Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN DİASPORUNUN NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞ

İyunun 4-də Prezident İlham Əliyev Kiyevdə, onun üçün ayrılmış iqamətgahda Ukrayna, Belarus və Moldovada yaşayan azərbaycanlıların nümayəndələri – görkəmli ziyalılar, iş adamları ilə görüşmüşdür.

Görüşü ölkəmizin Ukraynadakı səfiri TƏLƏT ƏLIYEV açaraq dedı:

- Möhtərəm cənab Prezident!

Çox rəmzidir ki, 1997-ci ildə möhtərəm Prezidentimiz Heydər Əliyev elə bu salonda Azərbaycan diasporunun nümayəndələri ilə görüşmüşdü. O gündən Ukraynada Azərbaycan diasporunun formalaşması geniş vüsət almışdır.

Bu gün də Ukraynada, Moldovada və Belarusdakı Azərbaycan diasporunun fəalları Sizinlə görüşə gəlmişdir. İcazə verin, onların adından Sizi səmimi salamlayım və Ukraynaya dövlət səfərinizin uğurlu keçməsi münasibətilə ürəkdən təbrik edim. Xalqımızın gələcəyi üçün təkcə ölkəmizin daxilində göstərdiyiniz səylərə görə deyil, həm də uğurlu xarici səfərləriniz, apardığınız danışıqlar və onların nəticələri münasibətilə Sizi ürəkdən təbrik edirik.

Azərbaycan diasporunun inkişafında böyük əməyi olan insanlar bu gün Sizinlə görüşə gəliblər. Burada bizim məşhur akademiklərimiz, idmançılarımız, dövlət və hökümət xadimləri, iş adamları iştirak edirlər. İcazənizlə, mən sözü onlara verərdim.

UKRAYNA AZƏRBAYCANLILARI KONQRESİNİN

SƏDRİ OQTAY ƏFƏNDİYEVİN ÇIXIŞI

- Möhtərəm cənab Prezident, ilk növbədə, Ukrayna Azərbaycanlıları Konqresi adından Sizi salamlayır və vaxt ayırıb bizimlə görüsdüyünüzə görə dərin minnətdarlığımızı bildiririk.

Mən Ukrayna Azərbaycanlıları Konqresi haqqında bir neçə kəlmə demək istərdim. Konqres 1997-ci ildə ümummilli liderimiz Heydər Əliyevin Ukraynaya səfəri vaxtı diasporun nümayəndələri ilə görüşdən sonra yaradılmışdır.

Həmin görüşdə ümummilli liderimiz bizə birləşməyi, bir yerdə olmağı, Azərbaycana və azərbaycançılığa xidmət etməyi, milli dəyərlərimizi və adət-ənənələrimizi respublikadan kənarda qoruyub saxlamağı tövsiyə etmişdir. Konqres bu tövsiyələr, ideya və prinsiplər əsasında azərbaycanlıların ölkə hüdudlarından kənarda yaradılmış ilk təşkilatıdır. Ötən bir neçə il ərzində Konqres inkişaf edərək monolit, güclü bir ictimai quruma çevrilmişdir. Ukraynanın bütün vilayətlərində Konqresin regional təşkilatları vardır və onlar mərkəzləşdirmə prinsipləri əsasında fəaliyyət göstərirlər.

Biz həm Ukraynanın, həm də Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edirik. Ötən ilin payızında biz Azərbaycanda keçirilmiş prezident seçkilərində fəal iştirak etdik, burada ümumukrayna konfransı çağırdıq və yekdilliklə ümummilli liderimiz Heydər Əliyevin siyasətinin davamçısı olan İlham Əliyevin namizədliyini dəstəklədik. Bu konfransda Azərbaycan xalqına müraciət qəbul olundu. Müraciətdə deyilirdi ki, biz gələcəyimiz üçün düzgün seçim etməli və yalnız ümummilli liderimiz Heydər Əliyevin xəttinə və onun layiqli davamçısı olan İlham Əliyevin siyasətinə xidmət etməliyik.

Bundan əlavə, biz çalışırıq ki, Ukraynanın ictimai-siyasi həyatında fəal iştirak edək. Qeyd etmək istəyirəm ki, 2002-ci ildə ümummilli liderimizin Ukraynaya səfəri zamanı Yalta şəhərində onunla görüşdə qarşımızda qoyduğu əsas vəzifələrdən biri Ukrayna parlamentində - Ali Radada azərbaycanlıların təmsil olunması idi. Biz ümummilli liderimizə söz verdik ki, 2006-cı ildə keçiriləcək parlament seçkilərində mütləq bir neçə azərbaycanlı burada təmsil olunacaqdır. Biz bu sahədə gərgin iş aparırıq.

Bildiyiniz kimi bu yaxınlarda Ukraynada prezident seçkiləri olacaqdır. Təbii ki, Ukrayna vətəndaşları kimi biz bu seçkilərdə fəal iştirak edəcəyik və bizim bu və ya digər namizədi dəstəkləməyimiz Azərbaycan dövlətinin mənafeləri çərçivəsində olacaqdır. Çalışacağıq ki, buradakı sağlam qüvvələrə xidmət edək.

Möhtərəm cənab Prezident, bir daha Sizə öz dərin minnətdarlığımı bildirir və üzərinizə götürdüyünüz böyük və şərəfli işdə Sizə uğurlar diləyirəm.

BELARUSDAKI AZƏRBAYCAN İCMASININ

SƏDRİ NATİQ BAĞIROVUN ÇIXIŞI

- Möhtərəm cənab Prezident!

Mən Sizi Belarusda yaşayan azərbaycanlılar adından salamlamaq, bu gün bizimlə görüşə gəldiyinizə görə Sizə minnətdarlığımı bildirmək istəyirəm.

Mənim həmkarımın dediyi kimi, biz də Belarusda diasporumuzun fəaliyyətini gücləndirməyə, burada yaşayan azərbaycanlıları birləşdirməyə çalışırıq. Çünki tək əldən səs çıxmır. Ümummilli liderimiz Heydər Əliyevin qarşımıza qoyduğu bütün vəzifələri həll etmək, Azərbaycan diasporunu bütün dünyada möhkəmləndirmək məqsədi ilə biz yaşadığımız ölkənin parlamentinə seçkilərdə fəal iştirak etmək əzmindəyik. Bizimlə birlikdə Belarusda yaşayan Azərbaycan vətəndaşları da vətənimizin ictimai-siyasi həyatında fəal iştirak edirlər. Biz Azərbaycanda keçirilmiş referendumda və prezident seçkilərində yaxından iştirak etmişik. Eyni zamanda, biz burada milli bayramlarımızı geniş surətdə qeyd edir, uşaqlarımızı adət-ənənələrimizin ruhunda tərbiyə etməyə, idmana cəlb etməyə çalışırıq. Sentyabr ayında Minsk şəhərində bazar günü məktəbi açılacaqdır. Belarusda yaşayan azərbaycanlılar məndən xahiş ediblər ki, Sizi dəstəklədiyimizi bildirim və onlar Sizə gələcək fəaliyyətinizdə uğurlar arzulayırlar.

MOLDOVA AZƏRBAYCANLILARI KONQRESİNİN

SƏDRİ MEHMAN İSMAYILOVUN ÇIXIŞI

- Möhtərəm cənab Prezident!

İlk növbədə, mən Moldovada yaşayan azərbaycanlılar adından Sizin rəhbərliyinizlə ölkəmizin dünya siyasət meydanında qazandığı parlaq qələbələrə görə təşəkkürümü bildirmək istəyirəm.

Diaspor o deməkdir ki, hər bir millətin nümayəndəsi yaşadığı ölkədə öz adət-ənənələrini davam etdirir və öz vətənini ləyaqətlə təmsil edir. Bu gün biz Moldovada səfirliyin köməyi ilə geniş işlər aparırıq. Səfirimizin oradakı diasporun nümayəndələri ilə ilk görüşündən sonra bu fəaliyyətimiz daha da güclənmişdir. Biz moldovalılar arasında Azərbaycan xalqının nüfuzunu daim yüksəltməyə çalışırıq. Yaşadığımız ölkədə bazar günü məktəbi açmışıq, səfirliyin köməyi ilə bu məktəbə dərsliklər, müxtəlif kitablar verilmişdir. Kişinyov şəhərində, dahi Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıyan meydanda onun heykəlinin qoyulmasına çalışırıq. Dünya şöhrətli siyasətçi, ümummilli liderimiz Heydər Əliyevin adına da küçə veriləcək və onun vəfatının ildönümünədək biz bu küçəni abadlaşdıracağıq.

Demək istəyirəm ki, biz hər zaman öz vətənimizi düşünürük. Bizə deyirlər ki, sizin iki vətəniniz vardır. Bu, həqiqətən də belədir. Biz Bakıda dünya azərbaycanlıların I qurultayında iştirak etdik və hörmətli Prezidentimiz Heydər Əliyevin bu sözləri həmişə yaddaşımıza həkk olunmuşdur. O dedi ki, “mən ağacam, siz isə mənim budaqlarımsınız”. Bu dərin mənalı sözlər bizi daha sıx birləşməyə, vətənpərvərlik hisslərini daha uca tutmağa vadar etdi.

Möhtərəm cənab Prezident, bir daha Sizə öz minnətdarlığımı bildirir və söz verirəm ki, Moldovadakı Azərbaycan diasporunun nümayəndələri ölkəmizi daha yüksək səviyyədə təmsil edəcəklər.

UKRAYNADAKI AZƏRBAYCAN DİASPORUNUN

NÜMAYƏNDƏSİ ELBRUS ABDULLAYEVİN ÇIXIŞI

- Hörmətli cənab Prezident!

Ukrayna-Azərbaycan əlaqələri durmadan inkişaf edir. Biz ümummilli liderimiz, dünya şöhrətli siyasətçi Heydər Əliyevin buradakı nüfuzunu həmişə hiss etmişik. Dövlət strukturlarında çalışdığımız zaman Azərbaycanın adını və nüfuzunu yüksək tutmağa səy göstərmişik. İstəmişik ki, bütün Ukrayna xalqı bizim həmişə layiqli işlərlə məşğul olduğumuzu bilsin.

Hörmətli Prezident, hazırkı siyasi şəraitdə ölkələrimizin dostluq münasibətləri, həqiqətən, möhkəmlənir və biz bunu hər addımda hiss edirik. Sizi əmin etmək istəyirik ki, biz öz işimizdə Azərbaycanın tarixi ənənələrini inkişaf etdirməyə və Sizin siyasətinizi daim dəstəkləməyə çalışacağıq. Bu görüşə görə Sizə minnətdarlığımızı bildirir və şərəfli fəaliyyətinizdə uğurlar diləyirik.

KİYEV ŞƏHƏRİ PEÇERSK RAYON RADASININ

DEPUTATI VİLAYƏT QULİYEVİN ÇIXIŞI

- Hörmətli cənab Prezident!

Ukraynada yaşayan azərbaycanlı kimi mən Sizi burada salamlayır və “Xoş gəlmisiniz!” deyirəm. Sözümü mayın 26-da Azərbaycanda səfərdə olan ABŞ konqresinin Silahlı Qüvvələr Komitəsinin sədri Kurt Ueldonun sözləri ilə başlamaq istəyirəm. O dedi ki, “biz Prezident İlham Əliyevin regionda nümayiş etdirdiyi liderliyə valeh olmuşuq”. Biz Sizə demək istəyirik ki, dünya şöhrətli siyasətçi, ümummilli liderimiz Heydər Əliyevin davamçısı kimi onun siyasətini məharətlə davam etdirməyinizə biz də valeh olmuşuq.

Ukrayna Azərbaycanlıları Konqresi sədrinin müavini kimi demək istəyirəm ki, bizim fəaliyyətimizdə həll olunası müəyyən məsələlər də vardır. Sizi əmin edə bilərik ki, bu məsələləri həll etməyə bizim imkanımız vardır. Mən həmişə bir hisslə yaşamışam - heç zaman soruşmayım ki, Azərbaycan mənim üçün nə etmişdir? Mən həmişə özümdən soruşmalıyam ki, mən Azərbaycan üçün nə etmişəm? Biz hələ 1990-cı illərdə, müharibə zamanı Azərbaycana əlimizdən gələn köməyi edirdik. Allaha şükürlər olsun ki, bu gün ölkəmiz dinc şəraitdə yaşayır və biz düşünürük ki, bu şəraitdə ölkəmizə hansı köməyimiz dəyə bilər. Mənim təmsil etdiyim Peçersk rayonu Kiyev şəhərinin mərkəzi rayonlarından biridir. Ukraynadakı yerli özünüidarəetmə haqqında qanun Peçersk rayon radasının təşəbbüsü əsasında həyata keçirilir. Bizim sədrimiz Anatoli Kovalenko bununla əlaqədar kitab yazmışdır və bu gün Ukraynada qüvvədə olan qanun onun kitabı əsasında təqdim olunmuşdur. Bu qanunun icrası baxımından deməliyəm ki, Azərbaycanda da bu müsbət təcrübəni tətbiq etmək olar və biz buna kömək etməyə həmişə hazırıq. Əgər mənim bu təcrübəni Azərbaycanda yaymağa hər hansı bir köməyim dəyərsə, bundan çox şad olardım.

Biz Sizə söz veririk ki, Azərbaycanın bayrağını, azərbaycançılıq ideyasını həmişə yüksək tutacağıq. Apardığınız uğurlu siyasətə görə Sizə öz minnətdarlığımızı bildiririk.

Möhtərəm Prezident, mən xarici ölkələrdə çox oluram. Həmişə fəxr edirəm ki, mənim dövlətimi, Azərbaycanımı Sizin kimi cavan və savadlı Prezident təmsil edir.

X X X

Azərbaycan Prezidenti İlham Əliyev diasporun nümayəndələri qarşısında nitq söylədi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi Türk dünyasının gücünü artırır - ŞƏRH

Ötən gün 61 cinayətin açılması təmin olunub

Prezident İlham Əliyev: Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir

Kino Agentliyi 5 yeni film layihəsinə maliyyə vəsaiti ayırıb

Gürcüstan Ali Məhkəməsinin sədri Xankəndi Məhkəmə Kompleksində olub

Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü keçirilib

Fərrux İrnazarov: Mərkəzi Asiyada ticarət potensialının tam reallaşdırılması üçün bir sıra məsələlərin həlli vacibdir

Azərbaycan Prezidenti: Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır

Prezident İlham Əliyev: Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir

Astanada travmatoloq-ortopedlərin I Beynəlxalq konqresi keçirilir

Prezident: Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır

Lixtenşteyn yığmasının kapitanı: Azərbaycan millisinin bəxti gətirmədi - MÜSAHİBƏ

Prezident: Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meyilləri yer alsın

SOCAR “Günəşli” yatağının dayazsulu hissəsində 3D OBN seysmik tədqiqatını tamamlayıb

Hikmət Hacıyev: Ermənistan Konstitusiyasındakı müvafiq müddəanın dəyişdirilməsi prosesə müsbət təsir edəcək

Şuşada Azərbaycanın və Gürcüstanın müdafiə nazirləri qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər

Prezident İlham Əliyev: Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi

Azərbaycan Prezidenti: Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi

Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır

Filippində 7 mədənçinin qazsızma nəticəsində öldüyü ehtimal olunur

Prezidentin köməkçisi: Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilir YENİLƏNƏCƏK

Prezident: Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi

Bələdiyyə sədri: Şanlıurfa Türkiyə-Azərbaycan əməkdaşlığına daha çox töhfə verməyə hazırdır

Azərbaycanlı alim Qazaxıstanda keçirilən beynəlxalq konfransda məruzə edib

YAP-ın Sədri: İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir

Hikmət Hacıyev: Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər

Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb

Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir

“ASAN xidmət”in nümayəndə heyəti "TEKNOFEST"də

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

“TEXNOFEST” yenilikləri: KAAN beşinci nəsil təyyarəsi və ANKA III zərbə dronu

Zəngilan filizindən molibdenin ayrılması üçün yeni metodlar sınaqdan keçirilir

Üzgüçülük üzrə Dünya Kubokunda ikinci yarış gününə start verilib

Azərbaycan nefti 5 dollardan çox bahalaşıb VİDEO

Azərbaycan nefti 5 dollardan çox bahalaşıb VİDEO

UEFA Millətlər Liqası: Türkiyə yığması bu gün Belçika ilə qarşılaşacaq

Cüdo üzrə Azərbaycan millisinə ukraynalı idmançı cəlb olunub - EKSKLÜZİV

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012-ci il 18 yanvar tarixli Q-01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Yasamal və Qaradağın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

“Raytheon” Pentaqona 24,4 milyard dollarlıq raket tədarük edəcək

Bakının iki rayonunda qaz təchizatında fasilə olacaq

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Qırğızıstanın ilk milli peyki orbitə buraxılıb

ABŞ Səudiyyə Ərəbistanı və Qətərə əlavə “Patriot” batareyaları yerləşdirib

Hörmüz boğazında üç BƏƏ tankeri hücuma məruz qalıb

Misir Efiopiya diplomatını ölkədən çıxaracaq

Tramp: Demokratların Konqresdə qələbəsi maliyyə böhranına səbəb ola bilər

Ukrayna Rusiya ilə münaqişədən 600 milyard dollardan çox ziyan görüb

Britaniya və Aİ dizel çatışmazlığının qarşısının alınması ilə bağlı razılığa gələ bilməyib

Eritreya Efiopiya ilə bütün diplomatik əlaqələri kəsib

Tramp Polşada ABŞ hərbi bazasının yaradılmasını istisna etməyib

“Paris Fashion Week” həftəsində Azərbaycan modasının milli ruhu VİDEO

“Paris Fashion Week” həftəsində Azərbaycan modasının milli ruhu VİDEO

“Bloomberg”: İran nüvə obyektlərinə beynəlxalq müfəttişlərin giriş şərtini açıqlayıb

Londonda II Beynəlxalq Media Dostluğu Mükafatları təqdim olunub

Almaniya, Niderland və NATO liderləri Avropanın müdafiə imkanlarını müzakirə ediblər

Pentaqon Yaxın Şərqə əlavə 10 minədək hərbçi göndərəcək

Xorvatiyada Azərbaycan musiqisi gecəsi təşkil olunub

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb

“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir

Lixtenşteyn millisinin baş məşqçisi: Azərbaycanla heç-heçə bizim üçün yaxşı nəticədir

Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşüblər

Mahir Emreli: Komanda yaxşı vəziyyətdə deyil

Putin: Azərbaycan “Şimal-Cənub” dəhlizi layihəsinin həyata keçirilməsini dəstəkləyir

Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlığın təşviqi üzrə Birgə Komissiyanın 4-cü iclası olub

Media: Moskva vilayətində kimya zavodunda baş verən partlayış nəticəsində 7 nəfər ölüb

Aqil Qurbanov “ADEX-2026” sərgisində bir sıra görüşlər keçirib

Azərbaycan-Aİ münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub

Türkiyədə mədən uçqununun baş verdiyi ərazidə 3 işçinin axtarışları davam edir

Millətlər Liqası: Azərbaycan - Lixtenşteyn oyununda qalib müəyyənləşməyib YENİLƏNİB

Ən yeni müdafiə və təhlükəsizlik texnologiyaları Bakıda bir arada - FOTOREPORTAJ

Putin: Rusiyaya birbaşa hücum olacağı təqdirdə bütün silah arsenalından istifadə məsələsi gündəmə gələcək

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Azərbaycan və Ukrayna arasında vizual sənət körpüsü: yeni art-layihələr planlaşdırılır

FHN-in voleybol komandası beynəlxalq turnirdə yüksək nəticə göstərib

Rumıniyada professor Tasin Cəmilin Osmanlı tarixinə həsr edilən yeni kitabı təqdim olunub

Tramp: İran nüvə silahına sahib olmayacağına razılıq verib

Rumıniya Şaquli Qaz Dəhlizi layihəsini dəstəkləyir: Azərbaycan marşrutu xüsusi qeyd olunub

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

İngiltərə və Uelsdə yüzlərlə məhbusun vaxtından əvvəl azad edilməsinə başlanılıb

Putin: Hegemoniyadan uzaqlaşdıqca dünyada vəziyyət yaxşılığa doğru dəyişəcək

Azərbaycanlı üzgüçü: Dünya ulduzları ilə yarışmaq bizə böyük motivasiya verir

Ukrayna “FP-7” ballistik raketlərindən ilk zərbələrini endirib

Almaniya hökuməti Bundesver hərbçilərinin iki missiyada iştirakının uzadılmasını təsdiqləyib

Əcnəbi tələbələr Belçika iqtisadiyyatına milyardlar qazandırır - araşdırma

Naxçıvanda Sosial Reabilitasiya Müəssisəsinin sakinləri ilə görüş təşkil edilib

Bu saata olan əsas xəbərlər

Çexiyada yanacaq qiymətlərinə nəzarət gücləndirilib

ÇXR-in yaranmasının 77-ci ildönümü münasibətilə Tyananmen meydanında dövlət bayrağı təntənəli şəkildə qaldırılıb

Bakıda “Tashkent Content Market – 2027” beynəlxalq məzmun platformasının təqdimatı olub

Media Forumun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar

AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib

Tacikistandan olan gənc sənətçi: Azərbaycan musiqisində doğma nəsə hiss edirəm

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Macarıstan Avropa Baş Prokurorluğuna üzv olur: qanunvericilik dəyişir

Baş Prokurorluq: Laçın istiqamətində hərbi qulluqçumuzun itkin düşməsi faktı ilə bağlı cinayət işi başlanıb