İDMAN
Azərbaycan Basketbol Liqasında 16-cı tura start verilib
![](/files/galleryphoto/2023/1/1200x630/16752723552708729633_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/16752723551669335119_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/16752723555584853430_1200x630.jpg)
Bakı, 1 fevral, AZƏRTAC
Fevralın 1-də “Sərhədçi” İdman Mərkəzində “AAAF Xırdalan” və “Sabah” basketbolçuları arasında keçirilən qarşılaşma ilə Azərbaycan Basketbol Liqasında 16-cı turun açılış oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, oyuna üstün başlayan “Sabah” basketbolçuları oyunun sonunda parketdən 82:63 hesablı qələbə ilə ayrılıblar. Ən məhsuldar basketbolçular isə “AAAF Xırdalan”dan Devin Pullum (22 xal, 4 asist ), “Sabah”dan Entoni Patti (20 xal, 13 ribaund) olub.
Qeyd edək ki, 16-cı turun digər oyunları (“Sərhədçi PİK” - “Neftçi İK”, “Zirvə Astara” - “Gəncə”, “Olimpik Şəki” - “NTD BK”) fevralın 2-də, 4-də və 5-də təşkil olunacaq
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.06.2024 [17:39]
“Qəbələ” klubu növbəti futbolçu transferini açıqlayıb
- 28.06.2024 [17:20]
Azərbaycanlı UEFA nümayəndəsi Çempionlar Liqasının oyununda
- 28.06.2024 [16:30]
Azərbaycanlı futbolçu Türkiyə klubundan ayrılıb
- 28.06.2024 [15:13]
Asim Xudiyev Konfrans Liqasının oyununa təyinat alıb
- 28.06.2024 [14:54]
Azərbaycan millisinin baş məşqçisi klubundan ayrılıb
- 28.06.2024 [14:31]