Azərbaycan axtarışda olan Özbəkistan vətəndaşını ölkəsinə təhvil verib
Bakı, 29 yanvar, AZƏRTAC
Özbəkistanda dələduzluq əməlini törətməkdə təqsirləndirilərək 2023-cü il mayın 26-da həmin dövlətin hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq axtarışa verilən, 1981-ci il təvəllüdlü Özbəkistan Respublikasının vətəndaşı Karimov Rustam Hikmatullayeviçin verilməsinə dair Özbəkistan Baş Prokurorluğunun vəsatəti Azərbaycan Baş Prokurorluğu tərəfindən təmin edilib.
Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a məlumat verilib.
R.H.Karimov ötən ilin oktyabrında ölkəmizdə müəyyənləşdirilərək barəsində həbs qətimkan tədbiri seçilib.
“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 2002-ci il 7 oktyabr tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyun müşayiəti ilə Özbəkistanın səlahiyyətli orqanlarına təhvil verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [17:48]
Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır
- 10.10.2026 [17:30]
Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR
- 10.10.2026 [16:26]
BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib
- 10.10.2026 [13:16]
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb
Bu saata olan əsas xəbərlər
- [12:01]
“Qalatasaray” növbəti qələbəsini qazanıb
- 09.10.2026 [23:30]
Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına
- 09.10.2026 [23:18]
Bakıda beynəlxalq tanqo marafonu
- 09.10.2026 [23:00]