Azərbaycan əsilli futbolçu boks yarışlarında mübarizə aparacaq
Bakı, 16 may, AZƏRTAC
Moskvanın “Lokomotiv” və Kiyevin “Dinamo” futbol klublarının, həmçinin Ukrayna milli komandasının azərbaycanlı əsilli keçmiş yarımmüdafiəçisi Aleksandr Əliyev boks yarışlarında çıxış etmək qərarına gəlib.
AZƏRTAC “Sports.kz“ portalına istinadla xəbər verir ki, A.Əliyev ilk qarşılaşmasını “Döyüş” layihəsi çərçivəsində aktyor və model Nikita Vakulyuka qarşı keçirəcək. Qarşılaşma mayın 29-da baş tutacaq.
Futbolçu 2005-2010-cu və 2011-2013-cü illərdə “Dinamo”da çıxış edib. İki mövsüm Rusiya klublarının - “Lokomotiv” və “Anjı”nin şərəfini qoruyub. Qazaxıstan azarkeşləri isə onu “Taraz”dakı çıxışlarından tanıyırlar. A.Əliyev “Dinamo”nun heyətində iki dəfə Ukrayna çempionu, bir dəfə ölkə kubokunun qalibi olub. Ukrayna millisində 2008-ci və 2012-ci illərdə çıxış edən futbolçu peşəkar karyerasını 2018-ci ildə başa vurub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [17:15]
Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib
- 10.10.2026 [16:18]
Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib
- 10.10.2026 [14:52]
Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib
- 10.10.2026 [14:44]
Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub
- 10.10.2026 [14:23]
III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub
- 10.10.2026 [13:21]
Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur
- 10.10.2026 [11:39]
Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib
Bu saata olan əsas xəbərlər
- [12:01]
“Qalatasaray” növbəti qələbəsini qazanıb
- 09.10.2026 [23:30]
Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına
- 09.10.2026 [23:18]