Avstriyadan sığınacaq istəyən şəxslərin sayı son illərdə ən aşağı həddə düşüb
Vyana, 27 yanvar, AZƏRTAC
2018-ci ildə Avstriyadan siyasi sığınacaq istəyənlərin sayı kəskin şəkildə azalıb.
AZƏRTAC Avstriya Statistika İdarəsinə istinadla xəbər verir ki, 2017-ci ildə 24 725 nəfər Avstriyadan siyasi sığınacaq istəsə də, ötən il bu rəqəm 13 400 nəfərə düşüb. Avropaya qaçqın axınının ən pik həddə çatdığı 2015-ci ildə isə bu ölkədən sığınacaq istəyən şəxslərin sayı təxminən 90 min nəfər olub.
Ötən il Avstriyaya sığınacaq üçün müraciət edən şəxslərin əksəriyyəti Suriya (3300 nəfər) və Əfqanıstan (2000 nəfər) vətəndaşları olub. Sığınacaq üçün müraciət edənlərin sayı azalmaqla yanaşı, ölkədən çıxarılan qaçqınların sayı da artıb. 2017-ci ildə hakimiyyətə gələn koalisiyalı hökumət ölkəyə miqrant axını və qaçqınlarla bağlı məhdudlaşdırıcı tədbirlərin sayını artırdıqdan sonra, ötən il 12611 nəfər ölkədən deportasiya edilib. Məcburi qaydada ölkədən çıxarılan şəxslərin sayı 47 faiz, könüllü şəkildə ölkəni tərk etməyə razı olan şəxslərin sayı isə 9 faiz artıb.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [15:52]
İran 408 əfqan məhbusu Əfqanıstana təhvil verib
- 11.06.2026 [15:51]
Böyük Britaniyanın müdafiə naziri istefa verib
- 11.06.2026 [15:40]
Böyük Britaniyanın müdafiə naziri istefa verib
- 11.06.2026 [15:33]
Paşinyan TRIPP layihəsinin tezliklə həyata keçiriləcəyinə ümid edir
- 11.06.2026 [15:16]
Rusiya XİN Avropanın üç ölkəsinin səfirləri ilə görüş barədə məlumat verib
- 11.06.2026 [15:01]