Azərbaycan Dövlət İqtisad Universitetində Xocalı faciəsinin 20-ci ildönümü qeyd edilmişdir
Bakı, 23 fevral (AZƏRTAC). Fevralın 23-də Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) Xocalı faciəsinin 20-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Xocalı faciəsində həlak olanların əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
ADİU-nun rektoru, Milli Məclisin elm və təhsil komitəsinin sədri, professor Şəmsəddin Hacıyev soyqırımı hadisəsinin mahiyyətini açıqlamışdır. Bildirmişdir ki, 1992-ci ildə fevralın 25-dən 26-na keçən gecə erməni vandalları Xocalıda dinc sakinlərə hücum edərək, şəhəri artilleriya atəşinə tutmuşlar. Etnik zəmində törədilən vəhşiliklər nəticəsində Xocalı əhalisindən 613 nəfəri öldürülmüş, 1000 nəfərdən artıq dinc sakin müxtəlif dərəcəli güllə yarası almış, 1275 nəfər girov götürülmüş, 150 nəfəri isə itkin düşmüşdür.
Ş.Hacıyev diqqətə çatdırmışdır ki, son dövrlərdə ölkəmizdə aparılan məqsədyönlü siyasət nəticəsində Pakistan və Meksika parlamentləri Xocalı qətliamını soyqırımı kimi qəbul etmiş, bir neçə ölkənin parlamentində bu məsələyə baxılması nəzərdə tutulmuşdur.
Digər çıxış edən müəllim və tələbələr də ermənilərin Xocalı şəhərində törətdikləri qırğının acı nəticələrindən, dinc əhaliyə amansız divan tutulmasından danışmış, Xocalı soyqırımını iyirminci əsrin ən böyük faciəsi adlandırmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]