İDMAN
Azərbaycan boksçusu lisenziya turnirinə qələbə ilə başlayıb
Bakı, 6 mart, AZƏRTAC
Azərbaycan boksçusu Tayfur Əliyev İtaliyanın Busto Arsizio şəhərində keçirilən I Dünya Olimpiya Təsnifat Turnirinə qələbə ilə başlayıb.
AZƏRTAC xəbər verir ki, 63,5 kiloqram çəkidə rinqə çıxan Avropa Oyunlarının mükafatçısı 1/32 final çərçivəsində Matias Amaya Lusianonu (Argentina) mübarizədən kənarlaşdırıb.
İdmançı rəqibinə 3:2 (29:28, 28:29, 30:27, 30:27, 28:29) hesabı ilə qalib gəlib. Boksçumuz növbəti döyüşündə yaponiyalı Şion Nişiyama ilə döyüşəcək. Görüş martın 7-də olacaq.
T.Əliyevədək Nicat Hüseynov (51 kiloqram), Ümid Rüstəmov (57 kiloqram) və Zeynəb Rəhimova (54 kiloqram) da 1/16 finala yüksəlib.
Qeyd edək ki, Azərbaycan yığması yarışa 9 boksçu ilə yollanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.04.2024 [22:20]
İstanbul derbisi: “Fənərbağça” doğma meydanda “Beşiktaş”a qalib gəlib
- 27.04.2024 [20:16]
Premyer Liqa: "Sabah" doğma meydanda "Səbail"ə qalib gəlib
- 27.04.2024 [19:39]
Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub
- 27.04.2024 [18:43]
"Ocaq Sport" Klubunun yeni zalının açılışı olub VİDEO
- 27.04.2024 [18:09]
Azərbaycan taekvondoçusu Estoniyada keçirilən turnirdə gümüş medal qazanıb
- 27.04.2024 [17:30]
Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib
- 27.04.2024 [16:19]