lord Rassel Conston və onu müşaiyət edən şəxslər  həmin gün Səttarxan adına neft maşınqayırması zavodunun tikintisi başa çatmamış inzibati binasında məskunlaşmış qaçqınlar və məcburi köçkünlərlə görüşmüşlər.

        AŞPA-nın sədrinə məlumat verildi ki, zavodun ərazisində Ermənistanın bir neçə rayonundan qovulmuş qaçqınlar və ermənilər tərəfindən işğal olunmuş Azərbaycan rayonlarından olan məcburi köçkünlər yerləşdirilmişlər. Qonaqlar görüşdə iştirak edən Milli Məclis sədrinin müavini Ziyafət Əskərov və baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov ilə birlikdə məcburi köçkün Müqalib Sadığovun qaçqınlar Həsrət Məmmədova və Dilşad Cəfərovanın ailələrinin yaşayış şəraiti ilə tanış oldular. Baş nazirin müavini Əli Həsənov lord Rassel Constona bir milyona yaxın qaçqın və məcburi köçkünün ağır vəziyyətindən danışaraq vurğuladı ki, bu insanlarınəksər hissəsi 8 ildən artıqdır  Azərbaycanın bir sıra rayonlarında salınmış çadır şəhərciklərindədözülməz şəraitdə yaşayırlar.

        Qaçqınlar və məcburi göçkünlər ümidvar olduqlarını bildirdilər ki, Avropa Şurası və digər beynəlxalq təşkilatlar işğal olunmuş ərazilərin tezliklə azad edilməsinə və onların öz yerlərinə qayıtmasına kömək göstərəcəklər.

        Əli Həsənov qaçqınlara dövlət yardımı ilə maraqlanan lord Rassel Constonun sualına cavab verərək dedi ki, şəxsən Azərbaycan Prezidenti Heydər Əliyev onlara daim qayğı göstərir və bu kateqoriyadan olan vətəndaşların həyat şəraitini yaxşılaşdırmaq məqsədi ilə otən ay yeni Fərman və Sərəncam imzalamişdir.

        Lord Rassel Conston ümidvar olduğunu bildirdi ki, beynəlxalq təşkilatların köməyi ilə münaqişənin dinclikləhəlli yolları tezliklə tapılacaqdır.

                        X               X            X

Elə həmin gün Baş nazir Artur Rasizadə ölkəmizdə rəsmi səfərdə olan AŞPA-nın sədri lord Rassel Constonu qəbul etmişdir.

        A.Rasizadə qonağı səmimi salamlayaraq ona Azərbaycanda aparılan iqtisadi islahatlar barədə məlumat verdi. Bildirdi ki, ölkəmizdə bazar iqtisadiyyatı prinsipləri, özəlləşdirmə ardıcıl olaraq həyata keçirilir,təkcə neft-qaz sənayesi deyil, qeyri-neft sektorunun inkişaf etdirilməsinə də önəm verilir.

        Baş nazir müstəqillik illərində Azərbaycanda demokratiyanın durmadan inkişaf etdiyini, mətbuat və söz azadlığının təmin olunduğunu, insan hüquq və azadlıqlarının qorunması sahəsində çox mühüm tədbirlər görüldüyünü, bunun üçün möhkəm hüquqi baza yaradıldığını da vurğuladı.

        O, Azərbaycanın Avropaya və dünyaya inteqrasiya yolunu tutduğunu, bir sıra mühüm beynəlxalq təşkilatlarla, o cümlədən Avropa Şurası, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu ilə sıx əməkdaşlığa xüsusi diqqət yetirdiyini söylədi. 

        Baş nazir vurğuladı ki, indi ölkəmizin qarşısında duran ən mühüm və təxirəsalınmaz problem Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Bu problemin həllinin xalqımız üçün həyati əhəmiyyəti var.

        Çünki Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal edilmiş, bir milyona qədər soydaşımız qaçqın və köçkün kimi çadırlarda ağır vəziyyətdə yaşayır. Azərbaycan Prezidenti Heydər Əliyev bu münaqişəni sülh yolu ilə həll etməyə çalışır. Müntəzəm olaraq danışıqlar aparır. Lakin Ermənistanın qeyri-konstruktiv mövqe tutması problemin həllinəimkan vermir.

Səmimi qəbul üçün təşəkkürünü bildirən Avropa Şurası Parlament Assambleyasının sədri lord Rassel Conston başçılıq etdiyi beynəlxalq təşkilatın strukturu və fəaliyyətindən, AŞPA-nın ölkəmizləəməkdaşlığından danışdı. O, Azərbaycanda qanunvericilik bazasının yaradılması, qəbul edilmiş qanunların beynəlxalq hüquq normalarına uyğun olması, respublikamızda mətbuat və söz azadlığı, insan hüquq və azadlıqlarının qorunması, demokratiyanın inkişaf etdirilməsi məsələlərinə toxunaraq, son illər həmin sahələrdə ölkəmizdə mühüm irəliləyiş olduğunu söylədi. Qonaq dedi ki, bütün bunlar başçılıq etdiyi beynəlxalq təşkilatın daim diqqət yetirdiyi məsələlərdir.

        Daha sonra O, Avropa Parlamenti deputatlarının iş şəraiti, onlarla əməkdaşlıq barədə söhbət açdı, Azərbaycanın demokratiya və iqtisadi islahatlar yolu ilə inkişafı, böyük nailiyyətlər əldə etməsi barədə məlumatı olduğunu bildirdi.

        Bu yaxınlarda ABŞ-da baş vermiş dəhşətli terror hadisəsini qətiyyətlə pisləyən cənab Rassel Conston beynəlxalq terrorizmə,  narkotik maddələrin qeyri-qanuni dövriyyəsinə qarşımübarizənin vacibliyini xüsusi vurğuladı. O dedi ki, bizdə olan məlumatlara görə, Dağlıq Qarabağdan və Azərbaycanın işğal olunmuş digər ərazilərindən qeyri-qanuni yolla narkotik maddələr daşınır. Bu da transmilli cinayətkar qrupların həmin regionda fəallaşmasına şərait yaradır. Belə hallar yolverilməzdir və buna qarşı mübarizədə beynəlxalq qurumlar öz səylərini birləşdirməlidirlər. 

X X X

AŞPA-nın sədri lord Rassel Conson həmin gün Sentyabrın 14-də Qafqaz Müsəlmanları İdarəsi sədrinin iqamətgahında Azərbaycanın dini konfessiyalarının başçıları ilə görüşmüşdür.

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Hacı Allahşükür Paşazadə görüşü açaraq vurğuladı ki, Prezident Heydər Əliyevin müdrik siyasəti sayəsində respublikamızda bütün ənənəvi dinlərə - islama, xristianlığa, yəhudiliyə etiqad edənlər həmrəylik şəraitində yaşayırlar.

Rus Pravoslav kilsəsinin Bakı-Xəzəryanı bölgəsi yeparxiyasının başçısı yepiskop Aleksandr, Bakıdakı dağ yəhudiləri dini icmasının sədri Semyon İxiilov görüşdə çıxış edərək bildirdilər ki, Azərbaycanda bütün dini konfessiyaların hüquqları, insan hüquqları tamamilə qorunur.

AŞPA-nın sədri səmimi qəbula görə təşəkkür edərək dedi ki, burada gördükləri bunu bəyan etməyə haqq verir ki, Azərbaycan tezlliklə Avropa ailəsində daha yüksək yer tutacaqdır.

x x x

“Hesab edirəm ki, Azərbaycanda siyasi məhbuslar yoxdur”, - bu sözləri Avropa Şurası Parlament Assambleyasının sədri lord Rassel Conston sentyabrın 14-də Milli Məclisin deputatları və siyasi partiyaların nümayəndələri ilə keçirilmiş görüşdə Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimovun sualına cavab olaraq demişdir.

AŞPA-nın sədri ölkəmizə ikinci səfərinin Azərbaycanın Avropa Şurasının tam hüquqlu üzvü olduğu bir şəraitdə keçməsindən məmnun qaldığını da söylədi. O vurğuladı ki, Azərbaycan rəhbərliyi ölkənin bu təşkilata qəbulu zamanı üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi üçün bütün tədbirləri görür.

Rassel Conston Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dincliklə nizama salınması ilə bağlı məsələlərə toxunaraq bildirdi ki, Avropa Şurası bu problemin tezliklə həlli üçün öz səylərini gücləndirmək niyyətindədir. O dedi: Bizim təşkilatımız danışıqlar prosesində müəyyən irəliləyişə nail olmaq üçün ATƏT-in Minsk qrupuna və münaqişə tərəflərinə yardım göstərəcəkdir. Rusiya Federasiyasının hərbi bazalarının Ermənistanda yerləşdirilməsi də bu münaqişənin aradan qaldırılmasına mənfi təsir göstərir. AŞPA-nın sədri hesab edir ki, Azərbaycan Prezidenti Heydər Əliyevin və Ermənistan Prezidenti Robert Koçaryanın görüşləri davam etməlidir.

Qonaq nəzərə çarpdırdı ki, Dağlıq Qarabağın statusu məsələsi beynəlxalq hüquq normaları çərçivəsində həll olunmalıdır. Hazırda Avropa Şurasının Venetsiya komissiyası bu məsələ üzərində işləyir. AŞPA-nın mövqeyi belədir ki, Ermənistan Dağlıq Qarabağ ərazisini işğal etmişdir və biz bu problemin həlli üçün kompromisli variantlar tapmalıyıq.

AŞPA-nın sədri dedi ki, bizim aldığımız məlumata görə, Dağlıq Qarabağ ərazisindən narkotik vasitələrin qanunsuz istehsalı və dövriyyəsi üçün istifadə olunur. O bildirdi ki, Avropa Şurasının Parlament Assambleyası öz iclaslarında bu məsələyə baxacaqdır.

Lord Rassel Conston Yeni Azərbaycan Partiyası icra aparatının rəhbəri, Milli Məclisin deputatı Əli Əhmədovun, Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalının, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat Sabir Rüstəmxanlının, parlamentin iqtisadi siyasət daimi komissiyasının sədri Səttar Səfərovun suallarına da cavab verdi.

Görüşdə Milli Məclis sədrinin birinci müavini Arif Rəhimzadə, parlament sədrinin müavinləri Ziyafət Əsgərov, Gövhər Baxşəliyeva iştirak edirdilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

® ABB-dən futbol azarkeşləri üçün qazandıran kampaniya

Azərbaycan millisinin voleybolçusu "Turan" klubuna keçib

Azərbaycanın 16 cüdoçusu Budapeştdəki “Böyük Dəbilqə” turnirində mübarizə aparacaq

“China Daily” qəzeti “Bakı İqlim Fəaliyyəti Həftəsi”ndən yazır

® “Birbank Taksit” kartı sentyabrda daha çox qazandırır: 3 faiz əlavə bonus

Biləcəridə çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb

BMU-ya yeni qəbul olunan tələbələrlə tanışlıq görüşlərinə başlanılıb

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsinin yüksəksəviyyəli açılış mərasimi olub YENİLƏNİB VİDEO

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsinin yüksəksəviyyəli açılış mərasimi olub YENİLƏNİB VİDEO

bp ölkədə enerji səmərəliliyi üzrə mütəxəssis potensialının inkişafına dəstək olur

Şahzadə Uilyam Norveç Kralı V Haraldın dəfn mərasimində iştirak edir

“Özbək xalq nağılları” kitabı işıq üzü görüb

Memarlıq və İnşaat Universitetinə yüksək balla qəbul olunan tələbələrlə görüş olub

Britaniyada yüzlərlə aviareys ləğv edilib

Xurşidbanu Natəvan – qəlbinin səsini şeirə köçürən söz ustası

“Bakı İqlim və Sülh üzrə Fəaliyyət Platforması” çərçivəsində 3 ölkə ilə birgə işçi qrupları yaradılıb

Müəllim: Şagirdlər oxumağı dayandırmayıb, sadəcə məlumat əldə etmə üsulları dəyişib

Hikmət Quliyev: Türkoloji Qurultayın 100 illiyi elmi əlaqələri gücləndirir

“Mançester Yunayted” “Sabah”la oyunöncəsi son məşqinə çıxıb

Yalçın Rəfiyev: İqlim dəyişikliyi qlobal sülh və təhlükəsizlik üçün ciddi təhdidə çevrilib

Dövlət satınalmalarında iştirak edən təchizatçı şirkətlər üçün təlim baş tutub

Almaniyanın müdafiə naziri: Müdafiə xərclərinin təxminən yarısı yeni texnologiyalara yönəldilib

Elnur Soltanov: Enerji keçidində özəl sektorun iştirakı vacibdir

Maldiv rəsmisi: İqlim dayanıqlılığı sülhə qoyulan investisiyadır

BDU-nun biotexnologiya ixtisasını seçən tələbə: Embriologiya və genetika üzrə tədqiqatlar aparmaq istəyirəm

Nazir müavini: Enerji keçidi dünyanın siyasi-iqtisadi mənzərəsini dəyişəcək əsas proseslərdəndir

Qırğız ədəbiyyatının dünyaşöhrətli siması - Çingiz Aytmatov

Azərbaycan paraüzgüçüləri Avropa çempionatında növbəti dəfə finala yüksəliblər

CECECO: Enerji keçidi yalnız texnologiyalar, infrastruktur və investisiyalarla bağlı deyil

Gənclər təşkilatlarının fəaliyyətinin dəstəklənməsi məqsədilə qrant müsabiqəsi elan ediləcək

Professor Amin İsmayılovun fəaliyyətinə həsr olunmuş biblioqrafik göstərici nəşr edilib

“Azərbaycan Dəmir Yolları” Çin limanları ilə Orta Dəhliz üzrə əməkdaşlığı genişləndirir

“Kəpəz”in kapitanı məşq zamanı zədələnib

Muxtar Babayev: Əsas prioritet beynəlxalq öhdəlikləri praktik və ölkələrin özlərinin rəhbərlik etdiyi fəaliyyətə çevirməkdir

Elmir Babayev: “Kəndə gəl” yay düşərgəsi gənc alimlərin inkişafı üçün mühüm platforma oldu

Naxçıvanda aktiv ƏDV ödəyicilərinin sayı 10,3 faiz artıb

Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi keçirilir

Məktəblərdə yeni tədris ilinin prioritetləri müəyyənləşdirilir

Aleksandr Yakovleviç Şarovski

“Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan “Regional Su Meliorasiya Xidməti” və “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxslərin yenidən təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 600 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycanda beynəlxalq dərəcəli güləş hakimlərinin sayı 24-ə çatıb

Ersin Ayvaz: Ağdamda dövlətin gücünü, insanların birliyini və sevgisini gördük VİDEO

Ersin Ayvaz: Ağdamda dövlətin gücünü, insanların birliyini və sevgisini gördük VİDEO

Təhsil eksperti: Təhsilin müdafiəsi yalnız bir gün deyil, daim diqqətdə saxlanılmalıdır

Türkiyəli din xadimi: Ağdamdakı məzarlıqda gördüklərimiz bizi çox sarsıtdı VİDEO

Türkiyəli din xadimi: Ağdamdakı məzarlıqda gördüklərimiz bizi çox sarsıtdı VİDEO

20 Sentyabr: Azərbaycanın suverenliyinin tarixə çevrildiyi gün

Danimarka mediası PISA nəticələri barədə: Bəşəriyyət sadəcə olaraq getdikcə daha da səfehləşir

Komitə sədri: Din xadimlərinin fəaliyyətində birləşdirici yanaşma vacibdir

Dilarə Əliyeva: Opera sənətinə böyük hörmətlə yanaşmaq borcumuzdur

“Araz-Naxçıvan”ın futbolçusu Burundi millisinə çağırılıb

ABŞ-nin borcu İkinci Dünya müharibəsindən bəri ən yüksək səviyyədədir

Madriddə MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışı olub

Naxçıvanı təmsil edən voleybol klubunun adı dəyişdirilib

ABŞ-də çalışan azərbaycanlı alim: Azərbaycanın milli genom məlumat bazasının yaradılması səhiyyə üçün mühüm imkanlar aça bilər – MÜSAHİBƏ

Fransada əməkdaşların əmanətlərinə vergi məsələsi: Hökumət geri çəkildi, hüquq-mühafizə orqanlarına müraciət edildi

® “Sabah Investment Group”un rəhbərliyi Acarıstana işgüzar səfər edib

Azərbaycan BMT-nin Baş Assambleyasında böyük nümayəndə heyəti ilə təmsil olunacaq VİDEO

Azərbaycan BMT-nin Baş Assambleyasında böyük nümayəndə heyəti ilə təmsil olunacaq VİDEO

Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsində vətəndaşların müraciətləri dinlənilib

Nazir: TRIPP-lə bağlı danışıqlar uğurla davam etdirilir VİDEO

Nazir: TRIPP-lə bağlı danışıqlar uğurla davam etdirilir VİDEO

Ceyhun Bayramov: Yanaşmamız dəyişməzdir, sülh sazişinin imzalanması üçün imkanlar mövcuddur VİDEO

Ceyhun Bayramov: Yanaşmamız dəyişməzdir, sülh sazişinin imzalanması üçün imkanlar mövcuddur VİDEO

Azərbaycan paralimpiyaçısı dünya reytinqində 8-ci pilləyə yüksəlib

SİMA-da təhlükəsizliklə əlaqədar biometrik yoxlama cəhdlərinə limit tətbiq olunub

Nazir: Belə mühüm tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizə olan etimadın göstəricisidir

“Mançester Yunayted”lə oyunöncəsi “Sabah”ın zədəli futbolçularının son durumu açıqlanıb

Baş katib: Azərbaycan bərpaolunan enerjiyə fəal investisiya yatırır

Hüseyn Hüseynov: Azərbaycan TDT-nin yaşıl maliyyə təşəbbüslərində fəal iştirak edir VİDEO

Hüseyn Hüseynov: Azərbaycan TDT-nin yaşıl maliyyə təşəbbüslərində fəal iştirak edir VİDEO

Lənkəranın turizm imkanları media nümayəndələrinə təqdim olunub

“Komo”nun prezidenti Çempionlar Liqasında debüt matçında tribunadakı yerini azarkeşə verəcək

Bu il 22 tələbə Azərbaycan Universitetini fərqlənmə diplomu ilə bitirib

COP31-in icraçı direktoru: Həssas coğrafiyaların səsi olacağıq VİDEO

COP31-in icraçı direktoru: Həssas coğrafiyaların səsi olacağıq VİDEO

TDT-nin Yaşıl Maliyyə Şurası əməkdaşlıq üzrə gündəliyini genişləndirib

Nyu-York şəhərində azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü olub

Bu il 124 mindən çox uşaq birinci sinfə gedəcək

“ADY Express”: Orta Dəhlizlə konteyner daşımaları 11 faiz artıb VİDEO

“ADY Express”: Orta Dəhlizlə konteyner daşımaları 11 faiz artıb VİDEO

Azərbaycan İtaliyaya neft tədarük edən ölkələr siyahısında ilk üçlükdədir

“Startup World Cup”ın regional finalı “Baku ID” çərçivəsində təşkil olunacaq

"Neftçi" amerikalı basketbolçu ilə müqaviilə imzalayıb

® “Yango Ride”ın Hesabatı: Fəaliyyət göstərdiyi bazarlarda ağır yol hərəkəti qaydaları pozuntuları 31 faiz azalıb

“Brent” neftinin qiyməti 100 dolları ötüb

“Himayədar ailə” modeli təbliğ olunur

Velosiped və skuter sürücüləri üçün profilaktik tədbirlər həyata keçirilir VİDEO

Velosiped və skuter sürücüləri üçün profilaktik tədbirlər həyata keçirilir VİDEO

Avropada qazın qiyməti son 3 ilin maksimumuna yüksəlib

Daniele Violetti: İndiyədək aparılan müzakirələrdən bir mesaj aydın görünür: həllər mövcuddur

Bu il ərzində Azərbaycanda istehsal olunan sənaye məhsullarının dəyəri açıqlanıb

Qızılağac Milli Parkında qanunsuz ov edən şəxslər saxlanılıblar

® “Azercell” ilk yeni nəsil diler mağazasını istifadəyə verir

David Higgins: Beynəlxalq əməkdaşlıq və çoxtərəflilik heç vaxt indiki qədər vacib olmayıb VİDEO

David Higgins: Beynəlxalq əməkdaşlıq və çoxtərəflilik heç vaxt indiki qədər vacib olmayıb VİDEO

PISA 2025: Fransanın təhsil nəticələri rekord səviyyədə gerilədi – ölkə 18 pillə aşağı düşdü

Media eksperti: QHT-lər kibertəhlükəsizliyin təmin olunması ilə bağlı addımlar atırlar VİDEO

Media eksperti: QHT-lər kibertəhlükəsizliyin təmin olunması ilə bağlı addımlar atırlar VİDEO

Növbəti peşə tanınması imtahanı sentyabrın 29-da keçiriləcək

Sabirabadda qəsdən yanğın törədən şəxs müəyyən olunub

Fransada yanğınsöndürənlər tətilə başlayıblar

Ana Toni: Bakı İqlim Fəaliyyəti Həftəsi bizi icra prosesində bir addım irəli aparacaq VİDEO

Ana Toni: Bakı İqlim Fəaliyyəti Həftəsi bizi icra prosesində bir addım irəli aparacaq VİDEO

Ceyhun Bayramov: COP29 və COP31 sədrliyi arasında əməkdaşlıq regional həmrəyliyin bariz nümunəsidir VİDEO

Ceyhun Bayramov: COP29 və COP31 sədrliyi arasında əməkdaşlıq regional həmrəyliyin bariz nümunəsidir VİDEO

Brüssel aeroportu Almaniyanın Köln şəhəri ilə yüksəksürətli dəmir yolu əlaqəsinə qoşulub

QHT-lər üçün rəqəmsallaşma və kibertəhlükəsizlik üzrə təcrübə mübadiləsi aparılıb VİDEO

QHT-lər üçün rəqəmsallaşma və kibertəhlükəsizlik üzrə təcrübə mübadiləsi aparılıb VİDEO

Fiziki şəxslərin banklardakı əmanətləri 16 faizədək artıb

Saymon Stil: Təmiz enerjiyə keçid prosesi artıq dönməzdir

Sabah bəzi yerlərdə yağış yağacaq

Mahir Emreli hücum keyfiyyətlərinə görə Polşa çempionatının ən yaxşı futbolçuları sırasındadır

BMT: Təhsil müəssisələrinə hücumların sayı rekord həddə çatıb

Azərbaycan Respublikası Ədliyyə Nazirinin 2002-ci il 9 aprel tarixli 7-T nömrəli əmri ilə təsdiq edilmiş “Tərbiyə müəssisələrində valideynlər komitəsinin fəaliyyəti haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiya QƏRARI