Azərbaycan güləşçisi dünya kuboku yarışlarının yarımfinalına yüksəlib
Bakı, 13 dekabr, AZƏRTAC
Serbiyanın paytaxtı Belqradda güləş üzrə fərdi dünya kuboku yarışları davam edir.
AZƏRTAC xəbər verir ki, dekabrın 13-də 60, 63, 82, 97 və 130 kiloqram çəki dərəcələrində çıxış edən yunan-Roma güləşçiləri mübarizə aparıblar.
Böyüklərin yarışında mübarizəyə başlayan Nihat Məmmədli (60 kq) dünya ikincisi və Avropa çempionu olmuş Moldova güləşçisinə uduzub.
Taleh Məmmədov (63 kq) ilk görüşdə Ukrayna güləşçisinə çətinlik çəkmədən qalib gəlib. Ancaq növbəti mərhələdə rusiyalı rəqib keçilməz olub.
Millimizin üzvü Beka Kandelaki (130 kq) debütdə sonuncu Avropa çempionu Rumıniya idmançısı üzərində əzmkar qələbə qazanıb. Dörddəbir finalda Almaniya təmsilçisinə cəmi 1 dəqiqə 14 saniyə ərzində “tuşe” ilə qalib gələn güləşçimiz yarımfinala yüksəlib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [12:52]
Azərbaycanın 4 taekvondçusu beynəlxalq turnirdə mübarizə aparacaq
- 02.10.2026 [12:41]
AMADA Parisdə keçirilən beynəlxalq iclasda təmsil olunub
- 02.10.2026 [12:12]
UEFA Millətlər Liqası: Azərbaycan – Litva matçının hakimləri bəlli olub
- 02.10.2026 [12:07]
Elmar Baxşıyev: Milli komanda son iki oyunda hamının fikrini dəyişə bilər
- 02.10.2026 [10:09]
Üzgüçülük üzrə Dünya Kubokunda ikinci yarış gününə start verilib
- 02.10.2026 [10:03]
UEFA Millətlər Liqası: Türkiyə yığması bu gün Belçika ilə qarşılaşacaq
- 02.10.2026 [09:50]