AVROPA ŞURASININ EKSPERTLƏRİ ERMƏNİLƏRİN İDDİALARININ ƏSASSIZ OLDUĞUNU BİLDİRMİŞLƏR
Martın 3-də Parisdə Avropa Şurası Parlament Assambleyası Mədəniyyət, elm və təhsil komitəsinin növbəti iclası keçirilmişdir.
İclasda bir sıra məsələlərlə yanaşı, Azərbaycan, Gürcüstan və Ermənistanda elm, mədəniyyət, təhsil və kütləvi informasiya vasitələri, etnik azlıqlar və dini qurumla bağlı AŞPA-nın yaz sessiyasına çıxarılacaq “Cənubi Qafqazda mədəniyyətin vəziyyəti və bu sahənin geniş inkişafı” məsələləri ətrafında geniş müzakirələr aparılmışdır. Milli Məclisin deputati Əli Abbasovun hazırladığı məruzə kəskin mübahisələr doğurduğundan, onun müzakirəsinin AŞPA-nın sessiyasına çıxarılması dəfələrlə təxirə salınmışdır. Ermənistanın işğalına məruz qalmış ərazilərimizdə tarixi abidələrin ermənilər tərəfindən dağıdılması barədə deputatlarımızın çıxışlarına etiraz edən erməni deputatlar nəinki Azərbaycanda, hətta Gürcüstan və Türkiyədə olan bəzi abidələri öz adlarına çıxmağa səy göstərmiş, həmin abidələrin Dağlıq Qarabağa və Naxçıvanda guya azərbaycanlılar tərəfindən dağıdıldığını iddia etmişlər.
Mübahisəli vəziyyətə son qoymaq məqsədi ilə ekspertlər qrupu yaradılmışdır. Qrupun üzvləri dəfələrlə Azərbaycanda və Ermənistanda olmuş, tarixi araşdırmalar aparmış və ermənilərin iddialarının əsassız olduğunu bildirmişlər. Ekspertlər qrupunun rəyindən sonra Azərbaycan nümayəndəsinin məruzəsi sonuncu dəfə müzakirə olunmuş və nəhayət, onun AŞPA-nın yaz sessiyasında müzakirəyə çıxarılması qərara alınmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [13:32]
XİN: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmanı alqışlayırıq
- 15.06.2026 [11:24]
Şamil Ayrım: Şuşa Bəyannaməsi regional sülhün strateji yol xəritəsidir VİDEO
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]
Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb
- 14.06.2026 [23:02]
Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb
- 14.06.2026 [22:29]
Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfər edəcək
- 14.06.2026 [22:25]
Putin və Tramp arasında telefon danışığı olub
- 14.06.2026 [22:05]
Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib
- 14.06.2026 [22:02]
Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb
- 14.06.2026 [21:52]
Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib
- 14.06.2026 [21:40]
Nizami Gəncəvinin Marneuli şəhərindəki büstü yenidən bərpa olunur - REPORTAJ
- 14.06.2026 [21:23]
Tramp Beyrutdakı hücumuna görə Netanyahuya əsəbləşib
- 14.06.2026 [20:55]
Mədəni qastrol proqramının növbəti ünvanı Xankəndi şəhəri olub
- 14.06.2026 [20:46]
Avropa Kuboku: Azərbaycan basketbol millisi final mərhələsinə vəsiqə qazanıb
- 14.06.2026 [20:43]
Türkiyənin hakim partiyası: Avropa Parlamenti nüfuzunu itirir
- 14.06.2026 [20:32]