Avstraliya sunaminin zərər vurduğu İndoneziyaya yardım təklif edib
Tokio, 24 dekabr, AZƏRTAC
Avstraliyanın hakimiyyət orqanları sunaminin böyük zərər vurduğu İndoneziyaya təbii fəlakətin nəticələrinin aradan qaldırılmasında yardım təklif edib.
AZƏRTAC “Sydney Morning Herald” qəzetinə istinadla xəbər verir ki, Avstraliyanın baş naziri Skott Morrison baş verən hadisəni “İndoneziyaya dəhşətli zərbə” adlandırıb və bu ölkəyə yardım təklif edib.
Son məlumatlara görə, şənbə günü baş verən sunami nəticəsində İndoneziyada 281 nəfər ölüb, mindən çox xəsarət alıb və 57 nəfər itkin düşüb. Şahidlərin bildirdiyinə görə, ən çox zərər vuran üçüncü dalğa olub. İndoneziyanın hakimiyyət orqanları əhalini təkrar sunami təhlükəsi barədə xəbərdar edib.
“Başa düşürük ki, hazırda həlak olan əcnəbilər, o cümlədən avstraliyalılar barədə məlumat yoxdur. Fəlakət Sulavesi adasındakı hadisədən - zəlzələdən sonra baş verib və biz həmişəki kimi İndoneziya hökumətinə yardım göstərməyə hazırıq”, - deyə baş nazir bildirib.
Xatırladaq ki, sunami dalğaları yerli vaxtla saat 21:27 dəqiqədə Zond körfəzinə çatıb. Yüzlərlə bina və ev dağılıb. Təxliyə işləri davam edir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [15:01]
G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb
- 15.06.2026 [14:37]
Türkiyənin XİN başçısı sabah Rusiyaya səfər edəcək
- 15.06.2026 [14:29]
Belçika Hörmüz boğazının tezliklə yenidən açılacağına ümid edir
- 15.06.2026 [12:21]
Myanma Prezidentinin Çinə səfəri başlayıb
- 15.06.2026 [12:03]
Çin eyni raketlə orbitə 8 peyk çıxarıb VİDEO
- 15.06.2026 [12:02]
Höteborqda son on ildə evsizlərin sayı təxminən iki dəfə azalıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]
Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb
- 14.06.2026 [23:02]
Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb
- 14.06.2026 [22:29]
Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfər edəcək
- 14.06.2026 [22:25]
Putin və Tramp arasında telefon danışığı olub
- 14.06.2026 [22:05]
Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib
- 14.06.2026 [22:02]
Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb
- 14.06.2026 [21:52]
Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib
- 14.06.2026 [21:40]