“Azərbaycan Elm Fondu” publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibi təsdiq edilib - SƏRƏNCAM
Bakı, 15 oktyabr, AZƏRTAC
Prezident İlham Əliyev “Azərbaycan Elm Fondu” publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibinin təsdiqi və “Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Himayədarlar Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli 2818 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.
AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən, “Azərbaycan Elm Fondu” publik hüquqi şəxsin Müşahidə Şurasına Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri sədrlik edir. Müşahidə Şurasının üzvləri elm və təhsil naziri, rəqəmsal inkişaf və nəqliyyat naziri, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədrindən ibarətdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [17:13]
Özbəkistan nümayəndə heyəti AzTU-da mübadilə proqramında olub
- 11.06.2026 [16:30]
Yeni təmayül tədris modelinə qeydiyyat başlanıb
- 11.06.2026 [16:23]
Asiyadan Qərbə uzanan mədəniyyət: türk və ərəb folklorunda kölgə oyunları
- 11.06.2026 [15:51]
BMU-da Milli Qurtuluş Günü qeyd olunub
- 11.06.2026 [15:37]