AZƏRBAYCAN HÖKUMƏTİ İLƏ BEYNƏLXALQ MALİYYƏ KORPORASİYASI ARASINDA MEMORANDUM İMZALANMIŞDIR
AZƏRTAC xəbər verir ki, avqustun 19-da Azərbaycan Respublikası ilə Beynəlxalq Maliyyə Korporasiyası (İFC) arasında ölkənin biznes mühitinin təkmilləşdirilməsi işində əməkdaşlığın əsas prinsiplərini müəyyən edən anlaşma memorandumu imzalanmışdır. Memorandumu iqtisadi inkişaf naziri Heydər Babayev və Korporasiyanın icraçı vitse-prezidenti və baş direktoru Lars Tunell imzalamışlar.
“Ölkədə biznes mühitinin təkmilləşdirilməsi” layihəsi Azərbaycanda bp şirkəti və İsveçrənin iqtisadi məsələlər üzrə dövlət katibliyi SECO ilə birgə reallaşdırılır. Dəyəri 4 milyon ABŞ dolları olan layihənin əsas məqsədi sahibkarların hüquqi maarifləndirilməsi, kiçik və orta sahibkarlıqla məşğul olanlar arasında sorğu yolu ilə biznes mühitinin monitorinqinin aparılması, bir pəncərə sisteminin uğurla tətbiq olunmasıdır.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [15:46]
Sabahdan “Sığorta Tarixçəsi Əmsalı”nın tətbiqinə başlanılır
- 15.06.2026 [14:57]
Azərbaycan məhsulları Moskvada təqdim olunub
- 15.06.2026 [11:46]
Paytaxtda yollar yenilənir: 6 rayonda təmir işlərinə start verilir
- 14.06.2026 [14:25]
Kurık limanında Trans-Xəzər fiber-optik kabel xətti üçün yük qəbul edilib
- 14.06.2026 [09:29]