Azərbaycan ilə Gürcüstan arasında təhsil sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib
Bakı, 12 mart, AZƏRTAC
Martın 12-də elm və təhsil naziri Emin Əmrullayev Gürcüstan Parlamentinin Təhsil, elm və gənclər məsələləri komitəsinin sədri Givi Mikanadzenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Elm və Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan ilə Gürcüstan arasında ümumi təhsil, peşə təhsili, ali təhsil sahələrində əməkdaşlığın cari vəziyyəti, həmçinin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.