Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində 3 medal qazanıb
Bakı, 21 avqust, AZƏRTAC
Azərbaycan ağırlıqqaldıranı Məhəmməd Rüstəmli Kosovonun Priştina şəhərində keçirilən U-15 və yeniyetmələrin Avropa birinciliyində uğurla çıxış edib.
Ağırlıqqaldırma Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, 55 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı birdənqaldırma hərəkətində 91 kiloqram nəticə göstərərək yarışın bürünc medalına sahib olub.
Məhəmməd Rüstəmli təkanla qaldırma hərəkətində daha yüksək nəticə nümayiş etdirib. Atlet bu hərəkətdə 110 kiloqram çəkini başı üzərinə qaldıraraq gümüş medal qazanıb.
İki hərəkətin cəmində 201 kiloqram nəticə göstərən idmançı yekun sıralamada da ikinci yeri tutaraq gümüş mükafat əldə edib.
Beləliklə, Azərbaycan təmsilçisi qitə yarışını iki gümüş və bir bürünc medalla başa vurub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.08.2026 [17:13]
Atçılığın konkur növü üzrə yay birinciliyinə start verilib
- 21.08.2026 [15:26]
Çempionlar Liqası: “Sabah” – “Hapoel” matçına 15 min bilet satılıb
- 21.08.2026 [12:47]
Azərbaycanlı hakim voleybol üzrə Avropa çempionatına təyinat alıb
- 21.08.2026 [11:43]
“Qarabağ”ın futbolçusu Kadi Borqesdən yeni rekord
- 21.08.2026 [11:39]