Coğrafiyaşünas-alim: Təbabət zəlilərinin kortəbii ovlanması ekoloji təhlükə yaradır
Bakı, 4 fevral, AZƏRTAC
Zəlilərin kortəbii ovlanması və ekoloji amillərin mənfi təsirləri onların təbii resurslarının tükənməsinə gətirib çıxara bilər. Hazırda ölkəmizin su hövzələrində minlərlə zəli brakonyerlər tərəfindən kortəbii surətdə ovlanılır və qara bazarda satılır.
Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun əməkdaşı biologiya üzrə fəlsəfə doktoru Şahvələd Əliyev məlumat verib.
Alimin sözlərinə görə, ölkəmizdə zəlilər əsasən göllərdən ovlanır (onları adi əl toru ilə də ovlamaq mümkündür). Bu isə olduqca təhlükəlidir. Göldən tutulan zəlilər orada yaşayan canlıların qanını sorur ki, bu da nəticədə infeksiya yayılması baxımından təhlükə törədə bilər. Bunun qarşısını almaq üçün beynəlxalq təcrübədən istifadə etmək olar. Azərbaycanda zəli yetişdirmək üçün ölkənin kifayət qədər potensialı mövcuddur. Zəli yetişdirilməsi inkubator və ya biofabrik səviyyəsində həyata keçirilə bilər.
“Problemin aradan qaldırılması və təbabət zəlisinin gələcək nəsillərə ötürülməsi məqsədilə onun yayılma areallarının müəyyən edilməsi olduqca vacib məsələlərdən biridir. Təbabət zəlisi əczaçılıq sənayesi üçün qiymətli xammaldır, müxtəlif xəstəliklərə qarşı müalicəvi və profilaktik dərman preparatlarının istehsalında, habelə müasir plastik cərrahi əməliyyatlarda və kosmetologiyada geniş istifadə olunur. Təbabət zəlilərinin regionlar üzrə coğrafi yayılması, təbii resurslarının müəyyən edilməsi istiqamətində tədqiqat aparılması Azərbaycan alimlərinin qarşısında həllini gözləyən məsələlərdən biri olmalıdır”, - deyə alim bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.02.2026 [17:15]
AMEA-nın müxbir üzvü Oruc Həsənlinin biblioqrafik göstəricisi nəşr olunub
- 04.02.2026 [17:09]
WUF13-ün Bakıda keçirilməsi Azərbaycana etimadın göstəricisidir
- 04.02.2026 [16:44]
Mərkəzi Elmi Kitabxanada Gənc Alim və Mütəxəssislər Şurası yaradılıb
- 04.02.2026 [16:16]
“Rəqəmsal məktəb”: şagirdlər üçün müasir öyrənmə mühiti
- 04.02.2026 [16:09]
BSU-da “İnklüziv bankçılıq” mövzusunda təlimin yekun görüşü təşkil edilib
- 04.02.2026 [15:51]
Birgə elmi tədqiqatlar üçün Azərbaycan–İsrail platforması yaradılır
- 04.02.2026 [15:45]