Azərbaycan Dövlət İnformasiya Agentliyi

Avropanın ikiüzlü siyasətinin arxasında dayanan maraqlar açıqlandıqca… RƏY

Avropanın ikiüzlü siyasətinin arxasında dayanan maraqlar açıqlandıqca… RƏY

Bakı, 19 oktyabr, AZƏRTAC

Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən müstəqil siyasəti və onun uğurları əksər hallarda ikili standartları ilə diqqətdə olan ölkələr və beynəlxalq qurumlar tərəfindən qısqanclıqla qarşılanıb və ölkəmizə qarşı qərəzli təbliğatla müşayiət olunub. Azərbaycan zaman-zaman bunu istər artıq tarixin arxivinə atılan keçmiş Qarabağ münaqişəsinin həllinə, istərsə də ölkəmizin demokratik inkişafına yanaşmada görüb. Amma reallıq budur ki, belə mövqe heç zaman Azərbaycan dövlətini ruhdan salmayıb, hər zaman tarixi həqiqətləri özündə əks etdirən təbliğatı, diplomatik uğurlarının davamlılığını təmin etməsi ilə diqqətdə olub. Bəzi dünya gücləri, beynəlxalq qurumlar hələ də başa düşmək istəmirlər ki, onların ikili standartlara əsaslanan siyasətləri həm ölkələr arasında vacib amil olan etimad mühitini sıfra endirir, həm də kiçik dövlətlərə keçməyə çalışdıqları “ədalət və beynəlxalq hüquq” dərslərindən xəbərsiz olduqlarını sübut edirlər. Bu kimi hallar dünyanın bəzi aparıcı güclərinin ikiüzlü siyasətinin, riyakarlığının təqdimatıdır. Dövlət başçısı İlham Əliyev ən yüksək tribunalardan bütün çıxışlarında bu mühüm reallığı xüsusi vurğulayır ki, ölkəmizə qarşı beynəlxalq səviyyədə qərəzli kampaniyalar aparılır. Azərbaycan işğalçı kimi təqdim edilir, Ermənistan isə qurban kimi qələmə verilir. Otuz il davam edən işğalın tarixi, bütün şəhər və kəndlərimizin yerlə-yeksan edilməsi, Xocalı soyqırımı - bütün bunların hamısı, təbii ki, inkar edilir, tamamilə yalanla dolu hekayələr uydurulur.

Təbii ki, Azərbaycanın diplomatik uğurları, tarixinin zəfər səhifələrini zənginləşdirməsi bu hekayələri sona yaxınlaşdırır. Buna əmin olmaq üçün tarixi Zəfərimizdən ötən 3 ildə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunması istiqamətində atdığı addımlara və onun uğurlu nəticələrinə diqqət yetirmək kifayətdir. Azərbaycan hər zaman olduğu kimi bu gün də sülh gündəliyinin, yeni əməkdaşlıq formatlarının müəllifidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

O qeyd edib ki, 30 illik işğal dövrünün davamı olaraq hazırkı postmünaqişə mərhələsində də bəzi dünya gücləri, beynəlxalq təşkilatlar regionda vəziyyəti gərginləşdirməkdə maraqlı olduqları üçün Ermənistanın sülh müqaviləsinin imzalanması prosesini uzatmasına dəstəklərini davam etdirirlər. Ölkəmizə qarşı daim qərəzli mövqeyi ilə fərqlənən Avropa Parlamentinin son addımları bunun bariz nümunəsidir. Bu bədnam qurum oktyabrın 5-də Fransa hökumətinin təhriki ilə Azərbaycan əleyhinə növbəti heç bir əsasa, ədalətə, beynəlxalq hüquqa sığmayan, adi kağız parçasından başqa bir şey olmayan qətnamə qəbul etdi. Təbii ki, bu sənəd qurumun qəbul etdiyi ilk qətnamə deyildi. Dövlət başçısı İlham Əliyevin bildirdiyi kimi, Avropa Parlamentinin müxtəlif vaxtlarda qəbul etdiyi anti-Azərbaycan qətnamələrin sayı yaddan çıxıb. Ola bilsin, 10-dan artıq qətnamədən söhbət gedir.

YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, bu qətnamələrin hansı əsasda qəbul edildiyi məlumdur. Avropa Parlamentinin korrupsiya yuvası kimi tanınması bütün məqamlara aydınlıq gətirir. Bunun üçün təkcə ötən ilin dekabrında qurumda ortaya çıxan rüşvət qalmaqalını, Avropa Parlamentinin Yunanıstandan olan vitse-prezidenti Yeva Kaylinin milyonlarla dollarlıq korrupsiya cinayətində ittiham edilməsini yada salmaq kifayətdir. Korrupsiyalaşmış deputatlardan ibarət Avropa Parlamentindən ədaləti və beynəlxalq hüququ maraqlarına qurban verən istənilən addımı gözləyə bilərik. Oktyabrın 17-də Avropa Parlamentinin Ermənistanın baş naziri Nikol Paşinyana xüsusi münasibəti, onun qurumun iclasındakı çıxışında qeyri-ciddi bəyanatlar səsləndirməsinə geniş imkanlar yaratması da Avropanın ikiüzlü siyasətini bir daha ortaya qoydu.

Vüqar Rəhimzadə vurğulayıb ki, bəzi dünya güclərinin atdığı belə qərəzli addımların əsasında sülh müqaviləsinin imzalanmasına mane olmaq dayanır. Ermənistanın baş nazirinin Avropa Parlamentinin tribunasından özünü “sülh gündəliyinin müəllifi kimi” təqdim etməsi onun riyakarlığının göstəricisidir. Nikol Paşinyanın Avropa Parlamentinin sessiyasında səsləndirdiyi bəyanat növbəti dəfə bu ölkənin Azərbaycana qarşı absurd ittihamları davam etdirərək sülh sazişi ilə bağlı perspektivləri daha da sarsıtmaqda qərarlı olduğunu nümayiş etdirdi. Ərazilərimizi işğal altında saxladığı 30 ilə yaxın müddətdə bir milyona qədər azərbaycanlının hüquqlarını kobud surətdə pozan, azərbaycanlılara qarşı soyqırımı və kütləvi qırğınlar törədən təcavüzkar dövlətin Azərbaycanı könüllü olaraq Ermənistana getmiş yerli ermənilərin “etnik təmizləmməsi”ndə ittiham etməsi Avropa Parlamenti kimi ədaləti və beynəlxalq hüququ ayaqlar altına atıb tapdalayan qurumların marionet ölkəyə dəstəklərinin nəticəsidir. Sülh müqaviləsini imzalamamaq üçün Azərbaycana qarşı qərəzli ittihamlarını davam etdirən Ermənistan 44 günlük İkinci Qarabağ müharibəsində, həmçinin birgünlük lokal antiterror tədbirlərində aldığı dərsi unutmamalıdır. Dövlətimizin başçısının oktyabrın 15-də Xankəndidə Azərbaycan Bayrağını ucaltdıqdan sonra xalqa müraciətində səsləndirdiyi “Mən nəyi demişəmsə, onu da etmişəm, bunu hər kəs bilir, o cümlədən Ermənistanda da bunu bilirlər və bunu unutmasınlar. Vətən müharibəsini unutmasınlar! Antiterror tədbirlərini unutmasınlar! Əgər yenə də Ermənistanda hansısa qüvvə revanş haqqında düşünürsə, bax, bu kadrlara yaxşı baxsın” bəyanatı Ermənistana dəstək verən Avropa təsisatlarına da ciddi mesajdır.

YAP Xətai rayon təşkilatının sədri diqqəti Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistanın baş naziri Nikol Paşinyanın Avropa Parlamentində çıxışı zamanı səsləndirdiyi iddialara dair şərhində yer alan mühüm məqamlara yönəldərək bildirib ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması, Azərbaycanın Qarabağ regionunda qondarma separatçı erməni rejiminin və qanunsuz silahlı qüvvələrin yaratdığı təhlükəni aradan qaldırdıqdan sonra Cənubi Qafqaz regionunun sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün tarixi imkanların yarandığı bir dövrdə, Ermənistan baş nazirinin davam edən sərsəmləmələri sülh perspektivlərinə xələl gətirir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək

Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Tovuzda fərdi yaşayış evində bir nəfərin ölümü ilə nəticələnən yanğın olub

İraq Respublikasının Prezidenti Zati-aliləri cənab Nizar Amidiyə

Koreya Respublikasının Prezidenti Zati-aliləri cənab Li Cemyönə

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib VİDEO

3 Oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür

Bakıda ərzaq satışı köşkündə yanğın olub, bir nəfərin meyiti aşkarlanıb

Ötən gün 63 cinayətin açılması təmin olunub

Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi müstəqil Azərbaycanın tarixində yeni mərhələ yaratdı ŞƏRH

Azərbaycanın U-20 millisi bu gün Moldova ilə yoxlama görüşü keçirəcək

Ladislau-Marius Vizerin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Qubada ilk qar VİDEO

Qubada ilk qar VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsindən 6 il ötür

Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq

Ulu Öndərin dövlətçilik irsi müasir Azərbaycan tarixinin öyrənilməsində mühüm mövzulardan biridir

Ulu Öndər Heydər Əliyev - Müstəqil Azərbaycanın xilaskarı və dövlətçilik ideologiyasının banisi

Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq

ABŞ BMT üzvlərini İrana qarşı sanksiyalara əməl etməyə çağırıb

Hörmüz boğazında neft tankerinə atəş açılıb

G20 ölkələri ərzaq ticarətinin siyasi məqsədlər üçün istifadəsini pisləyib

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək