SİYASƏT
Azərbaycan diplomatik xidmət orqanlarının 100 illiyi münasibətilə Braziliyada ağacəkmə mərasimi keçirilib
Bakı, 21 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illiyi ilə əlaqədar yubiley tədbirləri çərçivəsində ölkəmizin Braziliyadakı səfirliyi tərəfindən paytaxt Braziliya şəhərinin ən böyük botanika bağında ağacəkmə mərasimi keçirilib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, Braziliya təbiətinə məxsus “İpe Roxo” ağacının əkilməsi mərasimdə botanika bağının direktoru Aline de Pierri də iştirak edib.
Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illik yubileyi münasibətilə əkilən bu ağacının önündə onun kim tərəfindən və nə ilə əlaqədar əkildiyinə dair məlumat lövhəsi yerləşdiriləcək.