Azərbaycan Beynəlxalq Bankı pensiyaçılara faizsiz kredit limiti təqdim edir
Bakı, 6 noyabr (AZƏRTAC). Azərbaycan Beynəlxalq Bankında (ABB) xidmət göstərilən bütün pensiya kartlarına 100 manat məbləğində faizsiz kredit limiti açılmışdır.
Bankdan AZƏRTAC-a bildirmişlər ki, buna görə pensiyaçıdan heç bir əlavə komissiyon haqqı tələb olunmur. Pensiyaçı ona ayrılmış bu limiti ATM-də nağdlaşdıra bilməz, yalnız layihə çərçivəsində ABB ilə müqavilə imzalamış ticarət obyektlərində istədiyi zaman xərcləyə bilər.
ABB-da xidmət olunan pensiya kartları (yalnız DSMF-yə məxsus olan kartlar) avtomatik şəkildə layihəyə qoşulur. Hazırda proqrama qoşulmuş ticarət subyektləri bunlardır: ARAZ supermarketlər şəbəkəsi, "Makro Market" supermarketlər şəbəkəsi, "Riyadfarm" apteklər şəbəkəsi.
Ticarət subyektlərinin sayı davamlı şəkildə artırılacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]