Azərbaycan bütün sahələrdə Ermənistandan üstün mövqedədir
Bakı, 23 aprel (AZƏRTAC, Raisə Abbasova). Aprelin 23-də Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin (SİTM) rəhbəri Mübariz Əhmədoğlu dünyada və regionda baş vermiş beynəlxalq ictimai-siyasi proseslərin təhlilinə həsr olunmuş növbəti mətbuat konfransı keçirmişdir.
AZƏRTAC xəbər verir ki, mətbuat konfransında politoloq regionda vəziyyətin Azərbaycanın xeyrinə olduğunu, ölkəmizin bütün sahələrdə Ermənistandan üstün mövqedə dayandığını bildirmişdir.
Politoloq diqqətə çatdırmışdır ki, Ermənistan həm iqtisadi, həm siyasi cəhətdən iflasa uğramış, ölkəmiz isə getdikcə daha böyük uğurlara imza atmışdır.
M.Əhmədoğlu ölkəmizin artan uğurlarının ərazi bütövlüyümüzün bərpasına, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə beynəlxalq hüquq norma və prinsiplərə uyğun şəkildə öz həllini tapacağına əminlik yaratdığını konfrans iştirakçılarının diqqətinə çatdırmışdır. Politoloq bir sıra dövlətlərdə baş verən proseslərə də toxunmuşdur.
Tədbirin sonunda politoloq Mübariz Əhmədoğlu mövzu ilə bağlı jurnalistlərin suallarını cavablandırmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [15:50]
“China Daily” qəzeti “Bakı İqlim Fəaliyyəti Həftəsi”ndən yazır
- 09.09.2026 [13:38]
Nazir: TRIPP-lə bağlı danışıqlar uğurla davam etdirilir VİDEO
- 09.09.2026 [11:42]
Sahibə Qafarova: Beynəlxalq sazişlər prosesin yalnız başlanğıcıdır
- 09.09.2026 [11:25]