Azər Kərimli: Ukraynada prezident seçkiləri demokratik keçirilir
Kiyev, 31 mart, AZƏRTAC
Ukraynada prezident seçkiləri azad və demokratik keçirilir. Gün ərzində müşahidə etdiyimiz məntəqələrdə bunun şahidi olmuşuq.
Bu fikri AZƏRTAC-a açıqlamasında Milli Məclisin GUAM Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Azər Kərimli söyləyib.
Deputat bildirib ki, günorta saatlarından başlayaraq seçici aktivliyi artıb. Artıq GUAM PA-nın müşahidə missiyası 10 seçki məntəqəsində səsvermə prosesini izləyib. Bu məntəqələrdə seçki prosesinin pozulması qeydə alınmayıb. Gün ərzində daha 10 seçki məntəqəsində olacaqlar.
Ukrayna Mərkəzi Seçki Komissiyasının rəsmi açıqlamasına görə, yerli vaxtla saat 15:00-da artıq seçicilərin 44 faizə yaxını səsvermədə iştirak edib.
Ukraynada 44 nəfərin prezidentliyə namizədliyi qeydə alınsa da, sonradan 5 nəfər namizədliyini geri götürüb. Hazırda seçki bülletenlərində 39 namizədin adı qeyd edilib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [12:00]
Vətən müharibəsinin xronikası: 28 sentyabr
- 27.09.2026 [23:11]
Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib
- 27.09.2026 [19:19]
Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib
- 27.09.2026 [18:54]
Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb
- 27.09.2026 [17:50]