SİYASƏT
Azərbaycan-Gürcüstan əlaqələrinə dair fikir mübadiləsi aparılıb
Tbilisi, 6 may, AZƏRTAC
Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov ilə parlamentin xarici əlaqələr komitəsinin sədri İrakli Beraya ölkələrimiz arasındakı əlaqələrin perspektivlərini müzakirə ediblər.
AZƏRTAC xəbər verir ki, videokonfrans formatında keçirilən söhbət zamanı Gürcüstanda və Azərbaycandakı epidemioloji vəziyyət, dövlət və hökumət strukturlarının bu sahədə gördüyü qabaqlayıcı tədbirlər müzakirə olunub.
Söhbət zamanı iki ölkə arasında qanunvericilik, ticarət, iqtisadiyyat, nəqliyyat, energetika, turizm, beynəlxalq təşkilatlar çərçivəsində və digər sahələr üzrə əməkdaşlıq, eləcə də regional təhlükəsizlik məsələləri də diqqət mərkəzində olub.
Gürcüstan ilə Azərbaycan arasında mehriban qonşuluq münasibətləri, strateji tərəfdaşlıq və qarşılıqlı əməkdaşlığın əhəmiyyəti xüsusi qeyd olunub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi