AXTARIŞDA OLAN KEÇMİŞ POLİS İŞÇİSİ YAXALANMIŞDIR
AZƏRTAC xəbər verir ki, Gəncə şəhər polis idarəsi və şəhər prokurorluğunun keçirdiyi birgə əməliyyat tədbirləri nəticəsində uzun illər bağlı qalan cinayət hadisəsinin üstü açılmışdır. 1993-cü il martın 22-də axşam saat 20 radələrində Gəncə şəhərinin Keçid küçəsində “Moskviç” markalı avtomaşına naməlum şəxs tərəfindən atəş açılması nəticəsində Sumqayıt şəhər sakini 1965-ci il təvəllüdlü Sahilə Nəsirova ağır yaralanmış və xəstəxanada dünyasını dəyişmişdir. 15 il davam edən axtarışdan sonra cinayəti törədən şəxs - keçmiş polis işçisi Mahmudov Tərlan Əhməd oğlu tutulmuşdur.
Hazırda fakt üzrə şəhər prokurorluğunda istintaq aparılır.