ELM VƏ TƏHSİL
Azərbaycan alimləri Rusiyada keçirilmiş konfransda məruzə etmişlər
Bakı, 13 oktyabr (AZƏRTAC). Rusiyanın Tuapse şəhərində müasir kimyəvi fizika üzrə konfrans keçirilmişdir.
AMEA-dan AZƏRTAC-a bildirmişlər ki, konfransda qurumun Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşları - professor Etibar İsmayılov, kimya elmləri doktoru Səfa Abasov iştirak etmişlər.
Tədbirdə Azərbaycan alimlərinin “Bərk katalizatorlar səthinin və səthə yaxın qatların element tərkibinin təyinində rentgen fluoressensiyası mikroskopiyasının tətbiqinin metodik xüsusiyyətləri”, “Platin zərrəciklərinin ölçülərinin onun xemosorbsiya və katalitik xassələrinə təsiri” mövzusunda məruzələri dinlənilmişdir.