“AZƏRBAYCAN-AVROPA VELOSİPED YÜRÜŞ”Ü KEÇİRİLƏCƏKDİR
Bakı, 27 avqust (AZƏRTAC). Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə 2010-cu il “Ekologiya ili” elan olunmuşdur. Ekoloji təhlükəsizliyin təmin edilməsi Azərbaycanın sosial-iqtisadi həyatının prioritet məqsədlərindən biridir. Dünyada baş verən qlobal ekoloji problemləri nəzərə alaraq, ətraf mühitin qorunması məsələləri ölkəmizdə də aktualdır.
Bu məqsədlə respublikamızda “Ekologiya ili” çərçivəsində ətraf mühitin təhlükəsizliyinə töhfə verən aksiyalar, yürüşlər, ekoloji mesajın ictimaiyyətə çatdırılması üçün müxtəlif tədbirlər keçirilir.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, belə ekoloji tədbirlərdən biri də Azərbaycanın xarici siyasət idarəsi, Gənclər və İdman, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, NATO və ölkəmizdəki Avropa İqtisadiyyat, Sənaye və Ticarət Palatasının birgə təşkilatçılığı ilə avqustun 28-dən sentyabrın 6-dək keçiriləcək “Azərbaycan-Avropa velosiped yürüşü”dür.
Tədbirdə yerli və xarici diplomatlar, ekoloqlar, velosipedçilər, energetika və yaşıl texnologiyalar sahəsində ekspertlər və digər mütəxəssislər iştirak edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 25.09.2026 [10:17]
Hazırda Bakıda küləyin sürəti saniyədə 22 metrə çatır – FAKTİKİ HAVA
Bu saata olan əsas xəbərlər
- [12:01]
Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar
- 27.09.2026 [23:59]