AZƏRBAYCAN İDMANÇILARININ İKİNCİ QRUPU PEKİN YAY OLİMPİYA OYUNLARINA YOLA DÜŞMÜŞDÜR
AZƏRTAC xəbər verir ki, avqustun 16-da Azərbaycan idmançılarının ikinci qrupu XXIX Yay Olimpiya oyunlarında iştirak etmək üçün Pekinə yola düşmüşdür.
Heydər Əliyev adına beynəlxalq hava limanında olimpiyaçılarımızı Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya Komitəsinin və bir sıra idman federasiyalarının rəhbərləri və idmansevərlər təntənə ilə yola salmış, qarşıdakı yarışlarda onlara uğurlar arzulamışlar.
Nümayəndə heyətinin tərkibinə bədii gimnastika və taekvondo üzrə Olimpiadaya vəsiqə qazanmış idmançılar daxildir.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov AZƏRTAC-a müsahibəsində demişdir ki, bu gün Pekinə yollanan heyətdə Olimpiya oyunlarında ikinci dəfə ölkəmizi təmsil edəcək yeganə taekvondoçumuz Rəşad Əhmədov da vardır. O, Afinada 5-ci yeri tutmuşdu. Son illərdə ölkəmizdə bədii gimnastika üzrə keçirilən beynəlxalq turnirlər və idmançılarımızın nailiyyətləri deməyə əsas verir ki, Olimpiadada qızlarımız uğurla çıxış edəcəklər.
Bədii gimnastika üzrə qrup komandasının baş məşqçisi Mariana Vasilyeva bildirmişdir ki, Azərbaycanın qrup komandası Olimpiadada ilk dəfə iştirak edir. Bu, olduqca sevindiricidir. Lakin qarşıda bizi çox çətin imtahan gözləyir, ona görə də öncədən nəticələrimizlə bağlı heç nə deyə bilmərəm. Ancaq gənc gimnastlarımızdan gözəl nəticələr gözləyirəm. İnanıram ki, onlar Azərbaycanın adının daha da yüksəklərə qalxması üçün inamla mübarizə aparacaqlar.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [14:47]
Azərbaycanlı futbolçu Kipr klubuna keçib
- 15.06.2026 [14:29]
“Real Madrid” Mark Kukurellanın keçidini açıqlayıb
- 15.06.2026 [13:54]
Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaq
- 15.06.2026 [13:14]
Azərbaycan avarçəkəni Portuqaliyada ikinci qızıl medalını qazanıb
- 15.06.2026 [13:09]
"Sabah"ın yeni idman direktorunun adı məlum olub
- 15.06.2026 [13:01]
İspaniya millisi dünya çempionatında mübarizəyə başlayır
- 15.06.2026 [02:26]
Dünya çempionatı: Niderland və Yaponiya milliləri heç-heçə ediblər
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]