AZƏRBAYCAN ƏRAZİLƏRİNİN MİNALARDAN TƏMİZLƏNMƏSİ DAVAM EDİR
ANAMA-nın direktoru Nazim İsmayılov donorlara, o cümlədən donor ölkələrin səfirliklərinin nümayəndələrinə indiyədək minatəmizləmə sahəsində görülmüş işlər və gələcək planlar barədə ətraflı məlumat vermişdir.
Baş nazirin müavini Abid Şərifov həyata keçirilən reabilitasiya proqramlarından danışaraq bildirmişdir ki, artıq işğaldan azad olunmuş ərazilərdə görülmüş tədbirlər sayəsində 50 mindən çox məcburi köçkün normal yaşayış şəraiti və qismən də olsa, iş yerləri ilə təmin edilmişdir. Bununla belə, bərpa və yenidənqurma işlərinə, ən əsası isə, işğaldan azad edilmiş ərazilərdə məskunlaşmış əhalinin təhlükəsizliyinin təmin olunmasına çətinlik yaradan, onlara dolanışıq səviyyəsini təmin edəcək qədər torpaq sahələrinin ayrılmasını məhdudlaşdıran ciddi bir problem -ərazilərin minalardan təmizlənməsi məsələsi hələ də özünün tam həllini tapmamışdır.
Baş nazirin müavini demişdir ki, şimal-qərb zonasında mina probleminin ciddiliyini nəzərə alaraq, Azərbaycan hökuməti orada ikinci regional mərkəzin yaradılması haqqında qərar qəbul etmiş, onun üçün yer ayırmışdır. Hazırda mərkəzin tikintisi başa çatmaqdadır və aprel ayında onun açılışı gözlənilir. Tikinti işləri BMT İnkişaf Proqramı, Avropa Şurası, İtaliya və ABS hökumətlərinin maliyyə vəsaiti hesabına aparılır. Abid Şərifov təəssüflə vurğulamışdır ki, atəşkəs elan edilməsinə baxmayaraq, tədqiqat aparılan rayonlarda mina və sursat partlayışı nəticəsində 100 nəfər, o cümlədən uşaq və qadınlar həyatını itirmiş, 350 adam isə şikəst olmuşdur.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMT İnkişaf Proqramının nümayəndəsi Marko Borsotti işgaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi məsələlərindən danışmış, Azərbaycanda mina təhlükəsi ilə mübarizə proqramı çərçivəsində həyata keçirilən tədbirlərin əhəmiyyətini vurğulamışdır.
Sonra 2004-cü il üçün ANAMA-nın iş planının təqdimatı olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib
- 29.09.2026 [23:44]
Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub
- 29.09.2026 [23:24]
Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq
- 29.09.2026 [22:08]
“Xarıbülbül” “Route du Vin” marafonunda
- 29.09.2026 [22:05]
Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub
- 29.09.2026 [21:47]
Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub
- 29.09.2026 [21:35]
Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik
- 29.09.2026 [21:10]
Cəlilabadda qədim yaşayış məskəni tapılıb
- 29.09.2026 [20:54]
Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir
- 29.09.2026 [20:52]
Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram
- 29.09.2026 [20:37]
Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib
- 29.09.2026 [20:27]
Qazaxıstan Prezidenti Almaniyaya səfər edib
- 29.09.2026 [20:22]
Bu saata olan əsas xəbərlər
- 29.09.2026 [20:00]
Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib
- 29.09.2026 [19:34]
Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub
- 29.09.2026 [19:13]
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 29.09.2026 [18:53]
Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib
- 29.09.2026 [18:51]
Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb
- 29.09.2026 [18:45]
Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib
- 29.09.2026 [18:43]
Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb
- 29.09.2026 [18:30]