Azad edilmiş ərazilərdə işləyəcək qrupların üzvləri mina və partlamamış hərbi sursatlar barədə məlumatlandırılırlar
Göygöl, 5 avqust, E.Məmmədov, AZƏRTAC
Avqustun 5-də Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Göygöldəki bazasında mina və partladıcı sursatlar, eləcə də təhlükəsizlik tədbirlərinə dair treninq keçirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, işğaldan azad edilmiş ərazilərdə iş aparacaq qrupların üzvləri mina və partlamamış hərbi sursatlar, tələ-mina, təhlükəli ərazilərdə davranış qaydaları, həmçinin minalanmış ərazilər haqqında xəbər vermək və digər mövzular barədə məlumatlandırılırlar.