AZƏRBAYCAN CÜDOÇULARI AVROPA ÇEMPİONATINDA 2 GÜMÜŞ VƏ 2 BÜRÜNC MEDAL QAZANMIŞLAR
Bakı, 29 iyun (AZƏRTAC). Sloveniyanın Koper şəhərində yeniyetmə oğlan və qızlar arasında cüdo üzrə növbəti Avropa çempionatına yekun vurulmuşdur.
Üç gün davam edən qitə birinciliyində 39 ölkədən 379 idmançı (217 oğlan, 162 qız) medallar uğrunda mübarizəyə qoşulmuşdur. Yarışlara 9 cüdoçu ilə qatılan komandamız nəticədə 2 gümüş və 2 bürünc medal qazanmışdır.
Oğlanların yarışında Cəlil Cəlilov (66 kq) gümüş, Kamran Bağırov (50 kq) isə bürünc medala layiq görülmüşlər.
Qızların mübarizəsində isə Xanım Hüseynova (63 kq), Şəfəq Muradzadə (52 kq) müvafiq olaraq gümüş və bürünc medallara yiyələnmişlər. Digər qadın təmsilçimiz Aişə Qurbanlı (48 kq) isə yarışları 5-ci pillədə başa vurmuşdur.
Bu nəticə ilə cüdoçularımız ümumi komanda hesabında 9-cu olmuşlar.
Qeyd edək ki, yeniyetmə cüdoçularımız Avropa çempionatında məşqçilər Rəşad Məmmədov və Rəşad Həsənovun rəhbərliyi altında mübarizə aparmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [11:09]
İdman tarixində bu gün: Messinin “Barselona”da rəsmi debütündən 22 il ötür
- 16.10.2026 [10:35]
Azərbaycanın minifutbol millisi dünya çempionatında yarımfinal oyununa çıxır
- 16.10.2026 [10:26]
Azərbaycan futzal millisi seçmə mərhələdə mübarizəyə başlayır
- 16.10.2026 [10:20]
Azərbaycanın qadın güləşçisi dünya ikincisi olub
- 16.10.2026 [10:13]
Azərbaycan Premyer Liqasında VIII tur start götürür
- 16.10.2026 [01:49]
UEFA Konfrans Liqası: “Trabzonspor” səfərdə “KuPS” komandasını məğlub edib
- 16.10.2026 [01:43]
UEFA Avropa Liqası: “Milan” “Zaltsburq”a böyük hesabla qalib gəlib
- 15.10.2026 [18:49]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
Bu saata olan əsas xəbərlər
- [12:01]
Qızıl və gümüş bahalaşıb
- [10:06]
Birjalarda neft ucuzlaşıb
- [10:05]