AZƏRBAYCAN BOKSÇUSU ŞAHİN İMRANOV OLİMPİADANIN DÖRDDƏBİR FİNAL MƏRHƏLƏSİNƏ ÇIXMIŞDIR
AZƏRTAC xəbər verir ki, idman mütəxəssisləri və pərəstişkarları Olimpiadanın yeddinci günü idmançılarımızdan qələbə gözləmirdilər. Yüngül atlet Ruslan Abbasov 100 metr məsafəyə qaçışı 50-ci yerdə başa vurmuş, ağır atlet İntiqam Zahirov (85 kiloqram) zəif nəticə göstərmişdir.
Jokey Camal Rəhimov isə təsnifat yarışlarına uğurla başlayaraq, bir cərimə xalı ilə növbəti mərhələyə çıxmışdır.
Bu gün boksçumuz Şahin İmranov (57 kiloqram) ikinci döyüşünü Gürcüstan idmançısı Nikoloz İzoriyaya qarşı keçirmiş, 18:9 hesabı ilə qəlib gəlmişdir. Dörddəbir finalda o, Kuba idmançısı İdel Torriyento ilə görüşəcəkdir.
Avqustun 16-da qadın güləşçilərimiz çıxış edəcəklər və onların rəqibləri artıq məlumdur. Mariya Stadnik (48 kiloqram) kanadalı Kerol Hinh, Yelena Komarova isə (55 kilqoram) Rusiya idmançısı Natalya Qolts ilə qaşılaşacaqdır.
Boksçumuz Samir Məmmədov isə ikinci döyüşünü keçirəcəkdir.
Olimpiadada komanda hesabında liderliyi Çin idmançıları qoruyub saxlayırlar. İkinci yeri ABŞ komandası tutur. Azərbaycan bir qızıl, iki gümüş və bir bürünc medalla 17-ci yerdədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [14:47]
Azərbaycanlı futbolçu Kipr klubuna keçib
- 15.06.2026 [14:29]
“Real Madrid” Mark Kukurellanın keçidini açıqlayıb
- 15.06.2026 [13:54]
Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaq
- 15.06.2026 [13:14]
Azərbaycan avarçəkəni Portuqaliyada ikinci qızıl medalını qazanıb
- 15.06.2026 [13:09]
"Sabah"ın yeni idman direktorunun adı məlum olub
- 15.06.2026 [13:01]
İspaniya millisi dünya çempionatında mübarizəyə başlayır
- 15.06.2026 [02:26]
Dünya çempionatı: Niderland və Yaponiya milliləri heç-heçə ediblər
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]