İDMAN
Azərbaycan çempionatlarında növbəti oyunların vaxtı dəqiqləşib
![Azərbaycan çempionatlarında növbəti oyunların vaxtı dəqiqləşib](/files/2022/1/1200x630/16496768943147913683_1200x630.jpg)
Bakı, 11 aprel, AZƏRTAC
Kişilər və qadınlar arasında Azərbaycan çempionatlarında növbəti oyunların vaxtı dəqiqləşib.
AZƏRTAC Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, aprelin 12-də kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XVII turun oyunları keçiriləcək. “Murov” voleybol klubunun idman zalında təşkil olunacaq tura saat 16:00-da “Neftçi” - “Sərhədçi” matçı ilə start veriləcək. Ardınca saat 18:00-da MOİK “Ekspress”lə görüşəcək.
Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında XI tur isə aprelin 13-də baş tutacaq. Turun ilk matçı saat 16:00-da “Abşeron” və “Azərreyl” komandaları arasında olacaq. Bu qarşılaşmadan 2 saat sonra “Murov” - UNEC duelinə start veriləcək.
Görüşlər Azərbaycan Voleybol Federasiyasının idman zalında keçiriləcək.